Browsing monthly archive

Yanvar 2026

Yanvar ayının pensiyaları bölgələr üzrə ödənilir

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu yanvar ayı üzrə pensiyaları Bakı, Sumqayıt və Abşeron rayonunda əhaliyə çatdırıb. Eyni zamanda, Naxçıvan Muxtar Respublikasında muxtar respublika üzrə bu ayın pensiya ödənişi həyata keçirilib. Ölkənin digər bölgələrində yaşayan və güzəştli şərtlərlə pensiya hüququ olan şəxslərin yanvar ayı üzrə ödənişləri isə qrafikə uyğun olaraq […]

Kosmik missiyalar üçün yenilik: Ay vaxtını ölçən proqram

Çinli tədqiqatçılar Ayda dəqiq vaxtı müəyyən etmək üçün LTE440 adlı proqram təminatı hazırlayıblar. Bu ad “Lunar Time Ephemeris” (“Ay vaxtı efemeridləri”) ifadəsinin qısaldılmış formasıdır. “Interesting Engineering” məlumat verir ki, LTE440 dünyada Ay vaxtının ölçülməsi üçün istifadəyə hazır ilk proqramdır. Proqram gələcək kosmik missiyalarda Yer və Ay arasındakı vaxt fərqini hesablamağa imkan verəcək. Alimlər bildirirlər ki, […]

Azərbaycanda dini nəşrlərə ciddi yoxlama – 49 ədəbiyyat qadağan edildi

Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi ölkədə istehsal olunan və xaricdən gətirilən dini ədəbiyyat, eləcə də audio-video materiallar, elektron və kağız daşıyıcılar üzərində dinşünaslıq ekspertizasını həyata keçirir. Aparılan ekspertizalar nəticəsində 3549 adda dini ədəbiyyatın idxalı və nəşri məqsədəuyğun hesab olunub, 49 adda isə qadağan edilib. Trend-ə verilən məlumata görə, Komitə həmçinin dini təyinatlı […]

Mingəçevir Bələdiyyəsinin 2025-ci il ərzindəki fəaliyyəti barədə HESABATI

“Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikasının Qanununun tələbinə uyğun olaraq, Mingəçevir Bələdiyyəsi 2025-ci ildə fəaliyyəti barədə hesabatı ictimaiyyətə təqdim edir. 2025-ci ildə bələdiyyə 32 iclas keçirib. Daimi komissiyaların arayış və təklifləri ilə iclasların gündəliyinə 208 məsələ salınıb, məsələlərlə bağlı müvafiq qərarlar verilib. İclaslarda müzakirə olunmuş məsələlərdən 99-u icarəyə və mülkiyyətə torpaq sahələri ayrılması ilə, 3-ü şəhərdə […]

Qarlı və küləkli hava yaxınlaşır

Fövqəladə Hallar Nazirliyi ölkə ərazisində gözlənilən hava şəraiti ilə əlaqədar vətəndaşlara müraciət edib. Nazirlikdən verilən məlumata əsasən, Milli Hidrometeorologiya Xidmətinin proqnozlarına görə yaxın günlərdə Azərbaycanda qeyri-sabit və yağıntılı hava müşahidə olunacaq. Xüsusilə dağlıq və dağətəyi ərazilərdə qar yağacağı, bəzi bölgələrdə yağıntıların intensiv xarakter alacağı gözlənilir. Havanın temperaturunun əhəmiyyətli dərəcədə enəcəyi, ayrı-ayrı yerlərdə isə güclü küləyin […]

Dövlət qulluğuna qəbul imtahanlarının tarixi və detalları açıqlandı

Dövlət İmtahan Mərkəzi 15 yanvar 2026-cı il tarixində dövlət qulluğu vəzifələri üzrə test imtahanları keçirəcək. İmtahanlar dövlət qulluğu vəzifələrinin A növü (inzibati rəhbər vəzifələr) üzrə AB və AC altqruplarını, həmçinin B növü (inzibati icraçı vəzifələr) üzrə BA və BB altqruplarını əhatə edəcək. Bu barədə DİM məlumat yayıb. Bildirilib ki, imtahanlar gün ərzində iki növbədə — […]

İran rialı tarixi minimuma düşdü

İranda uzun illərdir davam edən beynəlxalq sanksiyalar, sürətlə artan inflyasiya və neft ixracına tətbiq olunan məhdudiyyətlər ölkə iqtisadiyyatına ciddi zərbə vurub. Bu prosesin nəticəsi olaraq İranın milli valyutası rial dollar və avro qarşısında demək olar ki, tam dəyərsizləşib və faktiki olaraq “0,00” səviyyəsinə düşüb. Rialın sürətlə ucuzlaşması dekabrın 28-dən etibarən ölkə üzrə dayanmadan davam edən […]

Antarktidada Tveits buzlağında seysmik aktivlik artır – alimlər xəbərdarlıq edir

Antarktidanın Tveits buzlağında yüzlərlə zəlzələ qeydə alınıb və bu buzlağın çökməsi ciddi fəlakətlərə yol aça bilər. Bu barədə “Futurism” məlumat yayıb. Avstraliya Milli Universitetinin seysmoloqu Tan Son Fam 2010-2023-cü illər arasında bölgədə ümumilikdə 362 əvvəl qeydə alınmamış seysmik hadisəni aşkarlayıb. Hadisələrin əksəriyyəti Qərbi Antarktidadadır, xüsusilə Tveits və Pine-Aylənd buzlaqlarında. Qeyd edək ki, Pine-Aylənd də böyük […]

Hərbi xidmət qanunvericiliyində yeniliklər: müddətlər və xidmət növləri dəqiqləşdirildi

Azərbaycanda hərbi xidmətin təşkili ilə bağlı qanunvericilikdə dəyişikliklər edilib. Prezident İlham Əliyev bununla bağlı qanunu imzalayıb. Dəyişikliyə əsasən, əvvəlki “Hərbi xidmət haqqında” anlayışı “Hərbi vəzifə və hərbi xidmət haqqında” anlayışı ilə əvəz olunub. Həqiqi hərbi xidmətin növləri dəqiqləşdirilərək üç əsas kateqoriya müəyyənləşdirilib: müddətli həqiqi hərbi xidmət, xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarının həqiqi hərbi xidməti və […]

Pəhləvi sülaləsinin İrana qayıdışı Cənubi Azərbaycanda narahatlıq yaradır

İranda baş qaldıran etirazlar fonunda sonuncu şah Məhəmməd Rza Şahın oğlu, Rza Pəhləvi də fəallaşıb. O, etirazçılara çağırış edir və tezliklə ölkəyə dönəcəyini bildirir. Bəzi etirazçılar 1979-cu ildə devrilmiş monarxiyanın bərpasını və Pəhləvi sülaləsinin hakimiyyətə qayıtmasını dəstəkləyir. Lakin Cənubi Azərbaycanda Pəhləvilərə münasibət tamamilə fərqlidir. Burada onların hakimiyyətə qayıtmasına qarşı güclü etiraz var və bu nifrət […]