Prezident İlham Əliyev Sumqayıtda yeni polipropilen və laminatlı kisə istehsalı müəssisəsinin təməlini qoydu
Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 27-də Sumqayıt Sənaye Parkında “Nun” MMC tərəfindən yaradılacaq polipropilen və laminatlı kisə istehsalı müəssisəsinin təməlini qoyub. “Nun” MMC-nin təsisçisi Kamran Rzayev dövlətimizin başçısına müəssisə barədə məlumat verib. Layihəyə əsasən, 1 hektar ərazidə inşa olunacaq yeni müəssisədə Almaniya texnologiyasından istifadə ediləcək. Burada illik istehsal gücü 1680 ton laminatlı kisə və 1440 […]