Browsing monthly archive

Fevral 2026

Türkiyədə toyuq məhsullarının ixracı müvəqqəti dayandırılır

Türkiyədə fevralın 9-dan etibarən toyuq məhsullarının ixracı müvəqqəti dayandırılacaq. Haber Global-in məlumatına görə, bu qərar daxili bazarda qiymətlərin kəskin artmasının qarşısını almaq məqsədilə verilib. Ramazan ayının yaxınlaşması ilə əlaqədar ölkədə toyuq istehsalçıları və satıcılar qiymətləri təxminən 15 faiz artırıblar. Bunun fonunda Ticarət Nazirliyi ixracın sabahdan dayandırılacağını açıqlayıb.

Uşaqların sosial şəbəkələrdə fəaliyyəti məhdudlaşdırılır

Türkiyədə uşaqların sosial şəbəkələrdən istifadəsinə ciddi məhdudiyyət qoyulması planlaşdırılır. Belə ki, 15 yaşadək uşaqların sosial media platformalarına girişinin qadağan olunmasını nəzərdə tutan qanun layihəsi yaxın günlərdə Türkiyə Böyük Millət Məclisinin müzakirəsinə çıxarılacaq. Layihə qəbul ediləcəyi təqdirdə, valideyn razılığı olsa belə, azyaşlıların sosial şəbəkələrdən istifadə etməsinə icazə verilməyəcək. Bu addımın uşaqların təhlükəsizliyinin və psixoloji sağlamlığının qorunması […]

Qəzza zolağında gərginlik yenidən yüksəlir

İsrail Hərbi Hava Qüvvələri Qəzza zolağının şimal hissəsində silahlı şəxslərə qarşı zərbə endirib. İsrail Müdafiə Qüvvələrinin yaydığı məlumata görə, radikal qruplaşmaya üzv olan bir neçə silahlı şəxs İsrail hərbçilərinin yerləşdiyi mövqelərə doğru hərəkət edərək təhlükə yaradıb. Bildirilib ki, sözügedən şəxslər “sarı xətt” adlandırılan təhlükəsizlik sərhədini keçərək İsrail qoşunlarına yaxınlaşıblar. Yaranmış birbaşa təhlükə səbəbilə HHQ-nin həyata […]

Günəşdə aktivlik artmaqdadır

Fevralın 8-də Günəşdə orta gücə malik iki alışma qeydə alınıb. Alışmalar güc şkalasına əsasən M sinfinə aid edilib.Bu barədə Rusiyanın Tətbiqi Geofizika İnstitutu məlumat yayıb. Mütəxəssislərin açıqlamasına görə, ilk Günəş alışması Moskva vaxtı ilə saat 14:18-də baş verib. Rentgen diapazonunda müşahidə olunan hadisə 4366 ləkə qrupunda M1.8 səviyyəsində olub və təxminən 8 dəqiqə davam edib. […]

Hindistan–Ermənistan hərbi əməkdaşlığında yeni mərhələ

Hindistan Silahlı Qüvvələrinin Müdafiə Qərargah rəisi general Anil Çauhanın Ermənistana rəsmi səfəri çərçivəsində ona Ermənistan və Hindistan istehsalı olan silah və hərbi texnika nümunələri təqdim olunub. “Armenpress” agentliyinin məlumatına görə, bu barədə Ermənistanın müdafiə naziri Suren Papikyan rəsmi sosial şəbəkə hesabında paylaşım edərək videogörüntülər yayımlayıb. Nazir bildirib ki, səfər zamanı hindistanlı generala həm Ermənistanın yerli […]

Pakistanda məscidə terror hücumu ilə bağlı əməliyyat

Pakistan təhlükəsizlik orqanları İslamabadda şiə məscidinə edilən terror hücumunun təşkilində iştirak edən şəxsləri həbs edib. Bu barədə “The News” nəşri məlumat yayıb. Bildirilir ki, əməliyyat zamanı hücumun əsas təşkilatçısı və bir neçə iştirakçı ölkənin şimal-qərbində yerləşən Xayber-Paxtunxva əyalətində tutulub. Araşdırmalar nəticəsində məlum olub ki, hücumu planlaşdıran şəxs İŞİD terror qruplaşması ilə əlaqəli olub və Əfqanıstan […]

ABŞ rəsmiləri Cənubi Qafqaza səfərə hazırlaşır

ABŞ-ın vitse-prezidenti Ceyms Devid Vens və Dövlət katibinin iqtisadi məsələlər üzrə müavini Ceykob Helberqin fevralın 9-dan 11-dək Azərbaycan və Ermənistana rəsmi səfər edəcəyi bildirilib. ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin yaydığı məlumata görə, səfərlər Vaşinqtonun regionda sülh prosesinə dəstək vermək niyyətinin tərkib hissəsidir. Qeyd olunur ki, səfərin əsas məqsədi ABŞ administrasiyasının sülh təşəbbüslərinin, eləcə də “Beynəlxalq […]

Azərbaycan cüdoçuları Parisdə medal qazandı

Fransanın paytaxtı Parisdə keçirilən cüdo üzrə Böyük Dəbilqə turniri Azərbaycan idmançıları üçün uğurlu nəticələrlə yadda qalıb. Yarışda ölkəmizi təmsil edən cüdoçulardan biri qızıl, digəri isə bürünc medal qazanıb. 60 kq çəki dərəcəsində mübarizə aparan Balabəy Ağayev turnirin qalibi olub. O, final görüşündə ukraynalı Dilşot Xalmatovu məğlub edərək qızıl medala sahib çıxıb. Bununla da Balabəy Ağayev […]

Mingəçevirdə marketdə faciə

Mingəçevər şəhərində yerləşən marketlərdən birində ölüm faktı baş verib. Hadisə 20 Yanvar küçəsində fəaliyyət göstərən “Qədiroğlu” marketlər şəbəkəsinə məxsus mağazada qeydə alınıb. Alış-veriş məqsədilə marketə daxil olan, 1953-cü il təvəllüdlü şəhər sakini Mikayıl Məmmədovun qəfil halı pisləşib və o, yerə yıxılıb. İlkin tibbi müayinə zamanı onun ürək çatışmazlığı nəticəsində vəfat etdiyi müəyyən edilib. Faktla bağlı […]

Müəllimi güllələyən şagird həbs edildi

“İdrak” liseyində baş verən silahlı insidentlə bağlı məsuliyyətə cəlb olunan şagird barəsində məhkəmə 4 aylıq həbs qətimkan tədbiri seçib. Onun üzərinə Cinayət Məcəlləsinin 29.120.1-ci maddəsi – qəsdən adam öldürməyə cəhd – üzrə ittiham irəli sürülüb. Qanuna görə, bu maddənin sanksiyasında 9 ildən 14 ilə qədər həbs cəzası nəzərdə tutulur, lakin 18 yaşını tamamlamamış şəxslərə maksimum […]