Browsing daily archive

Yanvar 31, 2026

Tehran-Pekin əməkdaşlığı: Çinin narahatlığı və strateji addımlar

“Modern Diplomacy” nəşrinin təhlilinə görə, Çin İsrail kəşfiyyatının – “Mossad”ın İranda həyata keçirdiyi əməliyyatları diqqətlə izləyir və bu fəaliyyətlərin effektivliyindən ciddi şəkildə narahatdır. Pekin hesab edir ki, İsrailin İran daxilində artan təsir imkanları yalnız təhlükəsizlik məsələsi deyil, eyni zamanda Çinin regional iqtisadi planlarına da risk yaradır. Çin üçün İran “Bir kəmər, bir yol” layihəsində mühüm […]

Sülh üçün Moskvanın mövqeyi: Putinin tələbləri dəyişmir

Kreml Ukrayna ilə mümkün sülh danışıqlarında ciddi irəliləyiş gözləmir. Səbəb kimi Rusiya Prezidenti Vladimir Putinin ərazi məsələsində sərt və dəyişməz mövqedə qalması göstərilir. “Bloomberg”in diplomatik mənbələrə istinadla yaydığı məlumata görə, Moskva Ukrayna müharibəsinin dayandırılması üçün maksimal ərazi iddialarından geri çəkilməyə hazır deyil. Bu isə danışıqların perspektivlərini xeyli zəiflədir. Rusiya prezidentinin xüsusi nümayəndəsi Kirill Dmitriyevin yaxın […]

Qazaxıstanda Konstitusiya islahatları davam edir

Qazaxıstanda ictimai müzakirəyə çıxarılan yeni Konstitusiya layihəsi prezident institutu ilə bağlı bir sıra mühüm məhdudiyyətləri nəzərdə tutur. Sənədə əsasən, prezident postuna yalnız Qazaxıstan ərazisində anadan olmuş və 40 yaşını tamamlamış vətəndaş namizəd ola biləcək. Eyni şəxs bu vəzifəni cəmi bir dəfə və 7 il müddətinə icra edə biləcək. Layihədə yer alan yeniliklərdən biri də prezidentin […]

Təhsildə keyfiyyətə yeni baxış

2026-cı ilin 13 fevral tarixində Mingəçevir Dövlət Universiteti və Təhsildə Keyfiyyət Təminatı Agentliyinin birgə təşkilatçılığı ilə “Təhsildə Keyfiyyət və İnnovasiya Forumu – 2026” baş tutacaq. Forum ali təhsildə keyfiyyətin artırılması və innovativ yanaşmaların təşviqi məqsədi daşıyır. Tədbir çərçivəsində keçiriləcək panel müzakirələrində ali təhsildə keyfiyyət təminatı, innovativ tədris modelləri, beynəlxalq akkreditasiya təcrübələri və qlobal standartlara uyğunlaşma […]