Browsing monthly archive

Fevral 2026

Zelenski ABŞ-la Rusiya arasında yeni danışıqları təsdiqləyib

Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ-ın Rusiya ilə yeni danışıqlar mərhələsini təşkil etmək təklifini qəbul etdiyini açıqlayıb. Yeni müzakirələrin gələn həftənin əvvəlində — fevralın 17-si və ya 18-i baş tutması gözlənilir. Danışıqların əsas mövzusu ABŞ-ın Donbasda azad iqtisadi zona yaratmaq təşəbbüsü olacaq. Zelenski bildirib ki, həm Kiyev, həm də Moskva bu ideyaya ehtiyatla yanaşır. “Tərəflərdən heç […]

Ölkə üzrə 150-dən çox məktəbə yeni direktorlar təyin olunacaq

Ölkə üzrə 150-dən çox məktəbə yeni direktorlar təyin olunacaq. Ötən il keçirilmiş direktorların işə qəbulu müsabiqəsinin nəticələri artıq açıqlanıb. Təhsil və Elm Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜTDA) məlumatına görə, hazırda vakant olan dövlət ümumi təhsil müəssisələrinə uğurlu namizədlərin təyinatı həyata keçirilir. İlkin nəticələr göstərir ki, müsabiqədən sonra təxminən 100 nəfər […]

ABŞ vitse-prezidenti Vens Azərbaycana səfərini “çox uğurlu” adlandırdı

ABŞ-ın vitse-prezidenti Ceyms Devid Vens Azərbaycana səfərini başa vurduqdan sonra hava limanında jurnalistlərə açıqlama verib və səfəri “çox uğurlu” adlandırıb. Vens bildirib ki, səfər zamanı Azərbaycan Prezidenti ilə bir sıra vacib məsələlər müzakirə olunub. O, ABŞ Prezidenti Donald Trampın liderliyi sayəsində Cənubi Qafqazda müharibə yerinə sülh və ticarətin inkişafının təmin olunacağını vurğulayıb. Vitse-prezident həmçinin Prezident […]

İsrail Qəzza “Sülh Şurası”na qoşuldu

İsrailin Baş naziri Benyamin Netanyahu ölkənin Qəzza “Sülh Şurası”na qoşulması barədə saziş imzalayıb. Bu barədə Baş nazirin ofisi məlumat yayıb. Qeyd olunur ki, Netanyahu ABŞ dövlət katibi Marko Rubio ilə görüşü zamanı bu sazişi rəsmiləşdirib. Məlumatda bildirilir ki, saziş ABŞ Prezidenti Donald Trampla Ağ Evdə görüşdən əvvəl imzalanıb və Rubionun iştirakı ilə həyata keçirilib.

Ukrayna yeni lazer əsaslı hava müdafiə sistemi hazırlayıb

Ukrayna “Sunray” adlandırılan yeni lazer əsaslı hava hücumundan müdafiə sistemi hazırlayıb. Bu barədə “The Atlantic” nəşri məlumat yayıb. Bildirilir ki, Rusiyanın davamlı hücumları Ukraynanı daha müasir və texnoloji baxımdan üstün hava müdafiə vasitələri üzərində işləməyə sövq edib. Layihə üzərində çalışan mütəxəssislər sistemin son iki il ərzində bir neçə milyon dollar vəsait hesabına yaradıldığını qeyd ediblər.

Azərbaycanda internet sürəti 90 Mbit/s-ə çatıb

Ölkədə rəqəmsal infrastrukturun genişləndirilməsi prosesi tam başa çatdırılıb və “Onlayn Azərbaycan” layihəsi uğurla yekunlaşıb. Layihəyə start verilən zaman ölkə üzrə internetin orta sürəti 12 Mbit/s təşkil edirdisə, hazırda bu göstərici 90 Mbit/s-ə yüksəlib. Dövlət qurumlarında isə internet sürəti 150 Mbit/s-ə çatır. İlin sonunadək bu rəqəmin 200 Mbit/s-ə çatdırılması planlaşdırılır. Hazırda ölkənin bütün bölgələri, o cümlədən […]

Paşinyan: Zayed Mükafatı sülhə sadiqliyin göstəricisidir

Ermənistan və Azərbaycan liderlərinin Zayed Mükafatını qəbul etməsi hər iki ölkənin sülhə sadiqliyinin göstəricisidir. Bu fikirləri Ermənistanın Baş naziri Nikol Paşinyan səsləndirib. Onun sözlərinə görə, bu addım Ermənistan ətrafında daha müsbət siyasi atmosferin formalaşmasına xidmət edir. Paşinyan bildirib ki, bu, münaqişə ilə bağlı bütün problemlərin tam həll edildiyi demək deyil. Lakin o vurğulayıb ki, münaqişə […]

Qaradağda qadına qarşı hədə-qorxu: şübhəli saxlanıldı

Qaradağ rayonunda 38 yaşlı qadın hüquq-mühafizə orqanlarına müraciət edərək bildirib ki, sosial şəbəkə vasitəsilə tanış olduğu şəxs onu rüsvayedici məlumatlar yaymaqla hədələyib. Zərərçəkənin sözlərinə görə, həmin şəxs müxtəlif vaxtlarda ondan ümumilikdə 800 manat pul alıb. Qaradağ Rayon Polis İdarəsinin əməkdaşlarının həyata keçirdiyi əməliyyat tədbirləri nəticəsində hədə-qorxu ilə pul tələb etməkdə şübhəli bilinən 23 yaşlı E.Quluzadə […]

Mingəçevirdə gənc qarmon ifaçısı festivalın qalibi oldu

Mingəçevir şəhər Üzeyir Hacıbəyli adına 1 nömrəli Onbirillik Musiqi Məktəbinin Xalq Çalğı Alətləri şöbəsinin qarmon ixtisası üzrə IX sinif şagirdi Bəyoğlan Hüseynov Tural oğlu Üzeyir Hacıbəylinin 140 illiyinə həsr olunmuş “Uşaq İncəsənət Festivalı – 2025”in final mərhələsində Qarmon ifaçılığı nominasiyası üzrə I yerə layiq görülüb. Bəyoğlan Hüseynovun müəllimi Mübariz Həsənov, konsermeysteri isə Zülfiyyə Bağırovadır. Qalibiyyət […]

Prezident İlham Əliyev Ərəb Parlamentinin nümayəndə heyətini qəbul edib

Fevralın 11-də Prezident İlham Əliyev Ərəb Parlamentinin prezidenti Məhəmməd Əhməd Əl-Yammahinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. Dövlət başçısı Azərbaycanın ərəb ölkələri ilə siyasi, iqtisadi və mədəni əlaqələrinin inkişafında qarşılıqlı səfərlərin rolunu vurğulayıb və islam həmrəyliyinə verdiyi töhfələri, o cümlədən Bakıda keçirilən İslam Həmrəyliyi Oyunlarının əhəmiyyətini xatırladıb. Qonaq Azərbaycan ilə Ermənistan arasında sülh gündəliyində əldə […]