Browsing daily archive

Yanvar 23, 2026

Ev şəraitində vurulan iynə faciə ilə nəticələndi

Bakıda antibiotik iynəsindən ölüm faktı qeydə alınıb. Hadisə paytaxtın Binəqədi rayonunda baş verib. 1966-cı il təvəllüdlü Vüqar Qulamhəsən oğlu Məmmədov səhhətində yaranan problem səbəbindən yaşadığı evdə ailə üzvləri tərəfindən ona antibiotik iynəsi vurulduqdan sonra vəfat edib. Hazırda faktla bağlı müvafiq qurumlar tərəfindən araşdırma aparılır. Ölümün dəqiq səbəbləri ekspertiza rəyindən sonra məlum olacaq.

Ümumtəhsil məktəblərində tədris təqvimi açıqlandı

Azərbaycanda ümumtəhsil məktəblərində qış tətili başlayır. 2026-cı il üçün müəyyən edilmiş təqvimə əsasən, şagirdlər yanvarın 27-dən 31-dək qış tətilində olacaqlar. Tətil ümumilikdə 5 gün davam edəcək. İkinci yarımildə dərslər fevralın 2-dən etibarən bərpa olunacaq. Buna səbəb fevralın 1-nin bazar gününə təsadüf etməsidir. Beləliklə, tədris prosesi fasiləsiz şəkildə davam etdiriləcək. Qeyd edək ki, qış tətilinin tarixləri […]