Browsing daily archive

Fevral 12, 2026

Rusiya Vaşinqtondakı Sülh Şurası iclasında iştirak etməyəcək

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib ki, Rusiya nümayəndələri Sülh Şurasının fevralın 19-da Vaşinqtonda keçiriləcək ilk iclasında iştirak etməyəcəklər. “Rusiya Sülh Şurasının iclasında təmsil olunmayacaq”, – deyə Zaxarova brifinqdə açıqlama verib. O həmçinin qeyd edib ki, Moskva Sülh Şurası ilə bağlı mövqeyinin formalaşdırılması üzərində işlərini davam etdirir. Sülh Şurası Qəzza zolağında sülh […]

Ermənistanda dövlət himninin canlı ifası təşəbbüsü

Ermənistanın baş naziri Nikol Paşinyan ölkədə dövlət himninin dövlət qurumlarında canlı ifa olunması üçün xor qruplarının yaradılmasını təklif edib. Paşinyan hökumət iclasında bildirib ki, himn ifası xüsusi hadisədir və onun harada ifa olunmasından asılı olmayaraq canlı səslə səsləndirilməsi vacibdir. “Xor yoxdursa, onları himni ifa etməyə dəvət etmək və ya fərdi qruplar yaratmaq olar. Bu, kiçik […]

Paşinyan sərhəd bölgələrinə səfərlərlə bağlı məhdudiyyəti ləğv etməyə hazırlaşır

Baş nazir Nikol Paşinyan hökumət iclasında bildirib ki, Ermənistanda fəaliyyət göstərən xarici səfirliklər vətəndaşlarını ölkənin sərhəd bölgələrinə səfər etməməyə çağırmaqdan imtina etməlidirlər. Paşinyan hansı ölkələrin səfirliklərindən danışdığını dəqiqləşdirməsə də, bu cür xəbərdarlıqların əsasən Qərb səfirlikləri tərəfindən yayıldığı vurğulanır. Onun sözlərinə görə, əvvəllər bəzi səfirliklər, xüsusən Sünik bölgəsinə səfərləri məhdudlaşdırmaq barədə davamlı xəbərdarlıq edirdilər. “Cənab Mirzoyan […]

Texnologiya və Təhsil

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi və “Google” şirkəti bildirir ki, “Gemini” süni intellekt modeli artıq rəsmi olaraq Azərbaycan dilində istifadəyə verilib. Məlumata görə, strateji genişlənmə çərçivəsində əlavə edilən 23 yeni dildən biri kimi Azərbaycan dili seçilib. Bu, azərbaycanlı istifadəçilərə “Gemini”nin imkanlarından əsas qlobal dillərlə yanaşı, ana dilində də faydalanmaq imkanı yaradır. Azərbaycan dili interfeysi artıq […]

Eksternat imtahanlarının nəticələri açıqlanıb

Ümumi təhsilin istənilən səviyyəsini vaxtından əvvəl başa vurmaq istəyən istedadlı şagirdlər üçün eksternat qaydasında keçirilən imtahanların nəticələri açıqlanıb. Bakı şəhərində keçirilmiş imtahanların nəticələrinə görə, ibtidai təhsil səviyyəsində 1, tam orta təhsil səviyyəsində isə 1 şagird uğur qazanıb. Ümumilikdə 2 şagird imtahanı müvəffəqiyyətlə keçərək cari tədris ilinin ikinci yarım ilindən etibarən bir sinif yuxarıda təhsilini davam […]

Mahir Səfərli BMT QAK-ın Mərkəzi Asiya Regional Nümayəndəsi təyin edildi

BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı (BMT QAK) Mahir Səfərliyi Mərkəzi Asiya üzrə Regional Nümayəndəliyinə rəhbər təyin edib. Bu barədə həm BMT QAK-ın rəsmi açıqlamasında, həm də Qazaxıstan Xarici İşlər Nazirliyinin yaydığı məlumatda bildirilib. Regional nümayəndə kimi Mahir Səfərli Qazaxıstanın Almatı şəhərində yerləşən regional ofisdə fəaliyyət göstərəcək və təşkilatın Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan və Özbəkistandakı fəaliyyətinə […]

Azərbaycan-Ermənistan münasibətləri: Post-münaqişə mərhələsində sülh perspektivləri

“Azərbaycanla Ermənistan arasında yeni münasibətlərin əsası qoyulur, proses tarixi mahiyyət daşıyır. Yaxın gələcəkdə iki ölkə arasında sülh müqaviləsinin imzalanması Cənubi Qafqazda post-münaqişə mərhələsinin əsas institusional sütunu hesab olunur”. Politoloq Zaur Məmmədov bildirib ki, hazırda region ətrafında və beynəlxalq proseslərdəki turbulentlik iki dövlət arasında mobil inkişaf əlaqələri üçün perspektivlər vəd edir: “Rusiya-Ukrayna müharibəsi və İran ətrafında […]

Köhnə avtomobillərə qadağa qoyuldu

Fevral ayının əvvəlindən Özbəkistanda 50 yaşdan yuxarı minik və yük avtomobillərinin istifadəsi qadağan olunub. Ölkə rəsmiləri bildirir ki, bu yaşdan yuxarı avtomobillər həm təhlükəli hesab olunur, həm də ətraf mühiti ciddi şəkildə çirkləndirir. Qadağa əsasən Sovet dövründən qalma on minlərlə nəqliyyat vasitəsinə şamil edilir.

Magistraturaya qəbul imtahanı bu bazar keçiriləcək

Dövlət İmtahan Mərkəzi (DİM) fevralın 15-də ali təhsil müəssisələrinin magistratura pilləsinə qəbul imtahanının (I cəhd) təşkilini həyata keçirəcək. DİM-in məlumatına görə, imtahan Bakı, Sumqayıt, Abşeron, Naxçıvan, Gəncə, Mingəçevir və Lənkəran şəhərlərində ümumilikdə 88 binada baş tutacaq. İştirakçıların imtahan verəcəyi ünvan “Şəxsi kabinet”də göstərilən faktiki yaşayış yerinə uyğun müəyyən edilib. İmtahan saat 11:00-da eyni vaxtda başlanacaq. […]

Dünyanın nüvə xəritəsi açıqlandı

Dünya üzrə nüvə silahına sahib dövlətlərin arsenalına dair yenilənmiş statistik məlumatlar açıqlanıb. Məlumata görə, Rusiya ümumilikdə 5 459 nüvə başlığına malikdir və onlardan 1 150-si artıq silahlanmadan çıxarılıb. Siyahıda ikinci pillədə qərarlaşan ABŞ-ın arsenalında isə 5 177 nüvə başlığı var. Bu başlıqlardan 1 477-si istismardan çıxarılmış sayılır. Digər nüvə dövlətlərinin göstəriciləri daha aşağı səviyyədədir. Çində […]