Browsing daily archive

Fevral 27, 2026

Pakistan və Taliban arasında gərginlik kəskinləşdi

Gecə saatlarında Pakistan silahlı qüvvələri Əfqanıstanın iri şəhərlərində Taliban hakimiyyətinə məxsus hədəflərə zərbələr endirib. Pakistanın müdafiə naziri Xavaca Məhəmməd Asif hadisələrlə bağlı açıqlamasında vəziyyətin artıq “açıq müharibə” mərhələsinə keçdiyini bildirib. “Səbrimiz tükənib. Hazırda bizimlə Əfqanıstan arasında açıq müharibə gedir”, – deyə nazir vurğulayıb. Pakistan mənbələrinin məlumatına görə, sərhəd xətti boyunca həm hava, həm də quru […]

77 məktəbə direktor seçimi başlayıb

Direktor vəzifəsi vakant olan 77 dövlət ümumi təhsil müəssisəsinə rəhbər vəzifəsinə qəbul üzrə elektron sənəd qəbulu mərhələsinə bu gün saat 11:00-dan start verilib. Namizədlər martın 6-sı saat 17:00-dək https://miq.edu.az/direktor ünvanı vasitəsilə onlayn qeydiyyatdan keçə bilərlər. Proses Elm və Təhsil Nazirliyi tərəfindən mərkəzləşdirilmiş qaydada, xüsusi proqram təminatı üzərindən müsabiqə yolu ilə təşkil olunur. Müsabiqə iki mərhələdən […]

Milli Məclisdə plenar iclas

Milli Məclisin növbəti plenar iclası keçirilir. İclasın gündəliyinə 9 məsələ daxil edilib. Gündəliyə daxil olan məsələlər aşağıdakılardır: “Kinematoqrafiya haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (üçüncü oxunuş). Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi (üçüncü oxunuş). Azərbaycan Respublikasının Mülki Məcəlləsində və “Torpaqların dövlət ehtiyacları üçün alınması […]

“Azeri Light” yenidən bahalaşdı

Dünya enerji bazarlarında Azərbaycanın “Azeri Light” markalı nefti bahalaşıb. Bir barelin qiyməti 1,32 ABŞ dolları və ya 1,85 faiz artaraq 72,78 ABŞ dollarına yüksəlib. Xatırladaq ki, “Azeri Light” üzrə ən aşağı qiymət 2020-ci il aprelin 21-də – 15,81 ABŞ dolları, ən yüksək qiymət isə 2008-ci ilin iyul ayında – 149,66 ABŞ dolları səviyyəsində qeydə alınıb.

Enerji bazarlarında qiymət dəyişiklikləri

ABŞ-da enerji bazarlarında təbii qazın qiyməti yenidən aşağı düşüb. Nyu-Yorkdakı New York Mercantile Exchange (NYMEX) əmtəə birjasında qaz üzrə fyuçers müqavilələri ucuzlaşıb. Son ticarət əməliyyatları zamanı təbii qazın 1 milyon BTU (Britaniya istilik vahidi) üzrə qiyməti 1,14 faiz azalaraq 2,8352 ABŞ dollarına enib. Eyni zamanda Avropada da oxşar dinamika müşahidə olunur. Niderlandın Title Transfer Facility […]

Azərbaycanda iş saatları ilə bağlı yeni təkliflər

Azərbaycanda əmək münasibətləri sahəsində yeni dəyişikliklər təklif olunur. Məqsəd işçilərin fiziki və psixoloji sağlamlığının qorunması, həmçinin ailə və iş həyatı arasında balansın daha səmərəli təmin edilməsidir. Bu çərçivədə gündəlik və həftəlik iş vaxtı normalarının yenidən nəzərdən keçirilməsi irəli sürülüb. Məsələ Milli Məclisin İnsan hüquqları komitəsinin iclasında müzakirəyə çıxarılan İnsan Hüquqları üzrə Müvəkkilin (Ombudsmanın) 2025-ci il […]