Browsing daily archive

Fevral 7, 2026

Pakistanda məscidə terror hücumu ilə bağlı əməliyyat

Pakistan təhlükəsizlik orqanları İslamabadda şiə məscidinə edilən terror hücumunun təşkilində iştirak edən şəxsləri həbs edib. Bu barədə “The News” nəşri məlumat yayıb. Bildirilir ki, əməliyyat zamanı hücumun əsas təşkilatçısı və bir neçə iştirakçı ölkənin şimal-qərbində yerləşən Xayber-Paxtunxva əyalətində tutulub. Araşdırmalar nəticəsində məlum olub ki, hücumu planlaşdıran şəxs İŞİD terror qruplaşması ilə əlaqəli olub və Əfqanıstan […]

ABŞ rəsmiləri Cənubi Qafqaza səfərə hazırlaşır

ABŞ-ın vitse-prezidenti Ceyms Devid Vens və Dövlət katibinin iqtisadi məsələlər üzrə müavini Ceykob Helberqin fevralın 9-dan 11-dək Azərbaycan və Ermənistana rəsmi səfər edəcəyi bildirilib. ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin yaydığı məlumata görə, səfərlər Vaşinqtonun regionda sülh prosesinə dəstək vermək niyyətinin tərkib hissəsidir. Qeyd olunur ki, səfərin əsas məqsədi ABŞ administrasiyasının sülh təşəbbüslərinin, eləcə də “Beynəlxalq […]

Azərbaycan cüdoçuları Parisdə medal qazandı

Fransanın paytaxtı Parisdə keçirilən cüdo üzrə Böyük Dəbilqə turniri Azərbaycan idmançıları üçün uğurlu nəticələrlə yadda qalıb. Yarışda ölkəmizi təmsil edən cüdoçulardan biri qızıl, digəri isə bürünc medal qazanıb. 60 kq çəki dərəcəsində mübarizə aparan Balabəy Ağayev turnirin qalibi olub. O, final görüşündə ukraynalı Dilşot Xalmatovu məğlub edərək qızıl medala sahib çıxıb. Bununla da Balabəy Ağayev […]

Mingəçevirdə marketdə faciə

Mingəçevər şəhərində yerləşən marketlərdən birində ölüm faktı baş verib. Hadisə 20 Yanvar küçəsində fəaliyyət göstərən “Qədiroğlu” marketlər şəbəkəsinə məxsus mağazada qeydə alınıb. Alış-veriş məqsədilə marketə daxil olan, 1953-cü il təvəllüdlü şəhər sakini Mikayıl Məmmədovun qəfil halı pisləşib və o, yerə yıxılıb. İlkin tibbi müayinə zamanı onun ürək çatışmazlığı nəticəsində vəfat etdiyi müəyyən edilib. Faktla bağlı […]

Müəllimi güllələyən şagird həbs edildi

“İdrak” liseyində baş verən silahlı insidentlə bağlı məsuliyyətə cəlb olunan şagird barəsində məhkəmə 4 aylıq həbs qətimkan tədbiri seçib. Onun üzərinə Cinayət Məcəlləsinin 29.120.1-ci maddəsi – qəsdən adam öldürməyə cəhd – üzrə ittiham irəli sürülüb. Qanuna görə, bu maddənin sanksiyasında 9 ildən 14 ilə qədər həbs cəzası nəzərdə tutulur, lakin 18 yaşını tamamlamamış şəxslərə maksimum […]

Azərbaycan Pakistana dəstəyini ifadə etdi

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Pakistan İslam Respublikasının Baş nazirinin müavini və xarici işlər naziri Məhəmməd İshaq Dar ilə telefon əlaqəsi saxlayıb. Xarici İşlər Nazirliyinin məlumatına görə, söhbət zamanı Ceyhun Bayramov İslamabadda məsciddə törədilmiş terror aktını kəskin şəkildə pisləyib, faciə nəticəsində həyatını itirənlərin ailələrinə, eləcə də Pakistan hökumətinə və xalqına dərin hüznlə başsağlığı verib. […]

Pakistanda məsciddə ölənlərin sayı artdı

Pakistanın paytaxtı İslamabadda cümə namazı vaxtı məsciddə törədilən partlayış nəticəsində həlak olanların sayı artıb. Son məlumata görə, faciə qurbanlarının sayı 36 nəfərə çatıb. “Reuters”in yaydığı xəbərə əsasən, hücum zamanı yaralanan 169 nəfərin bir çoxunun vəziyyəti ağır qiymətləndirilir. İlkin istintaq materialları hadisəni törədən şəxsin terror qruplaşması ilə əlaqəli olduğunu göstərir. Hadisə ilə bağlı araşdırmalar davam etdirilir.

Zelenski ABŞ-ın planını açıqladı

Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ-ın Rusiya-Ukrayna müharibəsinin yay mövsümünə qədər bitirilməsində maraqlı olduğunu bildirib. Dövlət başçısı jurnalistlərə açıqlamasında qeyd edib ki, Vaşinqtonun təqdim etdiyi yanaşma məhz bu vaxt çərçivəsinə hesablanıb. “Onlar müharibənin yayın əvvəlinə qədər başa çatmasını təklif edirlər. Görünür, bu qrafik əsasında bizə təzyiqlər də ola bilər. Niyə məhz yay? Düşünürük ki, burada ABŞ […]