Dünya bazarında Azərbaycan nefti bahalaşdı
Dünya bazarında “Azeri Light” markalı Azərbaycan neftinin qiymətində artım qeydə alınıb. Bir barelin dəyəri 1,06 ABŞ dolları və ya 1,49 faiz yüksələrək 72,20 ABŞ dollarına çatıb. Xatırladaq ki, “Azeri Light” neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də – 15,81 ABŞ dolları, ən yüksək qiyməti isə 2008-ci ilin iyul ayında – 149,66 ABŞ dolları olub.