Su çərşənbəsi ilə Novruz ab-havası başlayır
Azərbaycanda Novruz ab-havası artıq hiss olunmağa başlayır. Xalq təqviminə görə, sabah baharın müjdəçisi sayılan dörd çərşənbədən birincisi – Su çərşənbəsi qeyd olunacaq. Xalq arasında bu gün “Əvvəl çərşənbə”, “Gözəl çərşənbə” və “Sular Novruzu” adları ilə də tanınır. Su çərşənbəsi təbiətdə donmuş suların hərəkətə gəlməsini, buzların əriməsini və həyatın yenidən canlanmasını simvolizə edir. İnanclara əsasən, məhz […]