Browsing daily archive

Yanvar 27, 2026

Rusiya Xarkovda sərnişin qatarını dronlarla bombaladı

Rusiya ordusu dronlarla Xarkov bölgəsində hərəkətdə olan sərnişin qatarına zərbə endirib. Hücum nəticəsində lokomotiv və bir vaqonda yanğın baş verib, xəsarət alanlar olub. Bu barədə Xarkov vilayəti Dövlət Administrasiyasının rəhbəri Oleq Sinegubov məlumat verib. Onun sözlərinə görə, Rusiya “Şahed” dronları Barvenkovo-Lvov-Çop marşrutu üzrə hərəkət edən qatara hücum edib. Hadisə Xarkov bölgəsinin Barvenkovo yaşayış məntəqəsində baş […]

Qlobal istiləşmə və Yerin sürətinə təsiri

Yeni araşdırmalar göstərir ki, Arktika və Antarktidadakı buzların əriməsi planetimizin fırlanma sürətinə təsir edir və günün uzunluğunu cüzi də olsa uzadır. Bu, astronomik ilin təqvim ili ilə tam üst-üstə düşməməsinə səbəb olur. Astronomik il, yəni Yer kürəsinin Günəş ətrafında fırlanma dövrü, təqvim ilindən fərqləndiyindən, sıçrayış illəri tətbiq edilir. Bu sayədə əlavə bir gün fevral ayına […]

ABŞ-İran gərginliyi artır

İsrail Müdafiə Ordusunun məlumatına görə, ABŞ İrana qarşı 31 yanvar və ya 1 fevral tarixlərində hərbi zərbə endirə bilər. Bu barədə The War Zone nəşri İsrail ordusundakı yüksək vəzifəli mənbəyə istinadla xəbər yayıb. Mənbə bildirir ki, Vaşinqtonun planları dəyişə bilər və əməliyyatın baş tutması “bir nəfərin qərarından” — ABŞ Prezidenti Donald Trampdan asılıdır. İsrail hakimiyyəti […]

Paris 44 günlük Qarabağ müharibəsinin nəticələrini tanımır

Fransanın Ermənistandakı səfirliyinin “vətən uğrunda həlak olanlar” barədə yayılan bəyanatı rəsmi Parisin 44 günlük Qarabağ müharibəsinin nəticələrini hələ də qəbul etmədiyini ortaya qoyur. Ekspertlər bildirir ki, bu mövqe Fransa diplomatiyasının Qarabağ reallıqlarına qarşı uzun illər davam edən qərəzli və təhrifedici yanaşmasının növbəti nümunəsidir. 27 sentyabr 2020-ci ildə başlayan və 44 gün davam edən Vətən müharibəsi […]

ABŞ Yaxın Şərqdə genişmiqyaslı hərbi təlimlərə başlayıb

ABŞ-ın Mərkəzi Komandanlığı (CENTCOM) Yaxın Şərq regionunda Hərbi Hava Qüvvələrinin iştirakı ilə genişmiqyaslı döyüş hazırlığı təlimlərinə start verib. Təlimlər bölgədə gərginliyin artdığı və ABŞ-ın hava-dəniz qüvvələrinin misli görünməmiş şəkildə cəmləşdirildiyi bir dövrə təsadüf edir. Hərbi ekspertlərin fikrincə, Pentaqonun regionda formalaşdırdığı qüvvələr əvvəlki İraq kampaniyaları zamanı cəlb edilən kontingentdən daha genişdir. CENTCOM-un açıqlamasına görə, bir neçə […]

Cinayət qanunvericiliyinin tətbiqinə aydınlıq gətirildi

Fərhad Abdullayevin sədrliyi ilə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun növbəti iclası keçirilib. Məhkəmənin mətbuat xidmətindən verilən məlumata görə, iclasda Baş Prokurorluğun müraciəti əsasında Konstitusiyanın 80-ci maddəsi kontekstində Cinayət Məcəlləsinin 14.2 və 228.1-ci maddələrinin birgə tətbiqi ilə bağlı konstitusiya işinə baxılıb. Plenum iclasında iş üzrə hakim F. Məmmədovun məruzəsi dinlənilib, həmçinin Baş Prokurorluğun sorğusu, Milli Məclis […]

Çexiyada siyasi gərginlik artır

Çexiyada müxalifət ölkənin xarici işlər naziri Petr Maçinkanı prezidentə qarşı şantaj cəhdində ittiham edərək onun dərhal istefaya göndərilməsini tələb edir. Bu barədə yerli “Ceske Noviny” nəşri məlumat yayıb. Müxalifət partiyalarının nümayəndələri həm Maçinkadan, həm də Baş nazir Andrey Babişdən baş verənlərlə bağlı rəsmi açıqlama vermələrini istəyiblər. Partiya rəhbərləri bildiriblər ki, yaranmış vəziyyət nazirin vəzifədə qalmasını […]

Gürcüstanda 87 əcnəbi deportasiya edilib

Gürcüstan Daxili İşlər Nazirliyinin Miqrasiya Departamentinin əməkdaşları son günlərdə 87 əcnəbi vətəndaşı ölkədən çıxarıb. Bu barədə Nazirliyin mətbuat xidməti məlumat yayıb. Deportasiya edilən şəxslər arasında Azərbaycan, Banqladeş, Misir, İsrail, Hindistan, İran, İordaniya, Qazaxıstan, Çin, Livan, Suriya, Sudan, Nigeriya, Rusiya, Tayland, Türkmənistan, Türkiyə, Özbəkistan və Cənubi Afrika vətəndaşları var. Onların Gürcüstana girişi qadağan olunub. Son dövrlərdə […]

Azad edilmiş ərazilərdə yüzlərlə küçəyə ünvan təyin edilib

Ötən il işğaldan azad olunmuş ərazilərdə 191 küçə üzrə 9.153 giriş ünvanı və 2.943 daxili ünvan müəyyən edilərək Ünvan Reyestri İnformasiya Sisteminə daxil edilib. Bu barədə məlumat Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən açıqlanıb. 2025-ci il ərzində azad edilmiş torpaqlarda torpaq tədqiqatları 140,2 min hektar, geobotaniki tədqiqatlar isə 95,5 min hektar ərazidə aparılıb. Eyni zamanda, ümumilikdə […]

Bir sıra qanun və normativ aktlarda dəyişikliklər ediləcək

Baş nazir Əli Əsədov bir sıra normativ hüquqi aktlarda dəyişikliklərin edilməsi barədə qərar imzalayıb. Bu dəyişikliklər Mülki Məcəllə, Ticarət Gəmiçiliyi Məcəlləsi, həmçinin “Nəqliyyat haqqında” və “Avtomobil nəqliyyatı haqqında” qanunlarda əksini tapacaq. Ədliyyə Nazirliyi dəyişikliklərin həyata keçirilməsini digər aidiyyəti dövlət orqanları ilə razılaşdırmaqla təmin edəcək. Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, İqtisadiyyat Nazirliyi, Maliyyə Nazirliyi və icra […]