Qum-çınqıl dövriyyəsi qanunla tənzimlənəcək
Su anbarlarında və tunellərin tikintisi zamanı çıxarılan qum-çınqıl və digər süxurların istifadəsi qanunvericiliklə tənzimlənəcək. Məsələ Milli Məclisin plenar iclasında müzakirəyə çıxarılan “Yerin təki haqqında” Qanuna dəyişiklik layihəsində əksini tapıb və birinci oxunuşda qəbul edilib. Layihəyə əsasən, su anbarları və sututarlarda toplanan çöküntülər (qum, qum-çınqıl, gil), eləcə də tunel və digər yeraltı keçidlərin tikintisi zamanı yerin […]