Ordubad ICESCO-nun İslam Dünyası İrsinin İlkin Siyahısına daxil edilib
Qədim Ordubad şəhəri ICESCO-nun İslam Dünyası İrsinin İlkin Siyahısına salınıb. Bu barədə Mədəniyyət Nazirliyi məlumat yayıb. Bildirilib ki, 9–13 fevral tarixlərində Özbəkistanın paytaxtı Daşkənddə keçirilən ICESCO-nun İslam Dünyası İrs Komitəsinin 13-cü sessiyası çərçivəsində fevralın 11-də “Ordubad Tarix-Memarlıq Qoruğu”nun İlkin Siyahıya daxil edilməsi ilə bağlı qərar qəbul olunub. Qeyd edək ki, 1977-ci ildən tarix-memarlıq qoruğu statusu […]