Browsing daily archive

Fevral 19, 2026

Pensiyalar artımla ödəniləcək

Fevralın 20-də ölkə üzrə bütün pensiyaların tam ödənişi tamamlanacaq. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən bildirilib ki, həmin gün güzəştli şərtlərlə pensiya hüququna malik vətəndaşların pensiyaları da veriləcək. Qeyd olunub ki, 1 yanvar 2026-cı ilədək təyin edilmiş bütün növ pensiyalar ilin əvvəlindən 9,3 faiz indeksləşdirilərək artırılıb və fevral ayının ödənişləri bu artımlarla birlikdə həyata keçiriləcək. […]

Erməni politoloqdan müxalifətə mesaj

Erməni politoloq Harutyun Mkrtçyan bildirib ki, Ermənistanın müxalif siyasi qüvvələrinin Azərbaycanla imzalanması nəzərdə tutulan sülh sazişini pozmaq imkanları yoxdur. Onun sözlərinə görə, Rusiyadan istiqamət alan bu qüvvələr mövcud xarici siyasət kursunu dəyişəcək gücə malik deyillər. Mkrtçyan qeyd edib ki, onların nə sülh müqaviləsini pozmaq, nə də Qarabağı yenidən nəzarətə götürmək imkanları var. Politoloq əlavə edib […]

BAEA: İran nüvə proqramının bir hissəsini gizlədib

Beynəlxalq Atom Enerjisi Agentliyi İranın nüvə fəaliyyəti ilə bağlı bəzi məlumatların gizlədildiyini açıqlayıb. Qurumun baş direktoru Rafael Qrossi bildirib ki, rəsmi Tehran nüvə proqramının və ya onun məqsədlərinin müəyyən hissəsini agentlikdən gizli saxlayıb. Onun sözlərinə görə, hazırda İranın nüvə silahı hazırladığına dair birbaşa sübut mövcud deyil. Lakin yoxlamalar zamanı mütəxəssislər nüvə proqramı ilə əlaqəsi olmayan […]

Göyçayda çay evində dava ölümə səbəb oldu

Göyçayda çay evində baş verən insident ölümə səbəb olub. Hadisə fevralın 16-da axşam saatlarında şəhər ərazisində yerləşən çayxanalardan birində qeydə alınıb. İlkin məlumata görə, rayon sakini 36 yaşlı Cavid Əhmədov hündürlükdən yıxılaraq ağır xəsarətlər alıb və xəstəxanada vəfat edib. Araşdırma zamanı məlum olub ki, obyekt daxilində C. Əhmədovla 31 yaşlı Mehman Əsgərov arasında şəxsi münasibətlər […]

Çips paketləri ilə bağlı yayılan görüntülər narahatlıq yaratdı

Bu barədə məlumatı Baku TV-nin hazırladığı materiallara əsasən təqdim edirik. Sosial şəbəkələrdə yayılan bəzi videolarda vətəndaşlar çips paketini açarkən içərisindən qurd və ya həşərat çıxdığını bildirirlər. Bəzi görüntülərdə məhsul mikroskop altında nümayiş etdirilərək tərkibində canlı orqanizmlərin olduğu iddia olunur. Məsələnin nə dərəcədə real olduğunu aydınlaşdırmaq üçün qida üzrə ekspert Seymur Qafarov açıqlama verib. Onun sözlərinə […]