Browsing monthly archive

Fevral 2026

Azərbaycan və Serbiya İqtisadi Əməkdaşlığı Güclənir

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Serbiya Prezidenti Aleksandar Vuçiçlə birgə mətbuata açıqlamasında bildirib ki, aparılan islahatlar nəticəsində bir çox ölkələr, o cümlədən Azərbaycan Serbiyaya böyük həcmdə sərmayə yatırmağa hazırdır. Dövlət başçısı vurğulayıb ki, elektrik stansiyalarının tikintisi, yenidən qurulması və reabilitasiyası hər bir ölkənin davamlı inkişafı üçün strateji əhəmiyyət daşıyır.

Azərbaycan və Serbiya sənədlərin mübadiləsini həyata keçirdi

Fevralın 15-də Belqradda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Serbiya Respublikasının Prezidenti Aleksandar Vuçiçin iştirakı ilə Azərbaycan-Serbiya sənədlərinin mübadiləsi mərasimi keçirilib. Mərasim çərçivəsində bir neçə sahədə əməkdaşlıq barədə sənədlər imzalanıb: Qida təhlükəsizliyi sahəsində əməkdaşlıq haqqında sazişi Azərbaycanın maliyyə naziri Sahil Babayev və Serbiyanın kənd təsərrüfatı, meşəçilik və su təsərrüfatı naziri Dragan Glamočiç mübadilə ediblər. Qaz-turbin […]

Obama: Yadplanetlilər mövcuddur, amma “51-ci Zona”da gizlədilmirlər

ABŞ-nin keçmiş prezidenti Barak Obama yadplanetli həyatın mümkünlüyünə inandığını açıqlayıb. O, bu fikirləri bloqer Brayan Tayler Koenin podkastında səsləndirib. Lakin sabiq dövlət başçısı ufoloqların iddialarına da münasibət bildirib. Onun sözlərinə görə, Nevada ştatında yerləşən və tez-tez UNO-ların qəzaya uğradığı, eləcə də yadplanetli cəsədlərinin saxlanıldığı məkan kimi təqdim olunan məşhur “51-ci Zona” (Area 51) hərbi bazasında […]

DİM xarici dil üzrə fəlsəfə doktoru imtahanı keçirdi

Dövlət İmtahan Mərkəzi tərəfindən bu gün Bakı və Naxçıvan şəhərlərində doktorantura, dissertantura və adyunkturada təhsil alan və ya təhsilini başa vurmuş namizədlər üçün xarici dillər üzrə fəlsəfə doktoru imtahanı keçirilib. Bu barədə qurum məlumat yayıb. İmtahan kompüter vasitəsilə, elektron formatda təşkil olunub. İlkin məlumatlara əsasən, bir iştirakçının üzərində köməkçi material (konspekt) aşkar edildiyi üçün o, […]

DİM magistratura üzrə qəbul imtahanının ilk mərhələsini keçirdi

Dövlət İmtahan Mərkəzi bu gün ali təhsil müəssisələrinin magistratura səviyyəsinə qəbul üçün nəzərdə tutulan imtahanın birinci cəhdini təşkil edib. Bu barədə qurumun yaydığı məlumatda bildirilib. İmtahan Bakı, Sumqayıt, Abşeron, Naxçıvan, Gəncə, Mingəçevir və Lənkəran şəhərləri daxil olmaqla ümumilikdə 88 binada keçirilib. Saat 11:00-da start götürən imtahan 3 saat 30 dəqiqə davam edib. Məlumata görə, imtahanda […]

Azərbaycan Ordusunda gənc əsgərlərin andiçmə mərasimləri keçirildi

Müdafiə naziri, general-polkovnik Zakir Həsənovun təsdiqlədiyi 2026-cı il üzrə hazırlıq planına əsasən, fevralın 15-də Azərbaycan Ordusunun müxtəlif hərbi hissələrində gənc əsgərlərin andiçmə mərasimləri təşkil olunub. Tədbirlər hərbi orkestrin müşayiəti ilə Döyüş bayraqlarının təntənəli şəkildə sıra meydanına gətirilməsi ilə başlayıb və rəsmi olaraq açıq elan edilib. Mərasimin əvvəlində xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və Vətən uğrunda […]

“Təbiətin səssiz musiqisi” fotosərgisi uğurla başa çatdı

Mingəçevirdə təbiətin “səssiz ritmləri” fotoobyektivdə canlandı Fevralın 14-də Mingəçevir Heydər Əliyev Mərkəzinda səyyah-fotoqraf, Azərbaycan Fotoqrafları Birliyinin İdarə heyətinin üzvü Əli Əkbərin (Ali Akbar Photography) “Təbiətin səssiz musiqisi” adlı fərdi fotosərgisi böyük maraqla keçirildi. Sərgi təbiətin dərinliklərində gizlənmiş səssiz ritmləri, xırda detallardakı böyük sükutu və hər kadrda yaşanan duyğuları unikal bədii yanaşma ilə əks etdirdi. Təxminən […]

Zelenski Münhen Təhlükəsizlik Konfransında Rza Pəhləvi ilə görüşdü

Ukrayna Prezidenti Volodimir Zelenski Münhen Təhlükəsizlik Konfransı çərçivəsində İran Şahının oğlu Rza Pəhləvi ilə görüşüb. Görüş barədə məlumatı Zelenski öz Telegram kanalında paylaşaraq bildirib. Dövlət başçısı vurğulayıb:“Ukrayna İran xalqının gələcəyi uğrunda mübarizəsini dəstəkləyir və İran rejimi tərəfindən zərər görmüş bütün insanlara başsağlığı verir.” Zelenski həmçinin əlavə edib ki, “İrana qarşı sanksiyaların gücləndirilməsi vacibdir” və Rza […]

Temu sifarişlərində gecikmələr: İKTA xəbərdarlıq edir

Çindən Azərbaycana göndərilən bağlamalarda müvəqqəti gecikmələr və fasilələr yarana bilər. Bu barədə İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi (İKTA) məlumat verib. Bildirilir ki, Çin Xalq Respublikasında fevralın 15-dən 23-dək bayram günləri səbəbindən rəsmi qeyri-iş günləri tətbiq olunur. “Bu dövrdə Çində fəaliyyət göstərən anbarların əksəriyyəti məhdud iş rejimində çalışır. Buna görə də bağlamaların ölkəmizə göndərişində gecikmələr yarana bilər. […]

“Apple” yeni qatlanan iPhone üzərində işləyir

“Apple” yeni qatlanan iPhone-u test edir Apple şirkəti üfüqi qatlanan dizayna malik yeni iPhone modelini sınaqdan keçirir. Bu barədə Fixed Focus Digital məlumat yayıb. Gözləntilərə görə, cihaz Samsung Galaxy Z Flip 7 və Motorola Razr kimi mövcud qatlanan smartfonlarla rəqabət aparacaq. Lakin hələlik bu qatlanan iPhone-un kütləvi istehsalına dair rəsmi qərar verilməyib.