Browsing monthly archive

Fevral 2026

Omanda gözəllik müsabiqəsində saxtakarlıq: 20 dəvə yarışdan kənarlaşdırıldı

Omanda keçirilən dəvə gözəllik müsabiqəsində heyvanların üzərində kosmetik müdaxilələrin izləri aşkarlandıqdan sonra iyirmi dəvə yarışdan xaric edilib. Bu barədə Daily Mail qəzeti yarış təşkilatçıları və baytarlıq mütəxəssislərinə istinadla məlumat yayıb. Fars körfəzi ölkələrində geniş yayılmış dəvə gözəllik müsabiqələri bədəvi mədəniyyətinin mühüm bir hissəsi sayılır. Bu tədbirlərdə minlərlə heyvan iştirak edir və mükafat fondları milyonlarla dollar […]

Peru Konqresində Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb

Peru Konqresində Xocalı soyqırımının 34-cü ildönümü ilə əlaqədar anım mərasimi keçirilib və faciə ilə bağlı rəsmi bəyanat qəbul olunub. AZƏRTAC-a istinadən xəbər veririk ki, tədbirdə Peru-Azərbaycan parlamentlərarası dostluq qrupunun üzvləri, ölkədə akkreditə olunmuş diplomatik korpus və jurnalistlər iştirak ediblər. Mərasim Xocalı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilməklə başlayıb. Peru-Azərbaycan parlamentlərarası dostluq qrupunun üzvü Rosanxela […]

Aİ Çin mənşəli bəzi xammallara nəzarəti sərtləşdirir

Avropa İttifaqı (Aİ) çirklənmiş körpə qidası ilə bağlı son qalmaqaldan sonra Çindən idxal olunan bəzi xammalın yoxlanmasını gücləndirib. Almaniyanın Spiegel nəşrinə istinadən verilən xəbərə görə, Aİ qərara alıb ki, Çindən gətirilən araxidon turşusu yağı yalnız laboratoriya sınaqlarından keçdikdən və sereulid toksini üçün müvafiq sertifikat təqdim olunduqdan sonra İttifaq ərazisinə buraxılsın. Yeni qaydalar sabahdan qüvvəyə minir […]

Prezident və birinci xanım Xocavənd kəndində görülən işlərlə tanış oldular

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Arzu Əliyeva fevralın 25-də Xocavənd rayonunun Xocavənd kəndinə səfər edərək burada həyata keçirilmiş işlərlə tanış olublar. Ağdam, Füzuli və Xocavənd rayonlarında Prezidentin xüsusi nümayəndəsi Emin Hüseynov dövlət başçısına və birinci xanıma kənddə aparılan sosial layihələr barədə ətraflı məlumat verib. Qeyd olunub ki, Xocavənd kəndi […]

Neft-qaz sənayesində su istifadəsinin səmərəliliyi artırılacaq

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) ətraf mühitin idarə olunması üzrə şöbə rəisi Mədinə Hacıyeva bildirib ki, neft-qaz sənayesi istehsal proseslərinin fasiləsizliyi, texnoloji təhlükəsizlik və məhsul keyfiyyətinin təmin olunması baxımından su resurslarına böyük ölçüdə bağlıdır. Bu asılılıq xüsusilə hasilat və emal mərhələlərində daha çox nəzərə çarpır. Onun sözlərinə görə, sənayedə ümumi su istehlakının təxminən 80%-i məhz […]

Vaşinqtonda Xocalı faciəsinin 34-cü ildönümü ilə bağlı kampaniya keçirilib

ABŞ-nin paytaxtı Vaşinqtonda Xocalı faciəsinin 34-cü ildönümü münasibətilə genişmiqyaslı məlumatlandırma kampaniyası keçirilib. Tədbir Diasporla İş üzrə Dövlət Komitəsinin təşəbbüsü ilə reallaşdırılıb. Aksiya çərçivəsində LED ekranlarla təchiz edilmiş avtomobillər şəhərin mərkəzi küçələrində hərəkət edərək bir sıra strateji əhəmiyyətli dövlət qurumlarının önündən keçib. Marşruta ABŞ Konqresinin binası, Ağ Ev, Dövlət Departamenti, Pentaqon və digər rəsmi obyektlər daxil […]

Yunanıstanda qanunsuz miqrant daşınmasında şübhəli bilinən azərbaycanlı saxlanıldı

Yunanıstanın Sahil Mühafizəsi Egey dənizində miqrantların qanunsuz daşınmasında iştirak etdiyi ehtimal edilən Azərbaycan vətəndaşını saxlayıb. Yunanıstan mediasının yaydığı məlumata görə, 39 yaşlı şəxs Türkiyədən Lesbos adasına qayıqla 31 nəfər – 15 kişi, 4 qadın və 12 uşağı çatdırıb. Bildirilir ki, həmin şəxslər arasında üçüncü ölkələrin vətəndaşları da olub. Miqrantları sahilə endirdikdən sonra geri dönərkən o, […]

Ermənistan naziri: Azərbaycandan idxal edilən yanacaq bazarda sürətlə satılır

Ermənistanın iqtisadiyyat naziri Gevork Papoyan Azərbaycandan idxal olunan yanacağın ölkə bazarında qısa müddətdə satıldığını açıqlayıb. Onun sözlərinə görə, Azərbaycan mənşəli benzinin ehtiyatı azaldıqdan sonra digər yanacaq növlərinin qiymətində artım qeydə alınır. Nazir bildirib ki, daxili bazarda qiymət sabitliyini qorumaq üçün daha münasib qiymətə yanacaq idxalının həcmini artırmaq zəruridir. Papoyan həmçinin qeyd edib ki, gələcəkdə Ermənistan […]

Audiovizual Şura televiziya proqramları ilə bağlı şikayətlərə aydınlıq gətirdi

Son günlər Azərbaycan Respublikası Audiovizual Şurasının rəsmi internet səhifəsi, elektron poçt ünvanı və digər əlaqə kanalları vasitəsilə vətəndaşlardan, eləcə də media nümayəndələrindən çoxsaylı müraciətlər daxil olub. Bu barədə qurumun yaydığı açıqlamada bildirilib. Məlumata görə, müraciətlərin əksəriyyəti bəzi televiziya verilişləri – o cümlədən “Tarixin bir günü”, “Elgizlə izlə” və digər proqramlar, onların aparıcıları və qonaqları ilə […]

Qazaxıstanda hərbi təyyarə qəzaya uğradı

Qazaxıstanda hərbi təyyarə qəzası baş verib. Karaqanda vilayətində planlı təlim uçuşu zamanı Su-30SM qırıcı təyyarəsi qəzaya uğrayıb. Qazaxıstan Müdafiə Nazirliyinin məlumatına görə, ekipaj vaxtında katapult edib və pilotlar sağ qalıb. Rəsmi açıqlamada bildirilib ki, hadisə fevralın 25-də baş verib. Pilotların həyatına təhlükə yoxdur, onlar tibbi nəzarət altındadırlar. Nazirlikdən qeyd olunub ki, qəzanın baş verdiyi ərazi […]