Netanyahu: İrana qarşı hücumlar daha da güclənəcək
İsrailin Baş naziri Benyamin Netanyahu İranla bağlı sərt mesaj verib və hücumların intensivliyinin artacağını bildirib. Tel-Əvivdə Müdafiə Nazirliyinin binasında çıxış edən Netanyahu qeyd edib ki, İsrail ordusu hazırda Tehrana qarşı əməliyyatları genişləndirib və yaxın günlərdə zərbələrin miqyası daha da böyüyəcək. O vurğulayıb ki, İsrail Silahlı Qüvvələri İran istiqamətində indiyədək görünməmiş səviyyədə hərbi gücdən istifadə edir. […]