Browsing daily archive

Yanvar 30, 2026

ABŞ Konqresinin Xarici Məsələlər Komitəsi Azərbaycanda

ABŞ Konqresinin Nümayəndələr Palatasının Xarici Məsələlər Komitəsinin heyəti Azərbaycana səfər edib. Bu barədə Xarici İşlər Nazirliyindən məlumat verilib. Bildirilib ki, xarici işlər nazirinin müavini Elnur Məmmədov ABŞ Konqresinin Nümayəndələr Palatasının Xarici Məsələlər Komitəsinin peşəkar heyətini qəbul edib. Görüşdə cari regional vəziyyət, 8 Avqust Vaşinqton Sülh Sammiti çərçivəsində əldə olunmuş razılaşmaların əhəmiyyəti, Azərbaycan-Ermənistan normallaşma prosesi və […]

Vaşinqtondan Moskvaya şəxsi müraciət

ABŞ Prezidenti Donald Tramp Rusiya Prezidenti Vladimir Putinə şəxsi müraciət edərək fevralın 1-dək Kiyevə zərbələrin dayandırılmasını xahiş edib. Bu barədə Kremlin mətbuat katibi Dmitri Peskov məlumat verib. Peskovun sözlərinə görə, Tramp danışıqlar üçün uyğun mühitin formalaşdırılması məqsədilə Putindən müəyyən müddət ərzində hücumların dayandırılmasını istəyib. O, müraciətin konkret olaraq fevralın 1-dək olan dövrü əhatə etdiyini təsdiqləyib. […]

Mədəni irsin qorunmasında yeni mərhələ

Tarix və memarlıq abidələri ilə bağlı məlumatlar elektron formata keçiriləcək. Bu, Prezident İlham Əliyevin təsdiqlədiyi və 2026-cı ilin “Şəhərsalma və Memarlıq İli” elan olunmasını nəzərdə tutan Tədbirlər Planında əksini tapıb. Sənədə əsasən, layihənin icrasında Mədəniyyət Nazirliyi, Dövlət Turizm Agentliyi, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, eləcə də yerli icra hakimiyyəti orqanları iştirak edəcək.

Mingəçevirdə abadlıq layihəsi genişlənir

Mingəçevir şəhərində mənzil fondunun əsaslı təmiri üçün ayrılan vəsait artırılıb. Mənzil Təsərrüfat və Abadlaşdırma İdarəsi bu məqsədlə açıq tender elan edib. Tenderin qalibi olacaq şirkətə təmir işləri üçün 1 milyon 48 min 375,72 manat ödəniləcək. Təkliflərin təqdim edilməsi və zərflərin açılışı martın 3-də keçiriləcək. Qeyd edək ki, qurum daha əvvəl bu layihə üzrə iki dəfə […]

Mingəçevir Dövlət Universitetində İctimai Şura ilə Görüş

2026-cı il yanvarın 29-da Mingəçevir Dövlət Universitetində Milli Məclisin deputatı Ceyhun Məmmədov və Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvlərinin iştirakı ilə görüş keçirilib. Tədbirdə universitetin akademik və inzibati heyəti, tələbə-magistrantlar, İctimai Nəzarət Şurası üzvləri və məktəblilər iştirak edib. Görüşdə MDU-da imtahan prosesi və İqtisadi Analitika və Modelləşdirmə Laboratoriyasının fəaliyyəti təqdim olunub. Rektor Anar […]

Mingəçevir Dövlət Universitetindən beynəlxalq uğur

Mingəçevir Dövlət Universitetinin 10 tələbəsi Türkiyə və Qazaxıstanın nüfuzlu ali təhsil müəssisələrində təhsil almaq hüququ qazanıb. Bununla bağlı 29 yanvar 2026-cı il tarixində universitetdə təqdimat mərasimi keçirilib, beynəlxalq mübadilə proqramı üzrə seçilən tələbələrə təyyarə biletləri təqdim olunub və onlara gələcək təhsillərində uğurlar arzulanıb. Tədbir Milli Məclisin deputatı Ceyhun Məmmədovun və Elm və Təhsil Nazirliyi yanında […]

Mingəçevir Dövlət Universitetində elmi-tədqiqat mühiti genişlənir

Mingəçevir Dövlət Universitetində Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin dəstəyi ilə yaradılan İqtisadi Analitika və Modelləşdirmə Laboratoriyasının (EAML) açılışı olub. Açılış mərasimində universitet rəhbərliyi, akademik və inzibati heyət, Milli Məclisin deputatı Ceyhun Məmmədov və Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvləri iştirak ediblər. Tədbirdə laboratoriyanın ali təhsildə elmi-tədqiqat fəaliyyətinin gücləndirilməsi, müasir iqtisadi təhlil və […]

İmtahan sessiyasında 100 bal toplayan tələbələr təltif edildi

2026-cı il 29 yanvarda Mingəçevir Dövlət Universitetində 2025/2026-cı tədris ilinin payız semestrinin imtahan sessiyasının nəticələrinə əsasən bütün fənlər üzrə 100 bal toplayan 8 tələbə və 6 magistrant təltif edilib. Yüksək akademik göstəricilərlə fərqlənən təhsilalanlara “Zirvəyə doğru” Təqaüd, Beynəlxalq Təhsil və Elmi İnnovasiyalar Platformasının təqdimat tədbiri çərçivəsində sertifikatlar təqdim olunub. Bildirilib ki, 100 ÜOMG ilə fərqlənən […]

Mingəçevirdə riyaziyyat uğuru: istedadlı məktəblilər mükafatlandırıldı

Mingəçevir Dövlət Universitetində Mingəçevir şəhəri üzrə Regional Riyaziyyat Olimpiadasının qalibləri təltif olunub. Olimpiada 29 yanvar 2026-cı il tarixində universitet və “Techera”nin birgə təşkilatçılığı ilə keçirilib. Yeddi rayonu əhatə edən yarışın Mingəçevir mərhələsində şəhərin ümumtəhsil məktəblərindən olan 8–11-ci sinif şagirdləri iştirak edərək riyazi biliklərini nümayiş etdiriblər. Yekun nəticələrə əsasən, Yusif Babayev I, Aylin Hüseynova II, Gülay […]