Browsing daily archive

Fevral 25, 2026

Sabah sosial ödənişlər tam başa çatacaq

Sabah sosial ödənişlərin tamamlanması planlaşdırılır. Bu barədə Dövlət Sosial Müdafiə Fondu məlumat yayıb. Qeyd olunub ki, fevralın 26-da fond tərəfindən bütün müavinət, təqaüd, kompensasiya və ünvanlı dövlət sosial yardımlarının ödəniş prosesinin yekunlaşdırılması nəzərdə tutulur.

Mingəçevirdə hava dəyişir: yağış gözlənilir

Fevralın 26-da Mingəçevirdə hava əsasən buludlu keçəcək. Səhər saatlarında temperatur +5…+8°C olacaq, hava çox buludlu olacaq, yağıntı gözlənilmir. Cənub-şərq küləyi 3-4 m/s sürətlə əsəcək. Atmosfer təzyiqi 761 mm civə sütunu, nisbi rütubət isə 90%-dən yuxarı olacaq. Günorta saatlarından etibarən hava mülayimləşərək +9…+10°C-yə yüksələcək. Bu zaman kiçik yağış ehtimalı var. Axşam saatlarında da az yağış yağacağı […]

Sabahın hava proqnozu açıqlandı

Fevralın 26-da paytaxt və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu, arabir tutulacağı, əsasən isə yağmursuz keçəcəyi proqnozlaşdırılır. Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Məlumata görə, gündüz saatlarında bəzi ərazilərdə qısamüddətli çiskin ehtimalı var. Cənub-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 3-5° isti, gündüz 7-10° isti olacaq. Atmosfer təzyiqi 764 mm civə sütunu, nisbi rütubət isə […]

Ailə münasibətlərində yeni hüquqi meyarlar

Ali Məhkəmə ilk dəfə ailə-hüquq münasibətlərindən irəli gələn şəxsiyyət hüquqlarının pozulması və bu pozuntudan yaranan mənəvi zərərin ödənilməsi ilə bağlı hallara dair izah verib. Belə ki, “Şəxsiyyət hüquqlarının müdafiəsi haqqında” 24 dekabr 2025-ci il tarixli Plenum Qərarında ailə-hüquq münasibətlərindən irəli gələn şəxsiyyət hüquqlarının xüsusi növü kimi ər-arvadın şəxsiyyət hüquqlarının mahiyyəti və bu hüquqlara müdaxiləni qadağan […]

Lənkəranda Dövlət Peşə Təhsil Mərkəzinin açılışı keçirildi

Fevralın 25-də Lənkəran Dövlət Peşə Təhsil Mərkəzinin açılış mərasimi keçirilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə iştirak edib. Elm və təhsil naziri Emin Əmrullayev dövlət başçısına mərkəzdə yaradılan şərait barədə ətraflı məlumat təqdim edib. Qeyd olunub ki, təhsil müəssisəsinin əsası 1969-cu ildə Lənkəran Texniki Peşə Məktəbi kimi qoyulub. 2018-ci ildə Lerik Peşə Məktəbi ilə Lənkəran […]

Vilayət Eyvazov Yevlaxda vətəndaş qəbulu keçirəcək

Daxili işlər naziri Yevlaxda vətəndaşları qəbul edəcək və sıra baxışı keçirəcək. Daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov martın 2-də Yevlax rayonunda növbəti vətəndaş qəbulunu təşkil edəcək. Həmin gün polis orqanlarında, eləcə də daxili qoşunlarda xidmət etmək istəyən gənclərin sıra baxışı da baş tutacaq. Bu barədə məlumat Daxili İşlər Nazirliyi tərəfindən yayılıb və qurumun rəsmi informasiya […]

Qubada Cümə məscidinə ziyarət

Fevralın 24-də Leyla Əliyeva və Alena Əliyeva Quba rayonuna səfərləri çərçivəsində şəhərin tanınmış tarixi-memarlıq abidələrindən biri olan Cümə məscidində olublar. Ziyarət zamanı məscidin imamı Seyran Fərəczadə və dini icmanın sədri İlqar Bayramov qonaqlara məscidin tarixi və fəaliyyəti barədə ətraflı məlumat veriblər. Qeyd edilib ki, XIX əsrə aid olan bu ibadət ocağı bölgənin dini və mədəni […]

Yanacaq tədarükü davam edir

Bu gün Azərbaycandan Ermənistana növbəti yanacaq partiyası göndəriləcək. Yanacaq tədarükü çərçivəsində 4 500 ton dizel yanacağının fevralın 25-də dəmir yolu vasitəsilə Ermənistana yola salınması planlaşdırılır.

Azərbaycan nefti ucuzlaşdı

Dünya bazarlarında Azərbaycan nefti ucuzlaşma ilə ticarət olunub. “Azeri Light” markalı xam neftin bir barelinin qiyməti 1,34 ABŞ dolları və ya 1,83% azalaraq 71,97 ABŞ dollarına enib. Beləliklə, Azərbaycan nefti 72 dollar həddindən aşağı düşüb. Xatırladaq ki, “Azeri Light” üzrə ən aşağı qiymət 2020-ci il aprelin 21-də – 15,81 ABŞ dolları, ən yüksək qiymət isə […]

Qiymətli metallarda fərqli dinamika

Nyu-York birjasında qiymətli metalların ticarətində fərqli dinamika qeydə alınıb. COMEX əmtəə birjasında qızıl fyuçerslərinin qiyməti 0,48% azalaraq 5 201 ABŞ dolları səviyyəsində formalaşıb. Eyni zamanda, gümüşün unsiya üzrə fyuçersləri 2,17% bahalaşaraq 89,40 ABŞ dollarına yüksəlib.