Browsing monthly archive

Mart 2026

İran enerji obyektlərini hədəfə aldı

İranın Səudiyyə Ərəbistanının enerji infrastrukturunu hədəfə aldığı bildirilir. Hücumun əsas istiqamətinin “Saudi Aramco” şirkətinə məxsus Ras-Tənnurə şəhərində yerləşən neft emalı zavodu olduğu qeyd olunur. Bloomberg agentliyinin yaydığı məlumata görə, zərbədən sonra müəssisənin fəaliyyəti dayandırılıb. Ras-Tənnurə Səudiyyə Ərəbistanının ən iri neft emalı kompleksinə ev sahibliyi edir və Fars körfəzi sahilində yerləşən əsas ixrac terminallarından biri hesab […]

Yaponiya səfirliyi fəaliyyətini dayandırdı

Yaponiyanın Azərbaycandakı səfirliyi fəaliyyətini müvəqqəti olaraq dayandırdığını açıqlayıb. Bu barədə diplomatik nümayəndəliyin rəsmi sosial media hesabında məlumat paylaşılıb. Bildirilib ki, regionda baş verən hadisələr fonunda səfirliyin işi qeyri-müəyyən müddətə qədər dayandırılır. Eyni zamanda, viza müraciətlərinin qəbulu və hazır vizaların təqdim edilməsi prosesi də müvəqqəti olaraq dayandırılıb. Səfirlik vətəndaşlardan bu vəziyyəti anlayışla qarşılamalarını xahiş edib və […]

Sərhəddə nə baş verir?

Türkiyə ilə İran arasındakı sərhəd-keçid məntəqələrində sərnişinlərin hərəkəti qarşılıqlı razılaşma əsasında müvəqqəti olaraq dayandırılıb. Bu barədə Türkiyənin ticarət naziri Ömər Bolat məlumat verib. Onun sözlərinə görə, Ağrı-Gürbulak, Van-Kapıköy və Hakkari-Esendere gömrük-keçid məntəqələrində hər hansı fövqəladə vəziyyət qeydə alınmayıb. Nazir bildirib ki, hər üç məntəqə üzrə İran tərəfi ilə ticarət yüklərinin daşınması nəzarət altında və fasiləsiz […]

Azərbaycan–İran münasibətləri

“Azərbaycan xalqına və dövlətinə təşəkkür edirik” Bu fikirləri İranın Azərbaycandakı səfiri Müctəba Dəmirçilu səfirlikdə keçirilən mətbuat konfransında səsləndirib. Səfir bildirib ki, çətin günlərdə Azərbaycandan ünvanlanan həmrəylik mesajları İran xalqı tərəfindən yüksək dəyərləndirilir. Onun sözlərinə görə, qarşılıqlı dəstək və həmrəylik iki ölkə arasında mövcud olan tarixi və mədəni bağların ayrılmaz tərkib hissəsidir. Müctəba Dəmirçilu çıxışında Azərbaycan […]

Martda 17 gün istirahət – uzun bayram tətili gözlənilir

Mart ayında Azərbaycanda istirahət günlərinin sayı artacaq – ümumilikdə 17 gün qeyri-iş günü olacaq. Bu il mart ayında ənənəvi iki deyil, üç bayram qeyd olunur. Martın 8-i – Beynəlxalq Qadınlar Günü rəsmi qeyri-iş günüdür. Tarix bazar gününə təsadüf etdiyindən, qanunvericiliyə uyğun olaraq 9 mart da istirahət günü olacaq. Beləliklə, beşgünlük iş rejimində çalışanlar ardıcıl üç […]

Sabah Od çərşənbəsidir

Novruzun dörd çərşənbəsindən biri olan Od çərşənbəsi sabah qeyd olunacaq. Bu günün kökü qədim insanların Günəşə və oda bəslədiyi inamla bağlıdır. Əcdadlarımız odu yalnız istilik və işıq mənbəyi kimi deyil, həm də həyat, dirçəliş və qoruyucu qüvvə kimi qəbul ediblər. Od çərşənbəsinin fəlsəfəsində atəşin müqəddəsliyi dayanır. Qədim inanclara görə, od insanı şərdən qoruyur, xeyirin qalib […]

Qəbul üçün son günlər

Ali təhsil müəssisələrinə (11 illik təhsil bazasında) və ümumi orta təhsil (9 illik) əsasında orta ixtisas təhsili müəssisələrinə qəbul üçün elektron ərizələrin qəbulu fevralın 18-dən start götürüb və martın 5-dək davam edəcək. Dövlət İmtahan Mərkəzinin məlumatına görə, prosesdə həm bu ilin, həm də əvvəlki illərin məzunları iştirak edə bilərlər. Hazırda ali və orta ixtisas təhsili […]

WSJ: Trampa İranda rejim dəyişikliyi üçün təzyiq edilib

ABŞ-da bir sıra qanunvericilər aylardır Prezident Donald Trampı İranda hakimiyyətin güc yolu ilə dəyişdirilməsi məsələsinə daha sərt yanaşmağa çağırırdılar. Bu barədə “The Wall Street Journal” qəzeti administrasiyadakı mənbələrə istinadən məlumat yayıb. Nəşrin iddiasına görə, İsrailin Baş naziri Benyamin Netanyahu və Respublikaçılar Partiyasından olan bəzi konqresmenlər Trampa İran rəhbərliyinin əvvəlki dövrlərlə müqayisədə zəiflədiyini bildirərək, yaranmış situasiyadan […]

İran ABŞ hərbi bazasını raketlə vurdu

İran Bəhreyndə yerləşən ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus bazanı ballistik raketlərlə hədəfə alıb. Bu barədə İran dövlət televiziyası təhlükəsizlik qurumlarındakı məlumatlı mənbəyə istinadla xəbər yayıb. Məlumatda qeyd olunur ki, buraxılan raketlər nəzərdə tutulan hədəflərə dəqiq şəkildə çatıb. Xatırladaq ki, bundan əvvəl ABŞ Prezidenti Donald Tramp İranın təhlükəsizlik qüvvələrini silahları yerə qoymağa çağırmış, əks təqdirdə onları […]

İsraildə fövqəladə vəziyyət uzadılır

İsraildə tətbiq olunan fövqəladə vəziyyət rejiminin müddətinin 12 mart tarixinə qədər artırılması planlaşdırılır. Bu barədə ölkənin “12-ci kanal”ı məlumat yayıb. Məlumata görə, hökumət sözügedən qərarı telefon vasitəsilə keçirilən səsvermə ilə təsdiqləyib. Xatırladaq ki, fövqəladə vəziyyət 28 fevral tarixində, İrana qarşı başladılan hərbi əməliyyatın ilk saatlarında elan edilmişdi.