Hərbi xidmətə yararsız gənci orduya göndərən həkimlə bağlı qərar açıqlandı
Hərbi xidmət üçün sağlamlıq vəziyyəti uyğun olmadığı halda 18 yaşlı gəncə müsbət tibbi rəy verən Bərdə Rayon Mərkəzi Xəstəxanasının cərrahı ilə bağlı məhkəmə araşdırması yekunlaşıb. Bərdə Rayon Məhkəməsində baxılan iş üzrə 1962-ci il təvəllüdlü həkim-ümumi cərrah Cavid Tağıyev (ad-soyad şərtidir) Cinayət Məcəlləsinin 314.1-ci maddəsi ilə təqsirləndirilib. Araşdırma zamanı məlum olub ki, 2024-cü ilin aprel çağırışı […]