Browsing daily archive

Fevral 20, 2026

Yazın Azərbaycana gəliş vaxtı məlum oldu

Yaz fəslinin Azərbaycana gəlmə vaxtı məlum olub. Bu il yazın başlanğıcı martın 20-si saat 18:45:53-ə təsadüf edəcək. Həmin anda gecə ilə gündüzün müddəti bərabərləşəcək. Günəş şərq nöqtəsindən doğaraq qərbdə batacaq. Səma cisminin ekliptika üzrə hərəkəti zamanı ekvator xətti kəsiləcək və Günəş Cənub yarımkürəsindən Şimal yarımkürəsinə keçəcək. Bu məqamdan etibarən Şimal yarımkürəsində yaz, Cənub yarımkürəsində isə […]

Azərbaycanda elektron siqaretlərə qadağa və yüksək cərimələr

Azərbaycanda elektron siqaretlərlə bağlı inzibati məsuliyyət sərtləşdirilir. Bununla bağlı dəyişiklik layihəsi Milli Məclisin bugünkü plenar iclasında müzakirəyə təqdim olunan İnzibati Xətalar Məcəlləsinə təklif edilən düzəlişlərdə öz əksini tapıb. Təklif olunan dəyişikliklərə əsasən, aprelin 1-dən etibarən elektron siqaretlərin və onların tərkib hissələrinin ölkəyə gətirilməsi və ölkədən çıxarılması, istehsalı, topdan və pərakəndə satışı, eləcə də satış məqsədilə […]

Şirkət anbarından oğurluq

Paytaxtın Yasamal rayonu ərazisində fəaliyyət göstərən özəl müəssisələrdən birində iri məbləğdə oğurluq faktı aşkarlanıb. Şirkətə məxsus anbardan ümumi dəyəri 10 min manat olan təmir və tikinti materiallarının mənimsənildiyi müəyyən edilib. Hüquq-mühafizə orqanlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində cinayəti əvvəlcədən əlbir olaraq törətməkdə şübhəli bilinən 26 yaşlı N. Məmmədov və 23 yaşlı E. Allahverdiyev saxlanılıblar. Araşdırma zamanı […]

Azərbaycanda uşaq kinosu tənəzzül mərhələsindədir

Azərbaycanda uşaqlar üçün keyfiyyətli və tammetrajlı filmlərin sayı olduqca məhduddur. Bu problem təkcə kino sənayesinin deyil, eyni zamanda mədəniyyət, təhsil və istehsal infrastrukturunun üzərinə düşən ciddi məsələdir. Bu fikirləri Milli Məclisin plenar iclasında İnsan hüquqları komitəsinin sədri Zahid Oruc səsləndirib. Deputat bildirib ki, bəzi illərdə ölkədə uşaqlar üçün bir və ya iki layihə belə istehsal […]

Ramazanda sağlam qalmağın yolları: düzgün qidalanma və aktiv həyat tərzi

Ramazan ayı insan üçün həm ruhani, həm də fizioloji baxımdan fərqli bir mərhələdir. Bu dövrdə orqanizmin normal fəaliyyətini qorumaq, enerjini stabil saxlamaq və həzm sistemini yormamaq üçün düzgün və balanslı qidalanma xüsusi əhəmiyyət daşıyır. Ramazanda necə qidalanmaq lazımdır? Kimlər üçün oruc riskli hesab olunur? Oruc sağlamlığa nə dərəcədə faydalıdır? Ramazan boyunca oruc tutan şəxs qida […]

Əfqanıstanda qərar: qadınlara qarşı zorakılığı leqallaşdıran məcəllə

Əfqanıstan-da hakimiyyətdə olan Taliban administrasiyası qadınlara qarşı zorakılıqla bağlı müddəaları özündə əks etdirən yeni Cinayət Məcəlləsini qəbul edib. Məlumatı Daily Mail nəşri yayıb. Yeni məcəlləyə əsasən, ərlərə arvadlarına ciddi xəsarət yetirməmək şərti ilə fiziki güc tətbiq etməyə icazə verilir. Sənəd “Taliban”ın ali lideri Hibatullah Axundzadə tərəfindən təsdiqlənib. 90 səhifədən ibarət olan Cinayət Məcəlləsində cəza mexanizmi […]

Su təchizatı ilə bağlı ən çox verilən suallar açıqlandı

Abonentlər su təchizatı ilə bağlı yaranan suallarla əlaqədar Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi-nin tabeliyində fəaliyyət göstərən qurumlara mövcud əlaqə kanalları vasitəsilə müraciət edir və qısa müddətdə ətraflı cavab əldə edirlər. Daxil olan müraciətlər arasında vətəndaşları daha çox maraqlandıran və tez-tez səsləndirilən məsələlər də yer alır. ADSEA-nın İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti həmin aktual sualları […]

Milli Məclisdə yaz sessiyasının növbəti plenar iclası keçirilir

Milli Məclisin yaz sessiyasının növbəti plenar iclası keçirilir. Yaz sessiyasının plenar iclasının gündəliyinə 10 məsələ daxil edilib. Həmin məsələlər aşağıdakılardır: “Avropa Şurasının İnsan orqanlarının alverinə qarşı Konvensiyası”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi. Azərbaycan Respublikasının Gömrük Məcəlləsində, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində və “Qiymətli metallar və qiymətli daşlar haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə […]

Azərbaycanda istilik enerjisi istehsalında artım qeydə alınıb

2025-ci ildə Azərbaycanda ümumilikdə 1 425 981 Qkal həcmində istilik enerjisi istehsal olunub. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 33 224 Qkal və ya 2,4 faiz çoxdur. Məlumat Azərbaycan Respublikasının Energetika Nazirliyi tərəfindən dərc olunan illik hesabatda əksini tapıb. Hesabata əsasən, topdansatış mexanizmi çərçivəsində Azərenerji ASC-nin İstilik Elektrik Mərkəzindən 144 736 Qkal istilik […]

Əlavə məzuniyyətlə bağlı yeni qaydalar qüvvəyə minir

Əmək şəraiti və iş stajına görə, eləcə də uşaqlı qadınlar və işğaldan azad olunmuş ərazilərdə çalışan mütəxəssislər üçün əlavə məzuniyyətlə bağlı yeni mexanizm tətbiq ediləcək. Yeniliyə əsasən, bu kateqoriyadan olan şəxslərə istifadə etdikləri əlavə məzuniyyət günlərinə görə kompensasiya ödənilməsi nəzərdə tutulur. Əmək şəraiti və funksiyanın xüsusiyyətlərinə görə əlavə məzuniyyət hüququ yeraltı işlərdə çalışanlara, zərərli və […]