Browsing monthly archive

Yanvar 2026

1979-cu ildən bəri davam edən gərginlik, regional münaqişələr və ideoloji fərqlər

Son iki həftədə İranda baş verən genişmiqyaslı etirazlar ölkəni ciddi siyasi və sosial böhranla üz-üzə qoyub. Rəsmi məlumatlara görə, etirazlar zamanı 2 mindən çox insan həlak olub, hüquq müdafiəçiləri isə ölənlərin sayının daha çox olduğunu bildirirlər. Analitiklər bu hadisələri 1979-cu il İslam İnqilabından sonra İranın qarşılaşdığı ən ciddi daxili sarsıntı hesab edirlər. Beynəlxalq ictimaiyyətin reaksiyaları […]

Azərbaycanda muzdla işləyənlərin sayı 1,8 milyonu ötüb

2025-ci il dekabrın 1-i vəziyyətinə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı 1 797,4 min nəfər olub. Onlardan 869 min nəfəri dövlət sektorunda, 928,4 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərib. Dövlət Statistika Komitəsinin məlumatına görə, muzdla işləyənlərin sahələr üzrə bölgüsü belədir: 18,6%-i ticarət və nəqliyyat vasitələrinin təmiri, 18,2%-i təhsil, 14,0%-i sənaye, 8,5%-i səhiyyə və sosial […]

Pensiya yaşı dəyişdirilmir

Azərbaycanda pensiya yaşının dəyişdirilməsi planlaşdırılmır Dövlət Sosial Müdafiə Fondunun sədri Zəka Mirzəyev bu gün keçirilən mətbuat konfransında bildirib ki, 2026-cı ildə aparılacaq hüquqi islahatlar çərçivəsində pensiya yaşının artırılması və ya azaldılması məsələsi gündəmdə deyil. O qeyd edib ki, 2026-cı il iyulun 1-dən etibarən qadınların pensiya yaşı 65-ə çatacaq və bu, kişilər üçün nəzərdə tutulmuş pensiya […]

Yanvarın 17-də hava proqnozu

Milli Hidrometeorologiya Xidmətinin proqnozuna görə, yanvarın 17-də Bakıda və Abşeron yarımadasında hava əsasən dəyişkən buludlu olacaq. Gündüz bəzi yerlərdə çiskinli, axşam isə arabir yağıntılı keçəcək. Gecəyə doğru bəzi şəhərətrafı ərazilərdə yağış sulu qarla qarışıq yağa bilər. Mülayim şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 0-3°C, gündüz 4-7°C civarında olacaq. Atmosfer təzyiqi 768 mm civə sütunu, nisbi […]

Hindistanda dini azlıqlara qarşı zorakılıq artmaqdadır

Hindistanın müxtəlif bölgələrində xristianlar, siqhlər və digər dini azlıqlar mütəmadi olaraq ayrı-seçkiliyə və zorakılığa məruz qalır. Bu barədə Siqh Federasiyasının sədri Bual Moninder Siqh Bakıda keçirilən “Hindistanda siqhlərə və digər milli azlıqlara qarşı irqçilik və zorakılıq: mövcud reallıqlar” adlı beynəlxalq konfransda məlumat verib. Onun sözlərinə görə, Hindistan Konstitusiyası bərabər hüquqlar nəzərdə tutsa da, praktikada icra […]

Tramp Venesuelanın müxalifət liderindən Nobel Sülh Mükafatı medalını qəbul etdi

Norveç Nobel Komitəsi ABŞ prezidenti Donald Trampa, Venesuelanın müxalifət lideri Mariya Korina Maçadonun Nobel Sülh Mükafatı medalını saxlamağa icazə verib. Komitə bildirib ki, medal sahibini dəyişsə də, mükafatın laureatının adı dəyişməz. 6 yanvarda Maçado ABŞ prezidentinə bildirib ki, Nobel Sülh Mükafatını ona təqdim etməyə hazırdır. O, mükafatı Trampa həsr etdiyini, çünki onun buna layiq olduğunu […]

Qlobal istiləşmə Mərkəzi Asiyada buzlaqları əridir

Qlobal istiləşmə Mərkəzi Asiyada buzlaqların və dağlardakı qar örtüyünün azalmasına səbəb olur. Türkmənistan KİV-inə istinadla xəbər verilir ki, orta illik temperaturun yüksəlməsi Qazaxıstan, Türkmənistan, Tacikistan və Özbəkistanda Amudərya və Sırdərya çaylarının su balansına ciddi təsir göstərir və milyonlarla insanın həyatı üçün əhəmiyyətlidir. Türkmənistanın cənub-qərbində yerləşən Kopetdağ və ölkənin şərqindəki Köytendağ dağ silsilələri əvvəllər böyük buzlaqlara […]

Polis Akademiyası vakant yerlərə işə qəbul elan edir

Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Polis Akademiyası professor-müəllim heyəti və mütəxəssis vəzifələri üzrə vakant yerlərə işə qəbul elan edib. Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəisi Elşad Hacıyev məlumat verib. O bildirib ki, Akademiyaya hüquqşünaslıq və ya informasiya təhlükəsizliyi sahəsi üzrə tam ali təhsili olan, yüksək bilik səviyyəsinə malik, elmi-pedaqoji fəaliyyətlə məşğul olan və […]

Azərbaycan qazının Avropada payı genişlənir

2026-cı ilin yanvarından etibarən Dövlət Neft Şirkəti (SOCAR) Cənub Qaz Dəhlizinin Avropa hissəsi olan Trans-Adriatik Boru Kəməri (TAP) vasitəsilə Azərbaycan qazının ixrac coğrafiyasını genişləndirib. Belə ki, qaz tədarükü digər ölkələrlə yanaşı, artıq Avstriya və Almaniyadan olan alıcılara da həyata keçirilir. İtaliya üzərindən Avstriya və Almaniyaya çatdırılan Azərbaycan qazı Avropada yeni bazarların əhatə olunmasına imkan yaradıb. […]

Amerikalı milyarder: Tramp İranla bağlı verdiyi sözü yerinə yetirəcək

Amerikalı milyarder Bill Akman ABŞ Prezidenti Donald Trampın İran xalqına verdiyi vədə sadiq qalacağını bildirib. O, bu barədə “X” sosial şəbəkəsində paylaşım edib. Akmanın sözlərinə görə, məsələ yalnız həmin vədin hansı vaxtda reallaşacağından ibarətdir. O qeyd edib ki, iranlılar Trampın açıqlamalarına inanaraq ciddi risklərə gediblər və zamanla bu seçimin düzgün və düşünülmüş qərar olduğunu görəcəklər.