Browsing monthly archive

Yanvar 2026

Londonda İran səfirliyi qarşısında gərginlik: Dövlət bayrağı zədələndi

“Azad İran” Telegram kanalı məlumat yayıb ki, etirazçılar səfirlik önündəki rəsmi bayrağı 1979-cu il İslam İnqilabından əvvəl istifadə olunan bayraqla əvəz ediblər. Eyni zamanda İranda aparılan əməliyyatlar nəticəsində azı 200 nəfər həbs olunub. Saxlanılan şəxslərin gizləndiyi məkanlardan böyük miqdarda odlu silah, döyüş sursatı, əl qumbaraları və “Molotov kokteylləri” götürülüb. Bundan başqa, “Hanzala” haker qrupu açıqlayıb […]

“Fənərbağça” 12 ildən sonra Türkiyə Superkubokunu qazanaraq tarixi uğura imza atdı

Türkiyə Superkubokunun qalibi müəyyənləşib. Final görüşündə “Fənərbağça” və “Qalatasaray” komandaları qarşılaşıb. Atatürk Olimpiya Stadionunda keçirilən matç “sarı-lacivərdlilər”in üstünlüyü ilə 2:0 hesabı ilə yekunlaşıb. Görüşdə qolları Matteo Genduzi (28-ci dəqiqə) və Jayden Quinn Oostervolde (48-ci dəqiqə) vurub. Matçın baş hakimi Halil Umut Meler olub. Qeyd edək ki, “Fənərbağça” bu uğura sonuncu dəfə 2014-cü ildə imza atmışdı. […]

Ukrayna ordusu Rusiyanın enerji və hərbi obyektlərini hədəfə aldı

Ukrayna ordusu Rusiyanın enerji və hərbi infrastrukturuna yönəlmiş yeni zərbələr həyata keçirib. Ukrayna Müdafiə Qüvvələrinin məlumatına görə, yanvarın 9-dan 10-na keçən gecə Rusiya Federasiyasının Volqoqrad vilayətində yerləşən strateji əhəmiyyətli neft anbarı hədəfə alınıb. Hücumlar eyni zamanda Ukraynanın müvəqqəti işğal altında olan ərazilərində yerləşən bir neçə obyektə də yönəlib. Ukrayna Silahlı Qüvvələri Baş Qərargahının teleqram kanalında […]

Ermənistan İranla hava əlaqəsini dayandırdı

Ermənistan İran istiqamətində hava nəqliyyatını müvəqqəti dayandırıb. “Zvartnots” beynəlxalq hava limanının yaydığı məlumata əsasən, Tehran–İrəvan marşrutu üzrə planlaşdırılan uçuşlar ləğv olunub. Qeyd olunur ki, qərar İranda baş verən etiraz aksiyaları və mövcud təhlükəsizlik vəziyyəti ilə əlaqədar qəbul edilib.

İranda etiraz aksiyaları ilə bağlı kütləvi həbslər

İranda baş verən kütləvi iğtişaşlarla bağlı təhlükəsizlik qüvvələri genişmiqyaslı əməliyyatlar həyata keçirib. Rəsmi məlumatlara görə, aksiyaların təşkili və yönləndirilməsində iştirak edən silahlı qruplaşmaların azı 200 əsas fiquru saxlanılıb. Bu barədə “Tasnim” xəbər agentliyi məlumat yayıb. Bildirilib ki, əməliyyatlar zamanı şübhəlilərin gizləndiyi məkanlardan xeyli sayda odlu silah, döyüş sursatı, əl qumbaraları və “Molotov kokteyli” aşkarlanaraq götürülüb. […]

Audiovizual Şura xəbərdarlıq etdi – qanun pozuntusuna yol verən kanallar cəzalandırılır

Audiovizual Şura 14 yanvar 2026-cı il tarixində bir sıra televiziya və radio kanallarının yayımını qısa müddətə dayandırmaq qərarı verib. Qərar bu kanalların reklam və yayımlanan proqramlarda qanun pozuntularına yol verməsi ilə bağlıdır. Məlumata görə, “Space TV” 14 yanvar saat 12:00-dan 15:00-dək yayımını dayandıracaq. Kanalın ötən il yayımlanan proqramında aparıcının ayrı-seçkilik təbliğinə yol verməsi nəzərə alınıb. […]

Azərbaycan Ermənistana 7 600 ton neft məhsulu göndərdi – qiymətlərdə azalma gözlənilir

Azərbaycandan Ermənistana yeni neft məhsulları göndərilib. Daşınan 7 600 ton yükün içərisində 6 100 ton benzin və 1 500 ton dizel yanacağı yer alır. Bu addımın nəticəsində Ermənistan bazarında benzin və dizel qiymətlərinin 1 litr üçün təxminən 80 dram azalacağı gözlənilir. Ötən il Azərbaycan vasitəsilə Ermənistana həmçinin 6 580 ton taxıl göndərilmişdi – 1 000 […]

Tramp Nobel Sülh Mükafatını ala bilər

Venesuela müxalifətinin lideri Maria Korina Maçado ötən il qazandığı Nobel Sülh Mükafatını ABŞ prezidenti Donald Trampa həsr etmək niyyətindədir. Teleaparıcı Şon Hannitinin Trampla müsahibəsi zamanı bildirilib ki, Maçado mükafatı şəxsən təqdim etməyi planlaşdırır. Tramp isə bunu böyük şərəf kimi qiymətləndirərək qəbul etməyə hazır olduğunu söyləyib və əlavə edib ki, öz fəaliyyəti zamanı səkkiz müharibənin qarşısını […]

Təcrübəli sürücülər də qəzalardan yayına bilmir

2025-ci ildə 10 ildən artıq təcrübəsi olan sürücülərin yol-nəqliyyat hadisələrində payı açıqlanıb Baş Dövlət Yol Polisi İdarəsindən verilən məlumata görə, ötən il bu kateqoriyaya aid sürücülər 488 yol-nəqliyyat hadisəsi törədiblər ki, bu da ölkədə qeydə alınmış bütün qəzaların 39 faizini təşkil edir. Məlumatda vurğulanıb ki, uzun illər təcrübəsi olan sürücülərin bəzən həddindən artıq özünə güvənməsi […]

İşğaldan azad olunmuş ərazilərdə strateji yol layihələri sürətlə davam edir

Böyük Qayıdışa dair I Dövlət Proqramı çərçivəsində artıq 312 km uzunluğa malik 7 layihənin tikintisi başa çatdırılıb. Bunlara Zəfər yolu, Laçına alternativ avtomobil yolu, Tərtər-Çaylı-Suqovuşan-Talış, Talış-Tapqaraqoyunlu-Qaşaltı, Füzuli-Hadrut, Bərdə-Ağdam və Əhmədbəyli-Füzuli-Şuşa yolları daxildir. Tədbirlər Planına uyğun olaraq, ümumi uzunluğu 1885 km olan 14 layihənin 2026-cı ilədək başa çatdırılması nəzərdə tutulub. Bu layihələr arasında Ağdam-Füzuli, Qubadlı-Mahmudlu-Yazdüzü-Ermənistan sərhədi, […]