Browsing monthly archive

Yanvar 2026

Qanunsuz toyuq sexində süni boyama aşkarlanıb

Xırdalan şəhərində fəaliyyət göstərən qanunsuz quş kəsimi sexində laborator müayinələr nəticəsində toyuq məhsullarının süni sarı rənglə boyandığı məlum olub. Qida Təhlükəsizliyi Agentliyindən bildirilib ki, “kənd toyuğu” təəssüratı yaratmaq məqsədilə toyuqlarda Tartrazin (E102) qida əlavəsindən istifadə edilib. Tartrazin dərman və kosmetik vasitələrdə, eləcə də bəzi qida məhsullarında istifadə olunan sintetik sarı boya olub, insanlarda allergiya və […]

Azərbaycanda 74 stomatoloqun qanunsuz fəaliyyəti aşkarlanıb

2025-ci ildə ölkədə 74 stomatoloqun qanunsuz fəaliyyət göstərdiyi müəyyən edilib. Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzindən verilən məlumata görə, aşkar edilmiş pozuntular arasında lisenziya şərtlərinə riayət etməmək, sertifikasiya və lisenziya olmadan tibbi fəaliyyət göstərmək halları üstünlük təşkil edib. Xüsusilə 33 nəfər lisenziya şərtlərinə, 16 nəfər lisenziyasız fəaliyyətə, 8 nəfər lisenziyadan kənar işə, 9 nəfər sertifikatsiya olmadan […]

Rusiyada polis zabitinin qətlində şübhəli tutuldu: Azərbaycan vətəndaşı saxlanıldı

Rusiyanın Tver vilayətində 22 yaşlı polis əməkdaşı qətlə yetirildi. Hadisənin şübhəlisi kimi Azərbaycan vətəndaşı Rauf Əliyev saxlanılıb. Məlumata görə, Rauf Əliyev Maksatiha kəndində kirayə qaldığı mənzilə baş çəkən polis əməkdaşları ilə mübahisə edib və mübahisə zamanı polis zabiti Andrey bıçaq xəsarətləri alaraq həyatını itirib. Şübhəli Tver hava limanında polis tərəfindən saxlanılıb və məhkəmənin qərarı ilə […]

Azərbaycan idxalda təhlükəsizlik tədbirlərini gücləndirir

Azərbaycan bəzi ölkələrdən ət məhsullarının idxalını müvəqqəti dayandırıb. Livanın Akkar və Bəəlbək-əl-Hirmil əyalətlərində dabaq, Litvanın Telşyay və Şyaulyay bölgələrində isə blutanq xəstəliklərinin qeydə alınması səbəbindən həmin ərazilərdən Azərbaycana ət və ət məhsullarının gətirilməsinə məhdudiyyət tətbiq olunub. Bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat yayıb. Qurumdan bildirilib ki, ölkə ərazisinin yoluxucu heyvan xəstəliklərindən qorunması məqsədilə […]

Qəzetlərin də qiyməti bahalaşdı

Azərbaycanda bir sıra qəzetlərin satış qiyməti artırılıb. Yeni qiymətlər yanvarın 5-dən etibarən tətbiq olunmağa başlayıb. Belə ki, “525-ci qəzet”in qiyməti 40 qəpik artırılaraq 1 manata, “Bakı Xəbər” qəzetinin qiyməti 40 qəpik artımla 60 qəpiyə, “Novoye Vremya”nın qiyməti isə 60 qəpik bahalaşaraq 70 qəpiyə çatdırılıb. “Səs” qəzeti də 60 qəpik artımla 1 manata satılır. Bundan başqa, […]

Biz kiminsə naminə azərbaycanlıların həyatını riskə atmayacağıq

Prezident İlham Əliyev yerli televiziya kanallarına müsahibəsində Azərbaycanın Qəzza zolağında mümkün beynəlxalq missiyalarda iştirakı ilə bağlı səslənən fikirlərə aydınlıq gətirib. Dövlət başçısı qeyd edib ki, hazırda belə bir missiyanın hansı mandat əsasında və hansı formatda həyata keçiriləcəyi barədə konkretlik yoxdur. Prezident vurğulayıb ki, Azərbaycan “peace enforcement” xarakterli, yəni məcburetmə əməliyyatlarında iştirak etməyi nəzərdə tutmur. “Azərbaycanın […]

Şagirdlər üçün qış tətilinin tarixləri açıqlanıb

Orta ümumtəhsil müəssisələrində təhsil alan şagirdlər üçün 5 günlük qış tətili elan olunub. Nazirlər Kabinetinin “Ümumi təhsil müəssisələrində tədris ilinin müddətinin təsdiq edilməsi haqqında” qərarına əsasən, qış tətili ənənəvi olaraq yanvar ayının sonuna təsadüf edir. 2025–2026-cı tədris ilində qış tətili 27–31 yanvar tarixlərini əhatə edəcək. Tətilin bitməsindən sonra fevralın 1-i bazar gününə düşdüyü üçün şagirdlər […]

Azad Edilmiş Bölgələr Ölkənin Digər Regionları ilə Birləşdirilir

İşğaldan azad olunmuş ərazilərin həm öz aralarında, həm də ölkənin digər bölgələri ilə əlaqələndirilməsi Azərbaycanın qarşısında duran əsas prioritetlərdən biridir. Bu barədə Prezident İlham Əliyev yanvarın 5-də yerli televiziya kanallarına verdiyi müsahibədə danışıb. Dövlət başçısı bildirib ki, Kəlbəcər üzərindən Gəncə-Qərb istiqaməti, Tərtər-Bərdə-Bakı xətti, eləcə də Füzuli-Biləsuvar-Cənub marşrutu vasitəsilə yeni bağlantılar yaradılır. Bu yollar ölkədaxili nəqliyyat […]

Azərbaycanla Çin Arasında Hərbi-Texniki Əməkdaşlıq Başlayıb

Azərbaycanla Çin arasında son bir il ərzində imzalanan strateji və ardınca hərtərəfli strateji tərəfdaşlıq sənədləri iki ölkə arasındakı iqtisadi və siyasi münasibətlərin inkişafına ciddi impuls verib. Bu barədə Prezident İlham Əliyev yanvarın 5-də yerli televiziya kanallarına verdiyi müsahibədə danışıb. Prezident qeyd edib ki, hazırda Azərbaycanla Çin arasında ticarət dövriyyəsinin həcmi 4 milyard dolları ötüb. Onun […]

İran Maduronun ABŞ tərəfindən devrilməsinə sərt reaksiya verdi

İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi ABŞ tərəfindən Venesuela Prezidenti Nikolas Maduronun həbsini “adam oğurluğu” adlandırıb və ölkələri Venesueladakı hadisələrə laqeyd qalmamağa çağırıb. Bəqayi bildirib: “Bu, çox təhlükəli hadisədir. Məsuliyyətli və qanuni suverenliyə hörmət edən heç bir ölkə belə vəziyyətə laqeyd qala bilməz”. Eyni zamanda, İranlı diplomat İsrailin ölkəyə mümkün hərbi müdaxiləsinə də diqqət […]