Browsing monthly archive

Fevral 2026

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi: Su tarifləri ilə bağlı müraciət etməmişik

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi (ADSEA) su tariflərinin dəyişdirilməsi ilə bağlı Tarif Şurasına hər hansı müraciət ünvanlamadığını açıqlayıb. Agentlikdən verilən məlumata görə, bəzi media orqanlarında və sosial şəbəkələrdə qurumun suyun qiymətinin artırılması üçün Tarif Şurasına müraciət etdiyi barədə yayılan xəbərlər həqiqəti əks etdirmir. Xatırladaq ki, Azərbaycan Respublikası Prezidentinin 10 oktyabr 2024-cü il tarixli Sərəncamı ilə […]

The New York Times: Rusiya Donbas üçün daha iki ilə ehtiyac duya bilər

Rusiyanın Ukraynanın Donbas bölgəsinə tam nəzarəti ələ keçirməsi üçün təxminən daha iki ilə ehtiyacı ola bilər. Görünən odur ki, Kreml bu ehtimalı nəzərə alır və hərbi əməliyyatları həmin ssenari üzrə davam etdirməyə hazırdır. Bu barədə “The New York Times” qəzeti kəşfiyyat mənbələrinə istinadən məlumat yayıb. Kəşfiyyat orqanlarının qiymətləndirməsinə görə, Rusiya Prezidenti Vladimir Putin Ukraynaya qarşı […]

Ramazanda düzgün qidalanmanın qaydaları

Ramazan ayı həm mənəvi saflaşma, həm də orqanizmin yenilənməsi dövrü hesab olunur. Oruc zamanı düzgün qidalanma gün ərzində enerjinin qorunmasına və sağlamlığın saxlanmasına mühüm təsir göstərir. Qida Təhlükəsizliyi Agentliyi bildirir ki, bu dövrdə əsas diqqət yetirilməli məqamlardan biri su balansıdır. İftarla imsak arasında kifayət qədər su qəbul etmək, maye ilə zəngin qidalara üstünlük vermək susuzlaşmanın […]

Azərbaycanda şagirdlərin məktəblərarası daşınmasına vəsait ayrıldı

Azərbaycanda şagirdlərin məktəbə təhlükəsiz daşınması üçün 4 milyon manatlıq vəsait ayrılıb. Elm və Təhsil Nazirliyi bu məqsədlə bir neçə nəqliyyat şirkəti ilə müqavilələr bağlayıb. Müqavilələr Abşeron-Xızı, Dağlıq Şirvan, Qazax-Tovuz, Gəncə-Daşkəsən, Mərkəzi Aran, Qarabağ, Şərqi Zəngəzur, Quba-Xaçmaz, Şəki-Zaqatala, Şirvan-Salyan, Lənkəran-Astara və Mil-Muğan regional təhsil idarələrinin ərazisində şagirdlərin məktəblərarası daşınması xidmətlərini əhatə edir. Məlumata görə, “Baku Rent […]

Mingəçevirdə yol infrastrukturu yenilənir

Mingəçevir şəhərinin yol-nəqliyyat infrastrukturu müasirləşdiriləcək. Şəhər Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyi ərazidəki yolların cari və əsaslı təmiri üçün tender elan edib. Müsabiqənin təxmini dəyəri 1.509.918,56 AZN təşkil edir. Vəsait şəhərin küçə və prospektlərində aşınmış asfalt örtüklərinin bərpasına və zəruri yerlərdə yolların tamamilə yenidən qurulmasına sərf olunacaq.

Mingəçevirdə məktəbdə yanğın həyəcanı

Mingəçevirdə Energetiklər yaşayış massivində yerləşən 19 saylı orta məktəbdə yanğın təhlükəsi yaranıb. Hadisə məktəbin bufetindəki elektrik kabelində qısaqapanma nəticəsində baş verib. Yanğın zamanı dərhal məktəb şagirdləri təhlükəsiz ərazilərə təxliyə olunub, hadisə yerinə yanğınsöndürən briqada cəlb edilib. Faktla bağlı araşdırma davam etdirilir.

ANAMA əməkdaşı Xocalıda minaya düşdü

Bu gün işğaldan azad edilmiş Xocalı rayonunun Muxtar kəndində mina partlayışı baş verib. Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyindən (ANAMA) bildirilib ki, partlayış zamanı agentliyin əməkdaşı, 2000-ci il təvəllüdlü Çobanov Vasif Fizuli oğlu xidməti vəzifəsini yerinə yetirərkən xəsarət alıb. Hadisə nəticəsində əməkdaşın sol əli və üz nahiyəsində zədələr yaranıb. Çobanov Vasif dərhal rayon mərkəzi xəstəxanasına çatdırılıb. Həkimlərin […]

Ermənistanda hərbi parad hazırlıqları

Ermənistan hakimiyyəti parlament seçkilərindən əvvəl hərbi parad keçirməyi planlaşdırır. “Hraparak”ın məlumatına görə, parad mayın 28-də təşkil olunacaq və bu, seçkilərdən bir neçə gün əvvələ təsadüf edir. Qeyd edək ki, parlament seçkiləri iyunun 7-də keçiriləcək. Nəşr bildirir ki, müharibədə Azərbaycana məğlubiyyət fonunda baş tutacaq parad reklam xarakteri daşıyacaq. Paradın hazırlıqlarına dekabr ayında start verilib və Ermənistan […]

Mingəçevirdə məktəbdə təhlükəli hadisə

Mingəçevirdə yuxarı sinif şagirdi məktəbin ikinci mərtəbəsindən yıxılaraq xəsarət alıb Hadisə 3 saylı tam orta məktəbdə baş verib. Şagird Elmin Qasımov müxtəlif bədən xəsarətləri ilə təcili xəstəxanaya yerləşdirilib. Qeyd olunur ki, zərərçəkən rusiyada doğulub və məktəbdə əsasən rusdilli şagirdlər təhsil alır. Faktla bağlı araşdırma aparılır.

ABŞ-ın vitse-prezidenti İrana xəbərdarlıq etdi

ABŞ-ın vitse-prezidenti Ceyms Devid Vens bildirib ki, bəzi danışıqlar irəliləsə də, İran hələ də Donald Tramp dövründə müəyyən edilmiş qırmızı xətləri qəbul etmək və müzakirə etməyə hazır deyil. O qeyd edib ki, ABŞ üçün prioritet İranın nüvə silahı əldə etməsinin qarşısını almaqdır:“Vaşinqton Yaxın Şərqdə nüvə silahlarının yayılmasını önləməyi vacib hesab edir. Əgər Tehran nüvə bombası […]