Browsing monthly archive

Fevral 2026

Gömrük rüsumlarında dəyişiklik

Nazirlər Kabineti xarici iqtisadi fəaliyyətlə bağlı mal nomenklaturası, həmçinin idxal və ixrac gömrük rüsumlarının dərəcələrinə dair mövcud qaydalarda dəyişiklik edib. Müvafiq qərar Baş nazir Əli Əsədov tərəfindən imzalanıb. Dəyişikliklərə əsasən, bundan sonra bəzi məhsullar üzrə gömrük rüsumları ayrıca qaydada müəyyən olunacaq. Bu siyahıya avtomobil benzini də daxildir. Qərarın qüvvəyə minməsi imzalandığı tarixdən 30 gün sonraya […]

Pakistanı sarsıdan terror

Pakistanın paytaxtı İslamabad yaxınlığında, cənub-şərqdə yerləşən Tarlay bölgəsində cümə namazı zamanı məsciddə güclü partlayış baş verib. Hadisə “Xədicə əl-Kübra” məscidində qeydə alınıb. Bu barədə DAWN nəşri məlumat yayıb. İlkin məlumatlara əsasən, partlayış nəticəsində azı 31 nəfər həyatını itirib, 169 nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb. Yaralılardan bir neçəsinin vəziyyətinin ağır olduğu bildirilir və ölənlərin sayının […]

Qanunvericilikdə dəyişikliklərin icrası başlanır

Nazirlər Kabineti Vergi Məcəlləsi, “Sosial sığorta haqqında” və “Dövlət qulluğu haqqında” qanunlarda edilmiş dəyişikliklərin icrasının təmin olunması ilə bağlı qərar qəbul edib. Müvafiq sərəncamı Baş nazir Əli Əsədov imzalayıb. Sərəncama əsasən, Ədliyyə Nazirliyi aidiyyəti dövlət qurumları ilə razılaşdırmaqla Nazirlər Kabinetinin normativ hüquqi aktlarının yeni qanunvericiliyə uyğunlaşdırılması barədə təkliflərini beş ay ərzində hökumətə təqdim etməlidir. Mərkəzi […]

İran ABŞ-la danışıqlara yalnız nüvə proqramı mövzusunda razıdır

İran İnqilab Keşikçiləri Korpusunun (SEPAH) komandanının müavini Yədullah Cavani bildirib ki, Omanda keçiriləcək danışıqlar yalnız İranın nüvə proqramı ətrafında məhdudlaşacaq. Cavani vurğulayıb: “Biz prinsipial mövqelərimizdən geri çəkilməyəcəyik. Düşmən səhv addım atsa, İranın cavabı qəti olacaq”. O həmçinin “Xorrəmşəhr-4” raketinin təqdimatını ABŞ və Qərbə açıq mesaj adlandıraraq bildirib: “Danışıqlar masası arxasına əyləşmək hərbi gücdən geri çəkilmək […]

Azərbaycan və Ermənistan arasında birbaşa dəmir yolu bağlantısı hazırlanır

Yerevan, Ermənistan – Ermənistanın iqtisadiyyat naziri Gevorq Papoyan bildirib ki, “Tramp Marşrutu” (TRIPP) layihəsinin icrası nəticəsində yaxın illərdə Azərbaycanla birbaşa dəmir yolu əlaqəsi qurulacaq. Nazirin sözlərinə görə, hazırda iki ölkə arasında ticarət əlaqələri aktiv deyil və bunun səbəbləri əsasən obyektiv xarakter daşıyır: “Bazarlar hələ bir-birinə tanış deyil, ticarət əlaqələrinin formalaşması vaxt tələb edir. Bu prosesin […]

Yetkinlik yaşına çatmayanlar üçün cinayət məsuliyyəti: kim, necə və hansı hallarda cəzalanır

Cəmiyyətdə yetkinlik yaşına çatmayan şəxslərin törətdiyi cinayətlərin sayı diqqət çəkir. Təcrübə göstərir ki, bu yaş qrupundakı şəxslər əsasən kriminal aləmin təsiri, həmçinin digər yaşa dolmuş cinayətkarların təhriki nəticəsində cinayət yoluna qədəm qoyurlar. Cinayət Məcəlləsinin 84.1-ci maddəsinə görə, 14 yaşı tamam olmuş, lakin 18 yaşına çatmamış şəxslər yetkinlik yaşına çatmayan hesab olunur. Bu şəxslər cinayət törətdikdə […]

Azərbaycan vətəndaşlarının mülki və odlu silah əldə etmə qaydaları

Mülki silahın əldə edilməsi və saxlanılması qaydaları (qısa, amma ətraflı) Yaş həddi: 18 yaşdan yuxarı Azərbaycan vətəndaşları mülki silah (odlu silah istisna olmaqla) əldə edə bilər. 21 yaşdan yuxarı şəxslər odlu mülki silah ala bilər. Müraciət və sənədlər: Vətəndaş yaşadığı ərazi üzrə polis orqanına və ya Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinə müraciət edir. […]

Mingəçevirdə İcra Hakimiyyətinin səyyar görüşü keçirildi

Fevralın 5-də Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov vətəndaşlarla növbəti səyyar qəbulunu keçirib. Görüş 11 nömrəli tam orta məktəbin akt zalında təşkil olunub və tədbirdə İcra başçısının aparatının məsul əməkdaşları, şəhər polis şöbəsinin rəisi, şəhər prokuroru, müxtəlif küçələrdən gəlmiş sakinlər, bələdiyyə sədri, idarə və müəssisə rəhbərləri, həmçinin mətbuat nümayəndələri iştirak ediblər. Tədbiri açan İcra […]

Şagird tərəfindən güllələnən müəllim xəstəxanada müalicə alır, vəziyyəti orta ağırdır

Xəbər verdiyimiz kimi fevralın 6-da səhər saat 09:00 radələrində Binəqədi rayonunda yerləşən özəl “İdrak” liseyində silahlı insident baş verib. 10-cu sinif şagirdi Ə.Ş atasına məxsus ov silahını götürərək məktəbə gətirib və sinif otağında müəllimə Ş.K-ya xəsarət yetirib. 1997-ci il təvəllüdlü qadın müəllim Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Ona odlu silahdan açılan atəş nəticəsində zədələnmə diaqnozu qoyulub, […]

Bakıda liseydə silahlı insident: müəllim şagird tərəfindən güllələndi

Bakıda yerləşən İdrak Liseyində silahlı insident qeydə alınıb. Hadisə Ziya Bünyadov 3 ünvanında, keçmiş Karl Marks heykəli ilə üzbəüz yerləşən təhsil müəssisəsində baş verib. “Unikal”ın məlumatına istinadən xəbər veririk ki, liseyin riyaziyyat müəllimi 10-cu sinif şagirdi tərəfindən güllələnib. Yaralanan müəllim dərhal xəstəxanaya çatdırılıb. Həkimlər onun vəziyyətini ağır qiymətləndirirlər. Hadisədən sonra valideynlər təhlükəsizlik məqsədilə övladlarını liseydən […]