Browsing daily archive

Yanvar 25, 2026

Dünyada süni intellektdən istifadə göstəriciləri açıqlanıb

Microsoft Süni İntellekt İqtisadiyyatı İnstitutunun hesabatına görə, 2025-ci ilin ikinci yarısında dünyada süni intellektdən istifadə səviyyəsi əhalinin 16,3%-inə çatıb. Bu, ilin ilk yarısı ilə müqayisədə 1,2% artım deməkdir. Araşdırmada süni intellektdən istifadə göstəricilərinin ölkələr üzrə 5,1%-dən 64%-ə qədər dəyişdiyi bildirilir. Süni intellektdən ən çox istifadə edilən ölkələr Hesabata əsasən, süni intellektdən istifadə səviyyəsinə görə lider […]

Rusiya Venesuelanın keçmiş prezidentinin azadlığını tələb edir

Rusiya hökuməti Venesuelanın keçmiş Prezidenti Nikolas Maduronun dərhal azad olunmasını tələb edib. Bu barədə Rusiyanın xarici işlər nazirinin müavini Sergey Ryabkov TASS agentliyinə açıqlamasında danışıb və Moskvanın mövqeyini açıqlayıb. O bildirib ki, hazırda hər hansı bir dialoq və ya müzakirənin başlanması üçün ilkin şərt Maduro və həyat yoldaşı Siliya Floresin sərbəst buraxılmasıdır. Ryabkov həmçinin, Rusiyanın […]

NATO-nun qış təlimlərində ABŞ qüvvələri geri çəkildi

NATO-nun Norveç ərazisində keçirilən qış hərbi təlimləri zamanı gözlənilməz vəziyyət yaranıb. Təlimlər zamanı ehtiyatda olan Finlandiya hərbçiləri ilə qarşılaşmada ABŞ qüvvələri bir sıra mövqelərini geri çəkilməyə məcbur olub. “Birgə Vikinq” adlı manevrlər çərçivəsində Finlandiya tərəfi hücum mövqeyində çıxış edib, Amerika hərbçiləri isə müdafiəni təmin etməyə çalışıb. Təlimin gedişində fin əsgərlərinin ABŞ qüvvələri üzərində üstünlük əldə […]

İranda baş verən hadisələrə beynəlxalq reaksiyalar davam edir

İranın son şahbanusu Fərəh Pəhləvi ölkədə baş verən etiraz aksiyaları zamanı həyatını itirən şəxslərlə bağlı açıqlama verib. O, baş verən ölümlərin cəmiyyət üçün ağır itki olduğunu bildirib və dərin kədər hissi keçirdiyini ifadə edib. Fərəh Pəhləvi qeyd edib ki, bu hadisələr İran xalqının yaddaşında silinməz izlər buraxır və ölkənin mənəvi dünyasında dərin yaralar açır. Onun […]

Türkiyədə e-ticarət bazarında diqqətçəkən dəyişiklik

Məşhur onlayn alış-veriş platforması “Temu” Türkiyə bazarında fəaliyyət strategiyasını dəyişərək xaricdən məhsul satışına son qoyub. Artıq bu gündən etibarən Türkiyədəki istifadəçilər üçün beynəlxalq sifariş funksiyası deaktiv edilib. Platformanın saytında və mobil tətbiqində məhsul axtarışı edən müştərilərə yalnız Türkiyə ərazisində yerləşən anbarlardan göndərilən və yerli satıcılara aid məhsullar təqdim olunur. Qeyd edək ki, bu dəyişikliklərdən öncə, […]

Bərdə məktəblisi beynəlxalq riyaziyyat olimpiadasında fərqlənib

Bərdə şəhərindən olan məktəbli beynəlxalq səviyyəli riyaziyyat yarışında uğur qazanıb. Qarabağ Regional Təhsil İdarəsinin nəzdində fəaliyyət göstərən Bərdə şəhər Nəriman Nərimanov adına 3 nömrəli tam orta məktəbin 4-cü sinif şagirdi Raul Abdullayev Pifaqor Riyaziyyat Olimpiadasında gümüş medal əldə edib. Beyin Olimpiada Mərkəzinin təşkilatçılığı ilə 27 dekabr 2025-ci ildə keçirilən olimpiadada Raul yüksək bilik və bacarıqları […]