Browsing monthly archive

Yanvar 2026

İşğaldan azad olunmuş torpaqlarda Böyük Qayıdış sürətlə davam edir

Prezident İlham Əliyevin göstərişinə əsasən, işğaldan azad edilmiş bölgələrdə məcburi köçkünlərin doğma torpaqlarına qayıdışı davam etdirilir. Xankəndi şəhərinə köçən ailələr respublikanın müxtəlif yerlərində, əsasən yataqxana, sanatoriya və inzibati binalarda müvəqqəti yerləşdirilib. İlk mərhələdə şəhərə 36 ailə – ümumilikdə 162 nəfər – qayıdıb. Doğma yurdlarına dönən sakinlər onlara göstərilən dövlət qayğısına görə Prezident İlham Əliyevə və […]

Qəzza üzrə beynəlxalq təşəbbüsə yeni dəstək

Bəhreyn Kralı Həməd bin İsa Əl Xəlifə ABŞ Prezidenti Donald Trampın təşəbbüsü ilə yaradılan və Qəzza zolağının idarə olunması məsələlərini əhatə edəcək Sülh Şurasına qoşulmaqla bağlı dəvəti qəbul edib. Bu barədə Bəhreyn Xarici İşlər Nazirliyinin yaydığı açıqlamada bildirilib. Məlumat Bəhreynin rəsmi xəbər agentliyi BNA tərəfindən dərc olunub. Açıqlamada vurğulanır ki, Krallığın bu qərarı Donald Tramp […]

ABŞ-dən yeni diplomatik təşəbbüs

ABŞ Prezidenti Donald Tramp Ermənistanın Baş naziri Nikol Paşinyanı Qəzza üzrə formalaşdırılması nəzərdə tutulan “Sülh Şurası”na qoşulmağa dəvət edib. Ermənistan KİV-lərinin yaydığı məlumata əsasən, bu barədə hökumət başçısının mətbuat katibi Nazeli Baqdasaryan açıqlama verib. Onun sözlərinə görə, Paşinyana ünvanlanan dəvət Şurada təsisçi üzv statusu ilə iştirak imkanını nəzərdə tutur. Bildirilib ki, Ermənistanın baş naziri bu […]

Azərbaycan beynəlxalq sülh təşəbbüsünə qoşulur

Azərbaycan ABŞ Prezidenti Donald Trampın təşəbbüsü ilə yaradılan Sülh Şurasında təsisçi dövlət kimi iştirak etməyə razılıq verib. Məlumatı Azərbaycan Xarici İşlər Nazirliyi yayıb. Bildirilib ki, yanvarın 16-da Donald Tramp beynəlxalq səviyyədə fəaliyyət göstərəcək Sülh Şurasının yaradıldığını açıqlayıb və bu təşəbbüsə Azərbaycanı təsisçi üzv qismində qoşulmağa dəvət edib. Rəsmi Bakı həmin dəvəti müsbət dəyərləndirərək, Şuraya təsisçi […]

London Trampın təşəbbüsünə məsafəli yanaşır

Böyük Britaniyanın Baş naziri Kir Starmer ABŞ Prezidenti Donald Trampın təşəbbüsü ilə gündəmə gətirilən Qəzza üzrə Sülh Şurasına qoşulmaq niyyətində deyil. “The Financial Times”ın məlumatına görə, London bu qurumun tərkibində Rusiya Prezidenti Vladimir Putinin yer alması və üzvlük üçün irəli sürülən yüksək maliyyə tələbləri səbəbindən təşəbbüsə ehtiyatla yanaşır. Britaniya rəsmiləri bildirirlər ki, bir milyard dollar […]

Kiyevə edilən kütləvi dron hücumundan sonra Prezidentdən sərt açıqlama

Ötən gecə Rusiyanın həyata keçirdiyi genişmiqyaslı hava hücumu zamanı Ukraynanın hava hücumundan müdafiə sistemlərinin fəaliyyəti gözlənilən səviyyədə olmayıb. Bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski xalqa etdiyi axşam müraciətində məlumat verib. Prezidentin sözlərinə görə, hazırda ən mürəkkəb vəziyyət Kiyev və ətraf bölgələrdə qeydə alınıb. O bildirib ki, səhər saatlarında “Şahed” tipli pilotsuz uçuş aparatlarından biri paytaxt […]

Prezident İlham Əliyev Qətərin Baş naziri ilə görüşüb

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 20-də Davosda Qətər Dövlətinin Baş naziri və xarici işlər naziri Şeyx Məhəmməd bin Əbdülrəhman bin Casim Al Tani ilə görüş keçirib. Görüş zamanı Qətər tərəfi ölkə Əmiri Şeyx Təmim bin Həməd Al Taninin salamlarını dövlətimizin başçısına çatdırıb. Prezident İlham Əliyev göstərilən diqqətə görə təşəkkürünü bildirib və öz salamlarının da […]

Prezident: Azərbaycan–Ermənistan və Türkiyə–Ermənistan prosesləri paralel gedir

Prezident İlham Əliyev bildirib ki, regional səviyyədə əldə olunan uğurlar olmadan daha geniş miqyaslı, qlobal töhfələrdən danışmaq mümkün deyil. Dövlət başçısının sözlərinə görə, hazırda Azərbaycan–Ermənistan və Türkiyə–Ermənistan münasibətlərinin normallaşdırılması prosesi eyni vaxtda və paralel şəkildə irəliləyir. Bu fikirləri Prezident İlham Əliyev Davosda keçirilən “Avrasiyanın iqtisadi özünəməxsusluğunun müəyyənləşdirilməsi” mövzusunda panel müzakirəsi zamanı səsləndirib. Prezident vurğulayıb ki, […]

Mingəçevirdə “Şahidlər” adlı tarixi-teatral kompozisiya nümayiş etdirilib

Mingəçevir Dövlət Dram Teatrının quruluşçu rejissoru Cavid Təvəkkülün, ikinci rejissor İbrahim Türksoyun, quruluşçu rəssam Pakizə Adilbəylinin və musiqi tərtibatçısı Gülcahan Yusifovanın yaradıcı heyəti tərəfindən hazırlanan “Şahidlər” adlı tarixi-teatral kompozisiya tamaşaçılara təqdim olunub. Xalq şairi Bəxtiyar Vahabzadənin “Şəhidlər” poeması əsasında səhnələşdirilən tamaşa 20 Yanvar – Hüzn Günü və Qanlı Yanvar faciəsinin 36-cı ildönümünə həsr edilib. Səhnə […]

Minlərlə mingəçevirli Şəhidlər Xiyabanında

Mingəçevir şəhərində 20 Yanvar faciəsinin 36-cı ildönümü ilə əlaqədar olaraq artıq bir neçə gündür silsilə anım tədbirləri keçirilir. Bu çərçivədə şəhərin ümumtəhsil və orta ixtisas məktəblərində faciəyə həsr olunmuş xüsusi dərslər təşkil olunur, şagird və tələbələrlə maarifləndirici söhbətlər aparılır. Yanvarın 20-si səhər tezdən şaxtalı hava şəraitinə baxmayaraq minlərlə mingəçevirli əllərində gül dəstələri ilə Şəhidlər Xiyabanına […]