Browsing monthly archive

Yanvar 2026

İcazəsiz evlərin qanuniləşdirilməsi – mərhələli proses start götürüb

“Sənədsiz evlərin sənədləşdirilməsinə keçən ildən başlanılıb”, – deyə Milli Məclisin üzvü Rövşən Muradov bildirib. Deputat qeyd edib ki, hazırda təxminən 600 min ev sənədsizdir və mərhələli şəkildə qanuniləşdirilməyə başlanılıb:“Proses bütün ölkə üzrə aparılacaq, yük daha çox Bakıya düşür. Bələdiyyə balansındakı torpaqlarda tikilmiş evlər də sənədləşdiriləcək, amma Dövlət Neft Şirkətinin balansındakı, dəmiryol xəttinə yaxın və ya […]

İrandan idxal olunan məhsulların qiymətində dəyişiklik riski

Son günlər İranda baş verən iqtisadi və sosial gərginlik region ölkələrinə də təsirsiz ötüşmür. İnflyasiya, milli valyutanın dəyər itirməsi və logistika problemləri İranın ixrac imkanlarını məhdudlaşdırır. Bu da Azərbaycana idxal olunan məhsulların, xüsusilə meyvə-tərəvəz və çərəzlərin qiymətinə təsir göstərə bilər. Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli bildirir ki, İrandan gətirilən kənd təsərrüfatı məhsullarında, tərəvəz, meyvə […]

Naxçıvanda sosial ekspertiza qurumu fəaliyyətini dayandırdı

Naxçıvan Muxtar Respublikasında Tibbi Sosial-Ekspert Komissiyası ləğv edilib. Qərar Naxçıvan Muxtar Respublikasının Baş nazirinin birinci müavini Elşad Əliyev tərəfindən imzalanıb. Beləliklə, 2016-cı il 5 dekabr tarixli, 114 nömrəli qərarın Tibbi Sosial-Ekspert Komissiyasına aid maddəsi də qüvvədən düşüb. Bundan sonra bu qurumla bağlı məsələlər Naxçıvanın Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə həvalə olunacaq. Qərar imzalanan gündən […]

Xaricdə İran səfirliklərində “Şir və Günəş” bayrağı qaldırıldı

İranın Kanberra şəhərindəki (Avstraliya) səfirliyində İslam Respublikası bayrağı endirilərək, yerinə “Şir və Günəş” bayrağı qaldırılıb. Daha əvvəl İranın Norveç və Böyük Britaniyadakı səfirliklərində də İslam Respublikasının bayrağı aşağı endirilmişdi. İran Xarici İşlər Nazirliyi bu məsələ ilə əlaqədar Böyük Britaniya səfirini çağırıb. Rza Pəhləvi, İranın sonuncu şahının oğlu, daha əvvəl xaricdə yaşayan iranlılara ünvanladığı mesajında qeyd […]

Polis Akademiyasına 2026/2027-ci il üçün qəbul: Hüquqşünaslıq və informasiya təhlükəsizliyi ixtisasları üzrə sənəd qəbulu davam edir

2026/2027-ci tədris ili üçün DİN-in Polis Akademiyasında hüquqşünaslıq və informasiya təhlükəsizliyi ixtisasları üzrə əyani təhsil üçün kursantların sənəd qəbulu davam edir. Hüquqşünaslıq ixtisasına 500, informasiya təhlükəsizliyinə isə 25 kursant qəbul olunacaq. Müsabiqədə 16-18 yaş arası, Azərbaycan dilini sərbəst bilən, boyu ən azı 165 sm olan və həqiqi hərbi xidmətə yararlı vətəndaşlar iştirak edə bilər. İkili […]

Dövlət Məşğulluq Agentliyində kadr dəyişiklikləri

Eşqin Bayramov Dövlət Məşğulluq Agentliyinin İdarə Heyəti sədrinin müavini təyin edilib. Əmək və Əhalinin Sosial Müdafiəsi Naziri Anar Əliyevin əmri ilə verilən təyinatla E.Bayramov artıq DMA-nın İdarə Heyətində fəaliyyət göstərəcək. O, 1985-ci ildə anadan olub, Azərbaycan Dillər Universitetində beynəlxalq münasibətlər, Ukraynanın Regionlararası Heyəti İdarəetmə Akademiyasında ölkəşünaslıq üzrə magistr və Çerniqov Milli Texnologiya Universitetində doktorantura təhsili […]

Azərbaycanda vergi nəzarəti qaydaları dəyişdirilir

Vergi Məcəlləsinə edilən son dəyişikliklərlə Azərbaycanda bu ildən etibarən “üfüqi monitorinq” mexanizmi tətbiq olunmağa başlanıb. Yeni yanaşma vergi ödəyicilərinə mövcud vergi risklərini əvvəlcədən vergi orqanlarına bildirmək imkanı yaradır. Bu isə səyyar vergi yoxlamalarının yalnız istisna hallarda keçirilməsini nəzərdə tutur. Mövzu ilə bağlı danışan iqtisadçı-deputat Vüqar Bayramov bildirib ki, yeni sistem praktik olaraq səyyar yoxlamaların sayını […]

Azərbaycan mediasının yeni inkişaf mərhələsi

Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra ölkədə müasir medianın formalaşması üçün geniş imkanlar yaranıb. Aparılan islahatlar nəticəsində senzura ləğv olunub, söz və məlumat azadlığını məhdudlaşdıran maneələr aradan qaldırılıb, medianın fəaliyyətini tənzimləyən müasir qanunvericilik bazası formalaşdırılıb. Redaksiyaların inkişafı, iqtisadi müstəqilliyinin gücləndirilməsi və jurnalistlərin sərbəst fəaliyyəti istiqamətində ardıcıl addımlar atılıb. Bu dövrdə Azərbaycan mediası cəmiyyətin məlumatlandırılmasında və ölkənin […]

İranda gərginlik dərinləşir

İranda internet böhranı davam edir. Ölkə üzrə artıq 70 saatdan çoxdur ki, internet bağlantısı tamamilə kəsilib. Paytaxt Tehranda mobil rabitə gün ərzində fasilələrlə işləyir, gecə saatlarında isə tam dayandırılır. SMS xidmətləri də deaktiv edilib. Bu barədə xarici media mənbələri məlumat yayıb. Yanvarın 12-də ABŞ Prezidenti Donald Tramp Vaşinqtonun iranlıların internetə çıxışını bərpa etmək üçün addımlar […]