Browsing daily archive

Fevral 6, 2026

İran ABŞ-la danışıqlara yalnız nüvə proqramı mövzusunda razıdır

İran İnqilab Keşikçiləri Korpusunun (SEPAH) komandanının müavini Yədullah Cavani bildirib ki, Omanda keçiriləcək danışıqlar yalnız İranın nüvə proqramı ətrafında məhdudlaşacaq. Cavani vurğulayıb: “Biz prinsipial mövqelərimizdən geri çəkilməyəcəyik. Düşmən səhv addım atsa, İranın cavabı qəti olacaq”. O həmçinin “Xorrəmşəhr-4” raketinin təqdimatını ABŞ və Qərbə açıq mesaj adlandıraraq bildirib: “Danışıqlar masası arxasına əyləşmək hərbi gücdən geri çəkilmək […]

Azərbaycan və Ermənistan arasında birbaşa dəmir yolu bağlantısı hazırlanır

Yerevan, Ermənistan – Ermənistanın iqtisadiyyat naziri Gevorq Papoyan bildirib ki, “Tramp Marşrutu” (TRIPP) layihəsinin icrası nəticəsində yaxın illərdə Azərbaycanla birbaşa dəmir yolu əlaqəsi qurulacaq. Nazirin sözlərinə görə, hazırda iki ölkə arasında ticarət əlaqələri aktiv deyil və bunun səbəbləri əsasən obyektiv xarakter daşıyır: “Bazarlar hələ bir-birinə tanış deyil, ticarət əlaqələrinin formalaşması vaxt tələb edir. Bu prosesin […]

Yetkinlik yaşına çatmayanlar üçün cinayət məsuliyyəti: kim, necə və hansı hallarda cəzalanır

Cəmiyyətdə yetkinlik yaşına çatmayan şəxslərin törətdiyi cinayətlərin sayı diqqət çəkir. Təcrübə göstərir ki, bu yaş qrupundakı şəxslər əsasən kriminal aləmin təsiri, həmçinin digər yaşa dolmuş cinayətkarların təhriki nəticəsində cinayət yoluna qədəm qoyurlar. Cinayət Məcəlləsinin 84.1-ci maddəsinə görə, 14 yaşı tamam olmuş, lakin 18 yaşına çatmamış şəxslər yetkinlik yaşına çatmayan hesab olunur. Bu şəxslər cinayət törətdikdə […]

Azərbaycan vətəndaşlarının mülki və odlu silah əldə etmə qaydaları

Mülki silahın əldə edilməsi və saxlanılması qaydaları (qısa, amma ətraflı) Yaş həddi: 18 yaşdan yuxarı Azərbaycan vətəndaşları mülki silah (odlu silah istisna olmaqla) əldə edə bilər. 21 yaşdan yuxarı şəxslər odlu mülki silah ala bilər. Müraciət və sənədlər: Vətəndaş yaşadığı ərazi üzrə polis orqanına və ya Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinə müraciət edir. […]

Mingəçevirdə İcra Hakimiyyətinin səyyar görüşü keçirildi

Fevralın 5-də Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov vətəndaşlarla növbəti səyyar qəbulunu keçirib. Görüş 11 nömrəli tam orta məktəbin akt zalında təşkil olunub və tədbirdə İcra başçısının aparatının məsul əməkdaşları, şəhər polis şöbəsinin rəisi, şəhər prokuroru, müxtəlif küçələrdən gəlmiş sakinlər, bələdiyyə sədri, idarə və müəssisə rəhbərləri, həmçinin mətbuat nümayəndələri iştirak ediblər. Tədbiri açan İcra […]

Şagird tərəfindən güllələnən müəllim xəstəxanada müalicə alır, vəziyyəti orta ağırdır

Xəbər verdiyimiz kimi fevralın 6-da səhər saat 09:00 radələrində Binəqədi rayonunda yerləşən özəl “İdrak” liseyində silahlı insident baş verib. 10-cu sinif şagirdi Ə.Ş atasına məxsus ov silahını götürərək məktəbə gətirib və sinif otağında müəllimə Ş.K-ya xəsarət yetirib. 1997-ci il təvəllüdlü qadın müəllim Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Ona odlu silahdan açılan atəş nəticəsində zədələnmə diaqnozu qoyulub, […]

Bakıda liseydə silahlı insident: müəllim şagird tərəfindən güllələndi

Bakıda yerləşən İdrak Liseyində silahlı insident qeydə alınıb. Hadisə Ziya Bünyadov 3 ünvanında, keçmiş Karl Marks heykəli ilə üzbəüz yerləşən təhsil müəssisəsində baş verib. “Unikal”ın məlumatına istinadən xəbər veririk ki, liseyin riyaziyyat müəllimi 10-cu sinif şagirdi tərəfindən güllələnib. Yaralanan müəllim dərhal xəstəxanaya çatdırılıb. Həkimlər onun vəziyyətini ağır qiymətləndirirlər. Hadisədən sonra valideynlər təhlükəsizlik məqsədilə övladlarını liseydən […]

Özünə vurduğu iynə ölümünə səbəb oldu

Yevlax rayonunda bədbəxt hadisə baş verib. Rayon sakini müalicə məqsədilə özünə vurduğu iynədən sonra dünyasını dəyişib. Məlumata görə, 1954-cü il təvəllüdlü Zirəddin Quliyev antibiotik iynəsi vurduqdan qısa müddət sonra özünü pis hiss etməyə başlayıb. Vəziyyəti kəskin ağırlaşan şəxs təcili tibbi yardım vasitəsilə xəstəxanaya aparılıb. Həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb. Faktla bağlı […]

MİT-dən əməliyyat: Türkiyədə Mossadla əlaqəli iki nəfər saxlanıldı

Türkiyənin Milli Kəşfiyyat Təşkilatı İsrailin xüsusi xidmət orqanı Mossadla əlaqəsi olduğu müəyyən edilən iki şəxsi saxlayıb. “TRT Haber”in məlumatına görə, “Monitum” adlı əməliyyat çərçivəsində Mehmet Budak Derya və Veysel Kerimoğlu barəsində xüsusi əməliyyat keçirilib və hər iki şəxs nəzarətə götürülüb. Onların İsrail kəşfiyyatı ilə əməkdaşlıq etdiyi iddia olunur. Araşdırmalar zamanı müəyyən edilib ki, mədən mühəndisi […]

Çin kosmosda yeni dövr açır: Peykləri sıradan çıxaran silah nümayiş etdirildi

Çin hərbi mühəndisləri aşağı Yer orbitində yerləşən peyklərin işini pozmaq gücünə malik, yüksək güclü və kompakt mikrodalğalı silah hazırlayıb. Mütəxəssislərin fikrincə, bu texnologiya dünyada bu tipli ilk nümunə hesab olunur. Bu barədə “South China Morning Post” nəşri məlumat yayıb. Bildirilib ki, “TPG1000Cs” adlanan yeni sistem xüsusilə qlobal peyk şəbəkələri, o cümlədən ABŞ-nin “SpaceX” şirkətinə məxsus […]