Browsing monthly archive

Fevral 2026

Azərbaycan–ABŞ münasibətlərində yeni mərhələ

Fevralın 10-da Bakıda “Azərbaycan Respublikası Hökuməti ilə Amerika Birləşmiş Ştatları Hökuməti arasında Strateji Tərəfdaşlıq Xartiyası”nın imzalanma mərasimi keçirilib. Sənədi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və ABŞ Vitse-prezidenti Ceyms Devid Vens birgə imzalayıblar. Aşağıda Xartiyanın tam mətnini təqdim edirik. Azərbaycan Respublikası Hökuməti və Amerika Birləşmiş Ştatları Hökuməti: İkitərəfli münasibətlərinin əsası kimi bir-birinin suverenliyini, müstəqilliyini, ərazi bütövlüyünü […]

ABŞ–Azərbaycan təhlükəsizlik əməkdaşlığı genişlənir

ABŞ Xəzər dənizində Azərbaycanın ərazi sularının mühafizəsi üçün ölkəmizə yeni qayıqlar təqdim edəcək. Bu barədə Azərbaycanda rəsmi səfərdə olan ABŞ-ın vitse-prezidenti Ceyms Devid Vens Prezident İlham Əliyevlə mətbuata birgə bəyanatı zamanı məlumat verib. Vens bildirib ki, bu addım Azərbaycanın dəniz təhlükəsizliyinin gücləndirilməsinə xidmət edəcək:“Ərazi sularınızı qorumaq səylərinizə dəstək məqsədilə Azərbaycana yeni qayıqlar verəcəyik”.

Azərbaycan–ABŞ münasibətlərində tarixi gün

Fevralın 10-da Bakıda Azərbaycan Respublikası ilə Amerika Birləşmiş Ştatları arasında münasibətlərdə mühüm mərhələni ifadə edən Strateji Tərəfdaşlıq Xartiyasının imzalanma mərasimi keçirilib. Sənədi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və ABŞ-ın vitse-prezidenti Ceyms Devid Vens imzalayıblar. İmzalanma mərasimindən sonra Prezident İlham Əliyev və vitse-prezident Ceyms Devid Vens mətbuata birgə bəyanatlarla çıxış ediblər. Prezident İlham Əliyev çıxışında ABŞ-la […]

İqlim və enerji sahəsində konkret nəticələrin əldə olunmasında şəhərlərin rolu artır

Avropa İttifaqı tərəfindən maliyyələşdirilən Merlər Razılaşması – Şərq Tərəfdaşlığı (CoM East) Azərbaycanda, yerli iqlim və enerji fəaliyyəti üzrə ən böyük təşəbbüslərdən birinə qoşulmağı nəzərdən keçirən bələdiyyələr üçün mövcud imkanları haqqında maarifləndirici tədbirlər təşkil edib. Tədbir 10 fevral tarixində Bakıda keçirilib və bələdiyyələrin, habelə milli qurumların təxminən 100 nümayəndəsini bir araya gətirib. Görüş Avropa İttifaqının məlumatlı […]

Uşaqların çətin həyat şəraitini aşkarlayan yeni qurum təsis olunur

Çətin həyat şəraitində yaşayan uşaqları aşkarlayacaq məsul qurum müəyyən olunur. Bu məsələ Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirə edilib. Yeni dəyişikliklərə əsasən, çətin şəraitdə olan uşaqlar yetkinlik yaşına çatmış şəxslərdən fərqli olaraq özlərini müdafiə və müstəqil müraciət etmək imkanları məhdud olduğu üçün aşkarlanarkən onların təcili və təxirəsalınmaz müdafiəsini təmin etmək vacibdir. Bu vəzifə […]

Uşaqların reklamlarda görünməsi artıq valideyn razılığına tabe olacaq

Reklamlarda uşaqların görüntülərinin istifadəsi valideynlərin və ya onları əvəz edən şəxslərin açıq razılığı ilə mümkün olacaq. Bu məsələ Milli Məclisin bugünkü plenar iclasında müzakirə edilib. Milli Məclisin Ailə, Qadın və Uşaq Məsələləri Komitəsində təqdim olunan dəyişiklik layihəsində vurğulanır ki, reklam materiallarında uşaqların görünməsi yalnız onların valideynlərinin razılığı əsasında icazə verilə bilər. Xatırladaq ki, yeni hazırlanmış […]

Sağlamlıq üçün təhlükəli materiallar istifadədən çıxarılır

Azərbaycanda mülki dövriyyədə qadağan olunan əşyaların siyahısı genişləndiriləcək. Bu məsələ Milli Məclisin plenar iclasında müzakirə edilən “Mülki dövriyyədə olmasına yol verilməyən əşyaların siyahısı”na dəyişiklik layihəsində əksini tapıb. Layihəyə əsasən, asbest və asbest tərkibli materiallar siyahıya daxil ediləcək. Uzun illər ərzində sənayedə və tikintidə geniş istifadə olunan asbest və şiferlər insan sağlamlığı üçün ciddi təhlükə yaradır. […]

ABŞ vitse-prezidentinin Bakıya səfəri ölkədə yeni investisiya ümidlərini artırdı

“Bu gün ABŞ-nin vitse-prezidenti Di Vensin Bakıya səfəri başlayır. Xalqımız arzulayır ki, bu səfər uğurlu olsun və Azərbaycan ilə ABŞ arasında münasibətlər daha da inkişaf etsin,” – deyə Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının sədri və millət vəkili Qüdrət Həsənquliyev parlamentin plenar iclasında çıxışı zamanı bildirib. Deputat vurğulayıb ki, 23 aprel 2025-ci ildə Çinlə Pekində Strateji […]

Regionda strateji oyun

Rusiya İrəvanla Zəngəzur dəhlizi layihəsində iştirak imkanlarını müzakirəyə açıqdır Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin “İzvestiya”ya verdiyi açıqlamada bildirib ki, Moskva “Tripp” (Zəngəzur dəhlizi) layihəsi ilə bağlı parametrləri və Rusiyanın iştirakını İrəvanla müzakirə etməyə hazırdır. Diplomat qeyd edib ki, Ermənistanın dəmir yolu şəbəkəsi 2038-ci ilə qədər Rusiya Dəmir Yollarının törəmə şirkəti tərəfindən idarə olunur, […]