Browsing daily archive

Yanvar 26, 2026

Ermənistan Baş naziri Paşinyan yeni musiqi qrupunu yaradıb

Ermənistanın Baş naziri Nikol Paşinyan 60 yaşında öz musiqi qrupunu qurduğunu açıqlayıb. O, məlumatı şəxsi “Facebook” hesabında paylaşaraq qrupun adının “Varçabend” olduğunu və loqosunu təqdim edib. Qrupun adı erməni dilindəki “premyer” və ingilis dilindəki “band” sözlərinin hecalarından yaranıb. Paşinyan bildirib ki, qrupun ilk çıxışı yanvarın 30-da İrəvanda baş tutacaq. Konsertin keçiriləcəyi məkan və iştirak qaydaları […]

Qar fırtınası ABŞ-ni iflic etdi

ABŞ-də hökm sürən güclü qar fırtınası ciddi fəsadlara yol açıb. Təbii hadisə nəticəsində bir milyondan artıq insan elektrik enerjisiz qalıb, azı 11 nəfərin həyatını itirdiyi bildirilir. Elektrik təchizatındakı problemlər əsasən ölkənin cənub bölgələrində müşahidə olunub. Rəsmi məlumatlara əsasən, Tennessi ştatında 330 mindən çox, Missisipidə 160 mindən artıq, Luizianada 135 mindən çox, Texasda isə təxminən 90 […]

Azərbaycan–Ermənistan arasında yanacaq ticarəti

2025-ci il ərzində Azərbaycan Ermənistan bazarına yanacaq satışı həyata keçirib. Rəsmi statistikaya əsasən, bu ölkəyə ixrac olunan məhsulların ümumi dəyəri 788,8 min ABŞ dolları təşkil edib. Məlumat Dövlət Gömrük Komitəsinin açıqladığı hesabatda yer alıb. Statistik göstəricilərə görə, hesabat dövründə Ermənistandan Azərbaycana hər hansı məhsul idxalı qeydə alınmayıb. Qeyd olunur ki, ötən ilin sonunda Azərbaycandan Ermənistana […]

Pensiya sistemində yenilik

Pensiya kapitalında artım gözlənilir: indeksləşdirmənin detalları açıqlanıb Qanunvericiliyə əsasən, hər il təkcə əmək pensiyaları deyil, vətəndaşların topladığı pensiya kapitalı da indeksləşdirilərək artırılır. “Əmək pensiyaları haqqında” qanunun 29.1-1-ci maddəsinə görə, sığorta olunan şəxslərin fərdi hesablarında toplanan pensiya kapitalı ildə bir dəfə istehlak qiymətləri indeksinə uyğun yenilənir. Bu barədə Milli Məclisin deputatı Vüqar Bayramov məlumat verib. Onun […]

İranda iğtişaşlarda yüzlərlə şəxs saxlanılıb

Tasnim xəbər agentliyinin məlumatına görə, İran polisi ölkənin müxtəlif əyalətlərində baş verən iğtişaşlarda 200-dən çox şəxsi saxlayıb. Hesabatda bildirilir ki, Yəzddə baş verən antiinqilabi aksiyalarda, xüsusən Bəhai təriqəti və Yenidən Başlat qrupu ilə əlaqəli 150-dən çox lider və əsas iştirakçı, həmçinin monarxistlər və İran International kimi İsrail media qurumları ilə əlaqəli agentlər müəyyən edilərək saxlanılıb. […]