Browsing daily archive

Yanvar 24, 2026

Ağbənd-Kəlalə körpüsünün tikintisi Novruz bayramına qədər tamamlanacaq

Bakıda səfərdə olan İranın xarici işlər nazirinin müavini Vahid Cəlalzadə brifinqdə bildirib ki, Araz çayı üzərində salınan Ağbənd-Kəlalə avtomobil körpüsünün tikintisi Novruz bayramına qədər yekunlaşdırılacaq. Hazırda körpüyə çıxan yolun dörd zolaqlı olması üçün işlər davam etdirilir. Diplomat həmçinin ölkələrimiz arasındakı münasibətlərin inkişaf dinamikasından danışıb. O qeyd edib ki, rəsmi Tehran Azərbaycan və Ermənistan arasında sülh […]

Rusiya Dövlət Dumasında “ChatGPT qalmaqalı” təkzib edildi

Rusiya Dövlət Dumasının Gənclər siyasəti komitəsi gənclər və uşaq QHT-lərinə dövlət dəstəyi haqqında qanuna dəyişikliklərlə bağlı qanun layihəsinin hazırlanmasında “ChatGPT” süni intellektindən istifadə edildiyi barədə xəbərləri rədd edib. Bu barədə komitənin mətbuat xidməti jurnalistlərə məlumat verib. Komitədən bildirilib ki, qanun layihəsinin materialları son iki il ərzində yalnız deputatlar və komitə aparatının hüquqşünaslar komandası tərəfindən aparılan […]

MİQ-də yüksək bal toplayan müəllimlər onlayn məktəblərdə dərs verəcək

Son illərdə Azərbaycan dilindən düzgün istifadə və onun tədrisi əsas diqqət mərkəzindədir. Bu kontekstdə dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlılar üçün onlayn Azərbaycan dili məktəblərinin yaradılması planlaşdırılır. Bəzi ölkələrdə isə artıq belə məktəblər fəaliyyətə başlayıb. Hazırda əsas müzakirə mövzusu həmin məktəblərdə kimlərin dərs keçirəcəyidir. Təhsil sahələri üzrə ekspert Məzahir Məmmədli bildirib ki, proses artıq başlanıb:“Diaspor İşi […]

Direktorlar işə qəbul imtahanında biliklərini sınadılar

Bu il keçiriləcək direktorların işə qəbulu üzrə müsabiqəyə müraciət edən, ali təhsili və pedaqoji stajı tələblərə uyğun olan, lakin əvvəlki qiymətləndirmə nəticələri olmayan və ya göstəriciləri kifayət etməyən direktor və direktor müavinləri üçün ixtisas üzrə imtahan təşkil edilib. Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən verilən məlumatda bildirilir ki, namizədlər 120 dəqiqə ərzində fənn üzrə […]

WhatsApp “Yeniliklər” bölməsində reklamsız abunəlik sınaqdan keçirilir

“WhatsApp” artıq “Yeniliklər” bölməsində reklamları söndürməyə imkan verən ödənişli abunəlik funksiyasını test etməyə başlayıb. Bu sınaq “Google Play Beta Program” üzərindən istifadəçilərə təqdim olunub. Yeni sistemlə abunəçilər “Yeniliklər” bölməsində heç bir reklam və təklif olunan kanal məzmunu ilə qarşılaşmayacaq. Həmçinin, istifadəçinin baxdığı “status”ların sayı artdıqca belə, reklamlar göstərilməyəcək, nəticədə interfeys tamamilə təmiz və reklamsız olacaq. […]

Türk dövlətləri üçün ortaq pul vahidi təklif olunur

2026-cı ildə Türk dövlətləri arasında vahid pul vahidinin yaradılması təklif olunub. Bu təşəbbüslə jurnalist, Beynəlxalq Mətbuat Konfederasiyasının sədri və Türk Dünyası Media və Kommunikasiya Birliyinin (TÜRKBİR) qurucusu Şakir Gürel çıxış edib. O, bu fikirləri “MediaTürk TV”də yayımlanan “Net Baxış 360 Dərəcə” verilişində aparıcı Serdar Şengülün suallarını cavablandırarkən səsləndirib. Şakir Gürel bildirib ki, 2026-cı il Türk […]

NATO şərq cinahında hərbi hazırlığı gücləndirir

NATO alyansın şərq sərhədlərində silah və sursat ehtiyatlarını ciddi şəkildə artırmağa, eyni zamanda müasir robot texnologiyalarına əsaslanan yeni müdafiə xətti formalaşdırmağa hazırlaşır. Bu barədə İzmirdə yerləşən NATO Quru Qoşunları Komandanlığının Əməliyyatlar üzrə Qərargah rəisinin müavini, briqada generalı Tomas Lovin “Welt am Sonntag” qəzetinə müsahibəsində məlumat verib. Onun sözlərinə görə, “Şərq Cinah Dəyişdirmə Xətti” adlanan bu […]

Azərbaycanın şəkər ixracı 2025-ci ildə kəskin artıb

2025-ci il ərzində Azərbaycan xarici bazarlara 63 milyon 110,41 min ABŞ dolları məbləğində şəkər və şəkərdən hazırlanan qənnadı məhsulları satıb. Dövlət Gömrük Komitəsinin məlumatına əsasən, bu göstərici əvvəlki ilin analoji dövrü ilə müqayisədə 59,32% yüksəlib. Eyni dövrdə ölkəyə 255 milyon 725,61 min ABŞ dolları dəyərində şəkər və şəkər tərkibli qənnadı məmulatları gətirilib. Bu isə ötən […]