Browsing monthly archive

Yanvar 2026

Donald Tramp Fransa və Almaniyaya dərman qiymətləri ilə bağlı xəbərdarlıq etdi

ABŞ Prezidenti Donald Tramp Fransa və Almaniyaya dərman qiymətləri ilə bağlı xəbərdarlıq edib. O, bu ölkələrin qiymət siyasətini dəyişməyəcəyi təqdirdə əlavə gömrük rüsumları ilə üzləşə biləcəyini bildirib. Tramp bu fikirləri Ağ Evdə səhiyyə sahəsinə cavabdeh olan müşavirlərlə keçirilən iclas zamanı səsləndirib. Prezident vurğulayıb ki, ABŞ-də reseptlə satılan bir çox preparat Avropa ölkələri ilə müqayisədə xeyli […]

Bayram günləri məzuniyyətə düşəndə nə dəyişir?

Qurban və Ramazan bayramlarının digər rəsmi bayramlarla eyni vaxta təsadüf etməsi halında əmək məzuniyyətinin hesablanma qaydası açıqlanıb. Bu məsələ Prezident İlham Əliyevin təsdiqlədiyi Əmək Məcəlləsinə edilən dəyişikliklərdə öz əksini tapıb. Yeni qaydalara əsasən, əmək məzuniyyəti dövrünə düşən və iş günü hesab edilməyən rəsmi bayram günləri məzuniyyətin təqvim günlərinə daxil edilmir və həmin günlər üçün ödəniş […]

“Mossad” İranda etnik tərkiblə bağlı xəritə yayımladı

İsrailin xarici kəşfiyyat qurumu “Mossad” İranda etnik tərkiblə bağlı yeni məlumatlar yayıb. Xidmət tərəfindən paylaşılan materialda ölkənin etnik demoqrafiyasını əks etdirən təxmini xəritə təqdim olunub. Xəritədə İran əhalisinin ümumi sayının 91,6 milyon nəfər olduğu göstərilir. Verilən rəqəmlərə əsasən, ölkə əhalisinin ən böyük hissəsini farslar təşkil edir və onların payı 48,2 faiz olaraq qeyd olunub. Sənəddə […]

Türkiyə–Ermənistan sərhədində yeni mərhələyə hazırlıq gedir

Türkiyə Ermənistanla sərhəddə yerləşən keçid məntəqəsində hazırlıq işlərini yekunlaşdırmaq üzrədir. İğdır vilayətinin yerli idarəetmə orqanlarının açıqlamasına görə, “Alican” sərhəd-keçid məntəqəsində görülən işlərin təxminən 90 faizi tamamlanıb. Bu da yaxın perspektivdə sərhədin mərhələli şəkildə istifadəyə verilməsi ehtimalını gündəmə gətirib. Məlumata əsasən, infrastruktur və texniki hazırlıq işləri paralel şəkildə həm Türkiyənin Qaraqoyunlu rayonundakı “Alican”, həm də Ermənistanın […]

Avropa ölkələri Qrenlandiyada hərbi mövqelərini genişləndirir

Fransa Prezidenti Emmanuel Makron hərbçilərə etdiyi çıxışda Qrenlandiyaya 15 fransız əsgərin göndərildiyini açıqlayıb. O, 2026-2030-cu illər üçün müdafiə büdcəsinin 36 milyard avro artırılmasının zəruriliyini də vurğulayıb. “Bild” qəzetinin məlumatına görə, Almaniya da bu təşəbbüsə qoşularaq Bundesver qoşunlarının qabaqcıl qrupunu yaxın günlərdə adaya göndərəcək. Hazırda Danimarka Qrenlandiyaya hərbi qüvvələr yerləşdirib, İsveç isə personalının bir hissəsini adaya […]

İranın böyük şəhərlərində iğtişaşlar davam edir

İranın hüquq-mühafizə orqanları kütləvi etirazlarda iştirak edən və terrorçu qruplarla əlaqədə şübhəli bilinən təxminən 3000 şəxsi həbs edib. “Tasnim” xəbər agentliyinin məlumatına görə, bu tədbirlər dekabrın 29-da rialın kəskin dəyər itirməsi ilə başlayan etirazların ölkənin bir sıra böyük şəhərlərinə yayılması ilə bağlıdır.

“Abad” Sudan İstifadəedənlər Birliyinin “Ağzıbir” Sudan İstifadəedənlər Birliyinə qoşulması barədə elan

Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Ağdaş Rayon Qeydiyyat Şöbəsində 26 noyabr  2011-cı il  tarixində 040011-Q1-0001 nömrəli şəhadətnamə ilə qeydiyyatdan keçmiş “Abad” Sudan İstifadəedənlər Birliyi  15 yanvar 2026 cı il tarixli 01 saylı yığıncağının protokoluna əsasən ləğv olunur və  “Ağzıbir”  Sudan İstifadəedənlər Birliyinə qoşulur.

Ağdamda yeni iş imkanları – “Araz” əmək yarmarkası təşkil etdi

Veysəloğlu Şirkətlər Qrupuna daxil olan “Araz” supermarketlər şəbəkəsi Dövlət Məşğulluq Agentliyi ilə birgə Ağdam şəhərində geniş əmək yarmarkası keçirib. Tədbir çərçivəsində iştirakçılara Ağdamda açılması planlaşdırılan yeni “Araz” mağazasında 10-dan çox vakansiya təqdim olunub. Satıcı, kassir, satıcı-bişirici, mal qəbul edən və digər sahələr üzrə namizədlərin qeydiyyatı aparılıb və ilkin seçim mərhələsi gerçəkləşdirilib. Yarmarka zamanı iştirakçılara həm […]

“Nemətabad” Sudan İstifadəedənlər Birliyinin “Mürsəl” Sudan İstifadəedənlər Birliyinə qoşulması barədə elan

Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində 11 yanvar 2007-cı il  tarixində 0707-QA2-05 nömrəli şəhadətnamə ilə qeydiyyatdan keçmiş “Nemətabad” Sudan İstifadəedənlər Birliyi  15 yanvar 2026 cı il tarixli 01 saylı yığıncağının protokoluna əsasən ləğv olunur və  “Mürsəl”  Sudan İstifadəedənlər Birliyinə qoşulur.

“Şəmsabad” Sudan İstifadəedənlər Birliyinin “Kükəl” Sudan İstifadəedənlər Birliyinə qoşulması barədə elan

Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində 18 dekabr 2006-cı il  tarixində 0706-QA1-03 nömrəli şəhadətnamə ilə qeydiyyatdan keçmiş “Şəmsabad” Sudan İstifadəedənlər Birliyi  15 yanvar 2026 cı il tarixli 01 saylı yığıncağının protokoluna əsasən hüquqi varisi olan  “Kükəl”  Sudan İstifadəedənlər Birliyinə qoşulur.