Browsing daily archive

Fevral 5, 2026

Arayik Harutyunyan və digər erməni əsilli şəxslərə hökm oxunub

Bakı Hərbi Məhkəməsində Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində törədilən sülh və insanlıq əleyhinə cinayətlər, o cümlədən müharibə cinayətləri, soyqırımı, təcavüzkar müharibənin hazırlanması və aparılması, müharibə qanunlarının pozulması, terrorçuluq və hakimiyyəti zorla ələ keçirmə kimi ağır ittihamlarla bağlı açıq məhkəmə prosesi başa çatıb. Teleqraf xəbər verir ki, hakim Zeynal Ağayevin sədrliyi ilə Camal Ramazanov və […]

Elektron ticarətdə vergilər məhsul qiymətlərinə təsir edəcək

Milli Məclisdə Vergi Məcəlləsinə ediləcək dəyişikliklər müzakirə olunur. Yeni qaydaya əsasən, Azərbaycanda xidmət göstərən və qeyri-rezident olan elektron ticarət platformalarının illik dövriyyəsi 10 000 ABŞ dollarını keçərsə, onlar 30 gün ərzində elektron qaydada vergi uçotuna alınmalıdır. İllik dövriyyəsi bu məbləği keçməyən platformalar üçün uçota alınma könüllü olacaq. Qanun qəbul olunarsa, Temu, Trendyol, Shein, Alibaba və […]

Əlillik təyinatında süni intellekt texnologiyaları tətbiq ediləcək

Bu il əlillik təyinatı və xidmətlərin təkmilləşdirilməsi sahəsində süni intellekt (Sİ) əsaslı texnologiyaların tətbiqi önəmli rol oynayacaq. Bu barədə DOST Rəqəmsal İnnovasiyalar Mərkəzinin direktoru Kənan Əkpərov mərkəzdə keçirilən mətbuat konfransında məlumat verib. O bildirib ki, hazırda əlillik qrupunun avtomatik müəyyənləşdirilməsi 90%-ə yaxın dəqiqliklə həyata keçirilir. Vətəndaşların bütün müraciətləri mərkəzləşdirilmiş qaydada qəbul ediləcək və “Omnichannel” yanaşması […]

Mingəçevirdə dəm qazından zəhərlənənlər xəstəxanadan evə buraxılıb

Bu gün səhər saat 05:00 radələrində Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasına 4 nəfər – 3 qadın və 1 kişi – dəm qazından zəhərlənmə diaqnozu ilə gətirilib. Xəstəxanadan verilən məlumata görə, pasiyentlərə bütün zəruri tibbi yardım göstərilib və vəziyyətləri qənaətbəxş qiymətləndirilib. Hazırda onların hamısı ambulator müalicə üçün evə buraxılıb.

Müəllimlərin illik məzuniyyətindən istifadə qaydası yeniləndi

Pedaqoji işçilərin əmək məzuniyyətindən istifadə imkanlarında yenilik edilib. Ötən ilin dekabrında Əmək Məcəlləsinə edilən dəyişikliklərlə müəllimlər yalnız yay tətili dövründə deyil, müəyyən hallarda tədris ili ərzində də məzuniyyət götürə biləcəklər. Yeni qaydaya əsasən, Məcəllənin 131-ci maddəsinin 5-ci hissəsindəki “bir qayda olaraq, məktəblərdə yay tətili dövründə” ifadəsi “məktəblərdə yay tətili dövründə və ya işəgötürənin razılığı ilə […]

XRİTDX enerji sektorunda kibertəhlükəsizlik təlimi təşkil edib

Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti (XRİTDX) dövlət qurumlarının enerji sektoru əməkdaşları üçün təlim təşkil edib. Təlim NATO-nun Sülh və Təhlükəsizlik naminə Elm Proqramı çərçivəsində, XRİTDX və Rumıniyanın İnformatika üzrə Milli Tədqiqat və İnkişaf İnstitutu ilə birgə “Cyber Polygon” layihəsi çərçivəsində keçirilib və “Enerji sektorunda kibertəhlükəsizliyə giriş və kiberpoliqon platformasının imkanları” mövzusuna həsr olunub. […]

Mingəçevirdə elektrik xətlərində texniki təmir aparılır

Mingəçevir şəhərində elektrik xətlərində yenidənqurma işləri aparılacaq. “Azərişıq” ASC-dən verilən məlumata görə, 110/6 kV-luq yarımstansiyadan çıxan 6 kV-luq hava xəttində texniki təmir və modernləşdirmə işləri görüləcək. İşlərin icrası zamanı, yəni saat 12:00-dək Qarabağ kanal ətrafı, İncilli yaşayış massivi və Koroğlu küçəsi sakinləri müvəqqəti elektrik kəsintisi ilə üzləşəcək. Təmir başa çatdıqdan sonra həmin ərazilərdə elektrik enerjisinin […]

Mingəçevirdə dəm qazından zəhərlənmə

Mingəçevirdə baş verən bədbəxt hadisə nəticəsində bir ailənin dörd üzvü dəm qazından zəhərlənib. Hadisə şəhərin bağlar yaşayış massivində qeydə alınıb. Məlumata görə, ailə üzvləri yaşadıqları evin mətbəxində dəm qazının sızması səbəbindən zəhərləniblər. Zərərçəkənlər – 2010-cu il təvəllüdlü Dilbazi Yusifli Rəşad qızı, 2014-cü il təvəllüdlü Nəzrin Yusifli Rəşad qızı, 2015-ci il təvəllüdlü Emin Yusifli Rəşad oğlu […]

Səma həvəskarları üçün nadir fürsət

Fevralın 28-i axşam saatlarında səma həvəskarlarını maraqlı bir astronomik hadisə gözləyir. Həmin gün “planetlərin böyük paradı” adlanan nadir səma düzülüşü baş verəcək. BDU-nun Fizika fakültəsinin Astrofizika kafedrasının məlumatına görə, gün batdıqdan sonra Merkuri, Venera, Yupiter, Saturn, Uran və Neptun eyni anda səmanın eyni hissəsində görünəcək. Bu planetlərdən dördünü adi gözlə izləmək mümkün olacaq, Uran və […]

Azərbaycan–BƏƏ münasibətlərində yeni mərhələ

Fevralın 4-də Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Əbu-Dabidə Birləşmiş Ərəb Əmirliklərinin xarici işlər naziri Abdullah bin Zayed Əl Nəhyan ilə görüş keçirib. Xarici İşlər Nazirliyinin Mətbuat xidmətinin yaydığı məlumata görə, danışıqlar zamanı iki ölkə arasında hərtərəfli strateji tərəfdaşlıq çərçivəsində siyasi, iqtisadi, ticarət, enerji və humanitar sahələrdə əməkdaşlıq məsələləri ətraflı müzakirə olunub. Eyni zamanda […]