Browsing monthly archive

Fevral 2026

Azərbaycanda MTK-lar üçün “qara siyahı” yaradılması təklifi

Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Razi Nurullayev bəzi mənzil-tikinti şirkətlərinin (MTK) məsuliyyətsizliyi və maliyyə intizamsızlığı nəticəsində yüzlərlə ailənin yarımçıq binaların girovuna çevrildiyini bildirib. Deputat vurğulayıb ki, mövcud qanunvericilik vətəndaşı kifayət qədər qoruya bilmir və bu sahədə konkret mexanizmlər tətbiq edilməlidir. Razi Nurullayevin təkliflərinə görə: Maliyyə təminatı: MTK-lar tikintiyə başlamazdan əvvəl bank zəmanəti […]

Türkmənistanda rəqəmsal iqtisadiyyatın inkişafı üçün yeni Dövlət Proqramı

Türkmənistan baş nazirinin müavini Məmmədxan Çakıyev hökumətin iclasında iqtisadi rəqəmsallaşmanın inkişafı və innovativ texnologiyaların tətbiqi ilə bağlı hesabat verib. Bu barədə TDH agentliyi məlumat yayıb. 2026-2028-ci illəri əhatə edəcək Rəqəmsal İqtisadiyyatın İnkişaf Konsepsiyasının bir hissəsi olaraq Dövlət Proqramı layihəsi hazırlanıb. Proqramın həyata keçirilməsi üçün fəaliyyət planı da təqdim olunub. Sənəd rəqəmsal iqtisadiyyətə keçidi, milli süni […]

Xəstəlik vərəqələrində yeni qayda: Xəsarət halları xüsusi qeyd olunacaq

Nazirlər Kabineti sığorta olunan şəxslər üçün xəstəlik vərəqələrinin elektron formada hazırlanması qaydalarında dəyişiklik edib. Bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb. Qərara əsasən, 1993-cü il 8 yanvar tarixli 9 nömrəli qərarla təsdiq edilmiş müvafiq təlimata əlavə müddəa daxil edilib. Dəyişiklikə görə, əgər sığorta olunan şəxs xəsarət nəticəsində müvəqqəti əmək qabiliyyətini itirərsə və bu fakt […]

Nazirlər Kabineti sosial sığorta ödənişləri qaydalarını yenilədi

Nazirlər Kabineti məcburi dövlət sosial sığortası üzrə ödənişlər və müvəqqəti əmək qabiliyyətini itirmiş şəxslərə ödənilən müavinətlərin qaydalarında dəyişiklik edib. Baş nazir Əli Əsədov tərəfindən imzalanan qərara əsasən, 1998-ci il 15 sentyabr tarixli 189 nömrəli qərarın adı və məzmunu yenilənərək “hesablanması və ödənilməsi haqqında Əsasnamə” ifadəsi “təyin edilməsi, hesablanması və ödənilməsi Qaydası” ilə əvəz olunub. Qərarla […]

Nazirlər Kabineti mobil cihazların ölkəyə gətirilməsi qaydalarını sərtləşdirdi

Nazirlər Kabineti fiziki şəxslərin gömrük sərhədindən keçirdiyi mallarla bağlı qaydalara dəyişiklik edib. Baş nazir Əli Əsədov tərəfindən imzalanan qərara əsasən, 2013-cü il tarixli 305 nömrəli “Fiziki şəxslər tərəfindən istehsal və kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların gömrükdən keçirilməsinin sadələşdirilmiş qaydaları”na yeni müddəalar əlavə olunub. Dəyişikliyə görə, hər fiziki şəxs il ərzində yalnız bir mobil cihazı […]

Prezident gəncləri Gənclər Günü münasibətilə təbrik etdi

Azərbaycan Prezidenti İlham Əliyev 2 Fevral – Gənclər Günü münasibətilə gənclərə müraciət edib. Prezident mesajında gəncləri səmimi-qəlbdən təbrik edərək onlara möhkəm cansağlığı, yüksək əhval-ruhiyyə və uğurlu fəaliyyət arzulayıb. Müraciətdə vurğulanır ki, ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə 30 il əvvəl yaradılmış gənclər forumları və müntəzəm dövlət proqramları gənclərin fərdi inkişafı, ictimai-siyasi fəallığı və dövlət quruculuğunda […]

İsrail və ABŞ arasında gizli hərbi xətt: Vaşinqtonda qapalı görüşün pərdəarxası

İsrail Müdafiə Qüvvələrinin Baş Qərargah rəisi Eyal Zamir ABŞ-a səfəri çərçivəsində Vaşinqtonda ABŞ Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Den Keyn və onun rəhbərlik etdiyi yüksək səviyyəli hərbi heyətlə qapalı görüş keçirib. Sözügedən təmas İsrail ilə ABŞ arasında mövcud olan ən vacib hərbi-işçi əlaqə mexanizmlərindən biri kimi dəyərləndirilir. “Jerusalem Post”un məlumatına əsasən, İsrail, ABŞ Silahlı Qüvvələrinin […]

Ev yanğını can aldı

Lənkəran rayonunda fərdi yaşayış evində baş verən yanğın faciə ilə nəticələnib. Hadisə gecə saatlarında rayonun Aşağı Nüvədi kəndində qeydə alınıb. 1981-ci il təvəllüdlü Rəfi Firdovsi oğlu Rəhimova məxsus, ümumi sahəsi 400 kvadratmetr olan iki mərtəbəli yaşayış evində alovlanma baş verib. Məlumat daxil olduqdan dərhal sonra Fövqəladə Hallar Nazirliyinin Lənkəran Yanğından Mühafizə Hissəsinin iki yanğınsöndürən texnikası […]

2 fevral – Gənclər Günüdür

Bu gün Azərbaycanda Gənclər Günü qeyd edilir. Bu əlamətdar tarix MDB və Şərqi Avropa məkanında ilk dəfə məhz Azərbaycanda təsis olunub. 1996-cı ilin bu günündə Azərbaycan gənclərinin I Forumu keçirilib və bu hadisə ölkədə gənclər siyasətinin formalaşmasında mühüm mərhələ olub. Bir il sonra – 1997-ci ildə ümummilli lider Heydər Əliyevin imzaladığı sərəncamla 2 fevral rəsmi […]

Pavloqrad rayonunda pilotsuz təyyarənin zərbəsi nəticəsində ölənlərin sayı artıb

Ukraynanın Dnepropetrovsk vilayəti, Pavloqrad rayonunda baş vermiş dron hücumu nəticəsində ən azı 15 mədənçi həyatını itirib. Bu barədə Ukraynanın DTEK enerji şirkəti Telegram kanalında məlumat yayıb. Şirkət qeyd edib ki, ilkin məlumatlara görə, yeddi mədənçi də yaralanıb. Dəqiqləşdirilən məlumata görə, hücum zamanı dronlardan biri zavoddan növbədən çıxan mədənçiləri daşıyan xidməti avtobusa zərbə endirib.