Sabah hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Milli Hidrometeorologiya Xidmətinin yaydığı tibbi-meteoroloji proqnoza əsasən, sabahkı hava şəraiti meteohəssas insanlar üçün narahatlıq yarada bilər. Bildirilib ki, fevralın 3-də Abşeron yarımadasında hazırda müşahidə olunan mülayim gilavar küləyinin yerini zaman-zaman güclənən xəzri küləyi tutacağı gözlənilir. Məhz bu dəyişikliklər bəzi insanlarda səhhətlə bağlı diskomfort hissinin yaranmasına səbəb ola bilər.