Browsing monthly archive

Fevral 2026

Rusiya neft bazarında çətin dövrə daxil olur

Rusiyada neft hasilatında azalma qeydə alınıb. Yanvar ayında ölkənin gündəlik neft istehsalı 9,28 milyon barelə düşüb. “Bloomberg”in yaydığı məlumata əsasən, bu göstərici Rusiyanın OPEC çərçivəsində nəzərdə tutulan kvotasından təxminən 300 min barel aşağıdır. Hasilatın geriləməsinin əsas səbəblərindən biri Hindistanın Rusiya neftinə tələbatını azaltmasıdır. Xüsusilə “Rosneft” və “Lukoil” şirkətlərinə qarşı tətbiq edilən sanksiyalardan sonra Rusiya ixrac […]

ABŞ–Ermənistan əməkdaşlığında yeni mərhələ

ABŞ Ermənistanın enerji sektoruna iri həcmli investisiya yatırmağa hazırlaşır.ABŞ və Ermənistan hökumətləri nüvə enerjisinin dinc məqsədlərlə istifadəsi üzrə əməkdaşlıq sazişi ilə bağlı danışıqların başa çatdığını açıqlayıblar. Teleqrafın məlumatına görə, bu barədə ABŞ-ın vitse-prezidenti Cey Di Vens İrəvanda Ermənistanın Baş naziri Nikol Paşinyanla keçirilən birgə brifinqdə danışıb. Vensin sözlərinə görə, razılaşmanın reallaşması Amerika və Ermənistan şirkətləri […]

ABŞ vitse-prezidentinin İrəvana səfəri çərçivəsində görüş

Ermənistan Prezidenti Vaaqn Xaçaturyan ABŞ-ın vitse-prezidenti Cey Di Venslə İrəvanda görüş keçirib. Ermənistan Prezident Administrasiyasının yaydığı məlumata görə, görüş zamanı regionda dayanıqlı sülhün təmin olunmasının əhəmiyyəti xüsusi vurğulanıb. Xaçaturyan ABŞ Prezidenti Donald Trampın Ermənistanla Azərbaycan arasında sülh prosesinə verdiyi töhfəni yüksək qiymətləndirib. Görüşdə, eyni zamanda, yüksək səviyyəli qarşılıqlı səfərlərin iki ölkə arasında əməkdaşlığın genişlənməsinə və […]

Meliorasiya sahəsində islahatlar davam edir

Meliorasiya və Su Təsərrüfatı sahəsində struktur dəyişiklikləri aparılır. Belə ki, Bakı İxtisaslaşdırılmış Elektrik Avadanlıqlarının Təmir-Quraşdırma və Sazlama İdarəsi ilə Salyan Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsi fəaliyyətini dayandırır. Məlumata görə, sözügedən qurumların kreditorlarına iki ay müddətində tələblərini irəli sürmək imkanı yaradılıb. Qeyd edək ki, hər iki idarə “Meliorasiya və Su Təsərrüfatı” ASC-nin tabeliyində fəaliyyət göstərib və […]

Əlillik dərəcələri ilə bağlı korrupsiya işi

Əlillik dərəcələrinin qanunsuz təyin edilməsi qarşılığında külli miqdarda rüşvət almaqda ittiham olunan Könül Əliyeva və İltizam Əzimovun cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib. Lənkəran Ağır Cinayətlər Məhkəməsində hakim Esmira Məmmədovanın sədrliyi ilə baş tutan iclasda təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib, onlara hüquq və vəzifələri izah edilib. Dövlət ittihamçısı hər iki şəxs barəsində seçilmiş polisin […]

Minimum əmək haqqına dövri artım gətirən dəyişikliklər

“Əmək Məcəlləsinə” təklif olunan və Milli Məclisdə birinci oxunuşda qəbul edilən dəyişikliklərə əsasən, minimum əmək haqqı ildə ən azı bir dəfə nəzərdən keçiriləcək. Bu, artımların dövri və qanunla tənzimlənməsini təmin edəcək. Milli Məclisin deputatı və iqtisadçı Vüqar Bayramov bildirib ki, minimum əmək haqqının artırılması yalnız aşağı maaş alanları deyil, eyni zamanda vahid tarif cədvəlinin (VTC) […]

Ali Məhkəmə şəxsi və ailə həyatını qorumaq üçün yeni qərarı qəbul etdi

Ali Məhkəmə yeni Plenum qərarı ilə “Şəxsiyyət hüquqlarının müdafiəsi” sahəsində məhkəmə təcrübəsini yeniləyib və şəxsi toxunulmazlıq hüququnu şərəf və ləyaqətin müdafiəsindən fərqləndirib. Qərara görə, şəxsi və ailə həyatına hörmət hüququ konstitusion səviyyədə qorunur və hər kəs öz məlumatları ilə tanış ola, düzgün olmayan və ya qanunsuz yolla toplanmış məlumatların düzəldilməsini və ya silinməsini tələb edə […]

Ermənistan-Azərbaycan ticarət əlaqələri

Azərbaycandan Ermənistana artıq benzin və dizel yanacağı idxal olunub, lakin Ermənistan məhsulları hələ Azərbaycana ixrac edilməyib. Mümkün ixracın gecikməsi ilə bağlı sualı cavablandıran Ermənistanın iqtisadiyyat naziri Gevorq Papoyan səbəblərin müxtəlif olduğunu bildirib. “Bazarlar hələ tam tanış deyil və ticarət əlaqələrinin qurulması üçün vaxt lazımdır. Bu, əsasən özəl sektorun məsuliyyətində olan bir prosesdir. Dövlət yalnız siyasi […]

Beynəlxalq iqtisadi əlaqələr

Azərbaycan Prezidenti İlham Əliyev fevralın 9-da ABŞ Ticarət Palatasının beynəlxalq əlaqələr, Yaxın Şərq və Türkiyə üzrə baş vitse-prezidenti Kuş Çoksinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. Nümayəndə heyətinə Palatanın Yaxın Şərq, Mərkəzi Asiya və Türkiyə üzrə vitse-prezidenti Cennifer Miel, eləcə də “Apple”, “Ericsson AB”, “ExxonMobil”, “Herbalife”, “Illumina”, “Meta”, “Visa”, “Baker Hughes”, “Boeing Global”, “Honeywell”, “J.P. […]

“Konstitusiya və Suverenlik İli” ilə bağlı geniş amnistiya həyata keçirilib

Milli Məclisin 19 dekabr 2025-ci il Qərarına əsasən, “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya 22 dekabr 2025-ci il tarixdən 8 fevral 2026-cı ilədək tətbiq olunub. Ədliyyə Nazirliyi, Penitensiar və Probasiya xidmətləri, İstintaq idarəsi, habelə prokurorluq və məhkəmə orqanları ilə birgə amnistiya 15.119 şəxsə şamil edilib. Ədliyyə Nazirliyinin məlumatına görə, amnistiyadan 5.148 nəfər azadlıqdan məhrumetmə cəzasından, […]