Browsing monthly archive

Fevral 2026

Azərbaycan Suriyada 100-dən çox məktəbin bərpasına dəstək verəcək

Fevralın 17-də İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatının (ICESCO) Rabat şəhərində yerləşən Baş qərargahında Azərbaycan Respublikası, Suriya Ərəb Respublikası və ICESCO arasında strateji tərəfdaşlıq haqqında saziş imzalanıb. Sənədi Azərbaycanın elm və təhsil naziri Emin Əmrullayev, Suriyanın təhsil naziri Dr. Mohammed Abdulrahman Turko və ICESCO-nun Baş direktoru Dr. Salim bin Məhəmməd əl-Malik imzalayıblar. Sazişə əsasən, […]

“Gənc Ədiblər Məclisi ilk yubileyini festival ilə qeyd etdi”

Gənc Ədiblər Festivalı – Gənc Ədiblər Məclisinin ilk ildönümünü qeyd etmək məqsədilə keçirilmiş festivaldır. Gənc Ədiblər Məclisi – multidissiplinar gənclər maarifçilik platformasıdır. Cəmiyyətimizin bütöv təbəqələrindən olan uşaqların və gənclərin maariflənməsinə, təhsilə və məşğulluğa cəlb olunmasına imkanlar və fürsətlər yaradan inteqrasiya platformasıdır. Festivalın keçirilməsinə maddi dəstək olanla sırasında Maarif Evinin təsisçisi Emin Abbasov və Moda Kids […]

Pakistanın Xayber-Paxtunxva əyalətində terror aktı

Pakistanın Xayber-Paxtunxva əyalətində baş verən partlayış nəticəsində 11 təhlükəsizlik işçisi həyatını itirib, 7 nəfər isə yaralanıb. Hadisə Bajaur rayonundakı nəzarət məntəqəsində avtomobil bombasının partlaması ilə baş verib. Bu barədə çərşənbə axşamı yerli hakimiyyət orqanlarına istinadən Pakistan mətbuatı məlumat yayıb. Qəzet, həmçinin Pakistan Silahlı Qüvvələrinin mətbuat xidmətinə istinadla xəbər verib. Yaralananlar arasında qadınlar və uşaqlar da […]

Magistratura imtahanlarının nəticələri elan edildi

Dövlət İmtahan Mərkəzi (DİM) 15 fevral 2026-cı il tarixində ali təhsil müəssisələrinin magistraturalarına keçirilmiş qəbul imtahanının nəticələrini açıqlayıb. İmtahan qapalı və kodlaşdırıla bilən açıq tipli 95 tapşırıqdan ibarət olub. Nəticələrlə buradan tanış olmaq mümkündür. Bakalavrlar həmçinin nəticələri mobil operatorlar (Azercell, Bakcell, Nar) vasitəsilə öyrənə bilərlər. Bunun üçün “iş nömrəsi”ni 7727 nömrəsinə göndərmək kifayətdir. Xarici dil […]

İşləyən pensiyaçılara avtomatik artım

Yaşa görə pensiya alan şəxslər, pensiyaya çıxdıqdan sonra işləməyə davam edərsə, altı il işlədikdən sonra pensiyaları avtomatik şəkildə yenidən hesablanaraq artırılır. Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb. Məlumatda qeyd olunur ki, pensiyaya çıxdıqdan sonra işlədikləri dövrdə fərdi hesablarına yığılan pensiya kapitalı 72 ay (6 il × 12 ay) nəzərə alınaraq bölünür […]

Şəhidləri təhqir edən ərəblərlə bağlı qərar

Şəhidlər xiyabanında təhqiredici davranışlarda ittiham olunan Səudiyyə Ərəbistanı vətəndaşları – Alzaman Mahdi Ali, Alghabr Mohammad Hussain və Alghabr Mahdi Mohammad barəsində çıxarılmış hökmə dair apellyasiya şikayətinə baxılıb. Bakı Apellyasiya Məhkəməsində hakim Əfqan Ələkbərovun sədrliyi ilə keçirilən iclasda yekun qərar elan edilib. Qərara əsasən, Səbail Rayon Məhkəməsinin hökmü qismən dəyişdirilib və təqsirləndirilən şəxslərə təyin olunan 2 […]

Ukraynadan Rusiyanın hərbi infrastrukturuna zərbə

Ukrayna Silahlı Qüvvələri müvəqqəti işğal altında olan ərazilərdə Rusiyaya məxsus hərbi obyektlərə zərbələr endirib. Hücumlar nəticəsində “İskəndər” operativ-taktiki raket kompleksinin saxlanma məntəqəsi və “Rubikon” bölməsinin idarəetmə mərkəzi sıradan çıxarılıb. Bu barədə UNIAN agentliyi məlumat yayıb. Məlumata görə, Ukraynanın Xüsusi Əməliyyat Qüvvələri Pasiçne kəndi yaxınlığında yerləşən “İskəndər” raket sisteminin anbarını hədəfə alıb. Dəqiq zərbə nəticəsində ərazidə […]

Xameneidən Trampa sərt mesaj: “İranı diz çökdürə bilməyəcəksiniz”

İranın Ali rəhbəri Əli Xamenei ABŞ Prezidenti Donald Trampın “dünyanın ən güclü ordusu” ilə bağlı açıqlamasına sərt reaksiya verib. O bildirib ki, hərbi gəmilər təhlükəli vasitələr sayılsa da, onlardan daha təhlükəlisi həmin gəmiləri məhv edə biləcək silahlardır. Xamenei vurğulayıb ki, özünü yenilməz hesab edən ordu gözlənilməz zərbə ilə üzləşə bilər. İran lideri ABŞ prezidentinin İranı […]

Bu ilki Ramazan üçün fitrə zəkatının miqdarı açıqlanıb

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Qazılar Şurası Ramazan ayının başlanması ilə bağlı fətva verib. Fətvaya əsasən, bu il Ramazan ayının ilk günü miladi təqvimlə fevralın 19-na təsadüf edəcək. Din xadimlərinə xatırladılıb ki, iftardan əvvəl süfrə açaraq ehsan vermək qəti qadağandır, çünki bu, şəri baxımdan düzgün deyil. Qazılar Şurası qeyd edib ki, bu qaydalara riayət etməmək dini […]

Naxçıvanda deputat köməkçilərinin statusu rəsmi təsbit olunur

Sabah Naxçıvan Muxtar Respublikası Ali Məclisinin plenar iclası keçiriləcək. İclasın gündəliyində “Naxçıvan Muxtar Respublikası Ali Məclisi deputatının statusu haqqında” qanunda dəyişiklik edilməsi məsələsi də yer alıb. Təklif olunan dəyişikliklə deputat köməkçisi institutunun hüquqi əsasları müəyyən ediləcək. Layihəyə görə, “Deputatın köməkçisi” anlayışı qanunda ayrıca maddə ilə təsbit olunacaq. Deputatların fəaliyyətini dəstəkləmək məqsədilə köməkçilərin saxlanması Naxçıvan Muxtar […]