Browsing monthly archive

Yanvar 2026

İranda iğtişaşlarda iştirak edən şəxslərin edamı başlanır

Bu gün İranda iğtişaşları təşkil edən şəxslərin ilk qrupu edam ediləcək. Hadisə ilə bağlı məlumatı “İranlı Jurnalistin Gündəliyi” adlı Telegram kanalı yayıb. Məlumata görə, məhkəmə həmin şəxslər barədə sürətləndirilmiş qərar çıxarıb. Bəzi edamların İslam qanunlarına uyğun olaraq açıq şəkildə həyata keçirilə biləcəyi bildirilir.

Çinin Ticarət Rekordu: 1,2 Trilyon Dollar Profisit

2025-ci ildə Çin ticarət profisiti tarixi maksimuma çataraq 1,2 trilyon dollar olub. Bu yüksəliş, əvvəlki illərdə Trampın tarif müharibəsi səbəbindən ABŞ-a ixracın kəskin azalmasını kompensasiya edib. Çinin əsas ixrac istiqamətləri Afrika, Cənub-Şərqi Asiya və Avropanı əhatə edir, ABŞ-a göndərilən malların payı isə 20% azalıb. Geosiyasi gərginliklər və daxili tələbatın zəifləməsinə baxmayaraq, Çin bazarlarını müxtəlifləşdirməyə davam […]

Azərbaycanda magistraturaya sənəd qəbulu başladı – Yanvarın 14-dən 26-dək

Azərbaycanda magistratura səviyyəsi üzrə təhsil almaq istəyən bakalavrlar üçün sənəd qəbulu yanvarın 14-dən 26-dək həyata keçiriləcək. Bu barədə Dövlət İmtahan Mərkəzi (DİM) məlumat yayıb. Bildirilib ki, ərizə vermək istəyən bakalavrlar əvvəlcə DİM-in rəsmi internet səhifəsində – ekabinet.dim.gov.az ünvanında “Şəxsi kabinet” yaratmalıdırlar. “Şəxsi kabinet”i olmayan şəxslər qeydiyyatdan keçdikdən sonra ərizə üçün tələb olunan 50 manat məbləği […]

Zəngəzur dəhlizinə ABŞ-nin nəzarəti rəsmiləşdi

Zəngəzur dəhlizi ilə bağlı ABŞ-nin iştirakı rəsmiləşib. Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan və ABŞ dövlət katibi Marko Rubio “Beynəlxalq Sülh və Rifah üçün Tramp Marşrutu” (TRIPP) layihəsinin icrasına dair bəyannamə imzalayıblar. Sənəd Zəngəzur dəhlizinin fəaliyyəti üzrə əsas prosedurları müəyyən edir və layihədə ABŞ-nin nəzarət payına malik olmasını nəzərdə tutur. Razılaşmaya əsasən, təşəbbüsün icrası üçün […]

İndi də ahıl və tənha şəxsləri hədəf alıblar

Daxili İşlər Nazirliyi ahıl və tənha vətəndaşlara qarşı dələduzluq hallarının artması ilə bağlı əhaliyə müraciət edib. DİN-in Mətbuat Xidmətinin məlumatına görə, son günlər naməlum şəxslər yaşlı insanları hədəf alaraq müxtəlif saxta bəhanələrlə onlardan pul ələ keçirməyə çalışırlar. Dələduzlar özlərini övlad, nəvə və ya yaxın qohum kimi təqdim edir, guya yol-nəqliyyat hadisəsi baş verdiyini, yaxud təcili […]

İranda etirazlar qanla boğulur

İranda baş verən etiraz aksiyaları zamanı azərbaycanlı futbolçu qətlə yetirilib. Hadisə Təbriz şəhərində qeydə alınıb. Cənubi Azərbaycanda hökumət əleyhinə keçirilən aksiyalar zamanı təhlükəsizlik qüvvələri məşhur “Traktor” futbol klubunun üzvü, tanınmış yarımmüdafiəçi Müctəba Tarşsızı həyat yoldaşı ilə birlikdə güllələyib. Məlumata görə, futbolçu etirazlara həyat yoldaşı ilə qatılıb. Onlar küçədə açılan odlu silah atəşi nəticəsində hadisə yerində […]

QHT-lərin illik maliyyə hesabatlarını təqdim etmə müddəti açıqlanıb

Azərbaycandakı qeyri-hökumət təşkilatları (QHT-lər) illik maliyyə hesabatlarını 1 apreldə qədər Maliyyə Nazirliyinə təqdim etməlidir. Nazirliyin QHT-lərə ünvanladığı müraciətdə bildirilib ki, hesabatların forması və təqdim qaydası Nazirlər Kabinetinin 25 dekabr 2009-cu il tarixli 201 nömrəli Qərarı ilə təsdiq olunub və nazirliyin rəsmi internet səhifəsində yerləşdirilib. Hesabatlar “Qeyri-hökumət təşkilatlarının elektron hesabatlılıq Proqramı” vasitəsilə təqdim edilməlidir. QHT-lər www.qht-hesabat.maliyye.gov.az […]

Tərtər elektromexanika zavodu yenidənqurmadan sonra istifadəyə verildi

Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 13-də Tərtər elektromexanika zavodunun yenidənqurmadan sonra açılışında iştirak edib. Dövlət başçısı əvvəlcə zavodun həyətində ucaldılmış Ulu Öndər Heydər Əliyevin büstü önünə gül dəstəsi qoyub. Müdafiə sənayesi naziri Vüqar Mustafayev Prezidentə müəssisədə yaradılmış şərait barədə məlumat verib. Zavod 1976-cı ildə Lionozovo elektromexanika zavodunun Tərtər filialı kimi yaradılıb və 1977-ci ilin aprelində […]

“Azercell” xidmət haqlarında artım edib

“Azercell” ötən il qəbul etdiyi qərara əsasən, kredit xidmətlərinin qiymətini artırıb. Qərar 13 yanvar 2026-cı ildən etibarən qüvvəyə minib. Yeni tariflərə görə: 1 manatlıq simkredit üçün xidmət haqqı 0,30 manat (əvvəl 0,20 manat), 2 manatlıq simkredit və simtaksit üçün 0,60 manat (əvvəl 0,40 manat), 3 manatlıq simkredit üçün isə 0,90 manat (əvvəl 0,60 manat) olacaq. […]

Çin ABŞ-ın yeni rüsum siyasətinə sərt reaksiya göstərdi

Çin ABŞ-ın İranla əməkdaşlıq edən ölkələrə 25% gömrük rüsumu qoymasını sərt şəkildə pisləyib. Bu barədə Çin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mao Nin bildirib ki, Pekin bu məsələdə “aydın və dəyişməz mövqe” tutur və ölkə öz qanuni hüquq və maraqlarını qətiyyətlə qoruyacaq. Mao Nin vurğulayıb ki, gömrük müharibəsində qalib yoxdur və belə addımlar beynəlxalq ticarət […]