Browsing daily archive

Yanvar 23, 2026

Eksternat imtahanları ilk dəfə elektron formada keçiriləcək

Paytaxtda əvvəlki illərdə təhsilini başa vura bilməyən şəxslər üçün eksternat imtahanları yanvarın 31-də elektron sistem vasitəsilə təşkil olunacaq. İmtahanlar 10, 158, 229, 263 nömrəli tam orta məktəblərdə və 220 nömrəli məktəb-liseydə aparılacaq. Ümumi orta təhsil səviyyəsini bitirə bilməyən 371 nəfər və tam orta təhsil səviyyəsini bitirə bilməyən 1 126 nəfər olmaqla, toplam 1 497 iştirakçı […]

Ermənistan Azərbaycandan idxal olunan benzinin keyfiyyətini təsdiqlədi

Ermənistanın Bazar Nəzarəti Müfəttişliyi bildirib ki, Azərbaycandan idxal olunan benzinlə bağlı heç bir keyfiyyət problemi aşkarlanmayıb. Müfəttişliyin rəhbəri Armen Kotolyan cümə günü keçirdiyi mətbuat konfransında qeyd edib ki, idxal olunan yanacaq partiyaları Ermənistanın Milli Standartlaşdırma və Metrologiya Mərkəzində laboratoriya yoxlamalarından keçirilib. Nəticələr göstərib ki, benzinin keyfiyyəti Avrasiya İqtisadi Birliyinin (AİB) texniki tələblərinə tam uyğundur. “Keyfiyyət […]

Qarabağda qalan əsgərlər Ermənistana qaytarıldı

Azərbaycan Qarabağda qalan 10 erməni və bir rus əsilli vətəndaşı Ermənistana təhvil verib. Bu barədə Ermənistanın əmək və sosial məsələlər naziri Arsen Torosyan məlumat verib. Bildirilib ki, həmin şəxslər Qarabağdakı separatçı qurumun ləğv edilməsindən sonra bölgədə qalmışdılar. Nazir öz Facebook hesabında yazıb: “Qarabağda hələ də yaşayan 10 erməni və bir rus əsilli vətəndaş Ermənistan Respublikasına […]

Azərbaycanın neft hasilatı: Sabitlik və yeni perspektivlər

Yanvarın 21-də Davosda keçirilən Dünya İqtisadi Forumunun illik toplantısı çərçivəsində təşkil olunan “Azərbaycan liderləri ilə səhər yeməyi” tədbirində Prezident İlham Əliyev müxtəlif ölkələrin biznes nümayəndələrinin suallarını cavablandırıb. Dövlət başçısı Azərbaycanın neft hasilatını sabitləşdirmək planlarından danışıb və ikinci, əhəmiyyətli neft artımı imkanları barədə ehtiyatlı ümidlərini bölüşüb. Prezident bildirib ki, beynəlxalq şirkətlərin həyata keçirdiyi kəşfiyyat layihələri uğurlu […]

Qarabağda təhsil yenidən canlanır

Xankəndi, Ağdam və Xocalıda məktəbəqədər təhsil müəssisələrində ilk dərslər təşkil olunub. İşğaldan azad edilmiş bölgələrdə təhsil infrastrukturunun bərpası davam edir. Bu münasibətlə Xankəndinin Kərkicahan kəndindəki 1 nömrəli uşaq bağçasında, Ağdam rayonunun Xıdırlı kəndindəki 1 nömrəli uşaq bağçasında və Xocalı rayonunun Ballıca kəndindəki 1 nömrəli uşaq bağçasında şagirdlər tədris ilinə start veriblər. Eyni zamanda, Xankəndinin Kərkicahan […]

İnzibati qayda pozuntusu

Bakının Nərimanov rayonunda küçədə ucadan nalayiq ifadələr işlədən şəxs inzibati qaydada həbs olunub. Hadisə rayonun Təbriz küçəsində, “Bravo” marketin qarşısında baş verib. 2004-cü il təvəllüdlü Tahir Cəmilov (ad-soyad şərti verilib) yüksək səslə danışaraq nalayiq ifadələr işlədib. Onun barəsində İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi (xırda xuliqanlıq) ilə ittiham elan olunub. Cəmilov ifadəsində qeyd edib ki, yanvarın […]

Ermənistan müxalifəti və Rusiya Azərbaycanla sülhə mane olur – partiya sədri

“Ermənistanda bəzi müxalif qüvvələr və Rusiya Azərbaycanla sülhün yaranmasını istəmir”. Bu sözləri Ermənistanın “Respublika Uğrunda” partiyasının sədri Arman Babacanyan səsləndirib. O bildirib ki, müxalifət “sülh” anlayışına qarşı çıxır, çünki bu onların və Rusiyanın maraqlarına uyğun deyil: “Rusiya uzun illər boyu qarşıdurmanı və qan tökülməsini təşviq edib. Kim bu müxalif qüvvələri dəstəkləyirsə, nəticədə Rusiyanın təsiri altında […]

İran Xarici İşlər Naziri Zelenskinin Davos Forumundakı çağırışına cavab verdi

İranın Xarici İşlər Naziri Abbas Əraqçi, Ukrayna Prezidenti Volodimir Zelenskinin yanvarın 22-də Davos Forumundakı çıxışına cavab olaraq, ölkəsinin xarici müdaxiləyə ehtiyac duymadığını bəyan edib. Əraqçi bildirib ki, dünya artıq xaricdən gələn yardım və muzdlulardan ibarət qüvvələrdən yorulub: “Cənab Zelenski, xaricdən dəstəklənən və muzdlularla dolu ordunuzla fərqli olaraq, biz öz təhlükəsizliyimizi təmin edə bilirik və xarici […]

Qazaxıstan Sülh Şurasına üzvlük üçün maliyyə öhdəliyi götürmür

Qazaxıstan Sülh Şurasına üzvlük üçün nəzərdə tutulan 1 milyard dollarlıq ödənişi etməyib və etməyi də planlaşdırmır. Bu barədə Qazaxıstan Prezidentinin mətbuat xidməti rəsmi açıqlama yayıb. Bildirilib ki, Sülh Şurasında iştirak tamamilə dövlətlərin öz iradəsinə əsaslanır və üzvlük öhdəlik xarakteri daşımır. Açıqlamaya görə, şuranın nizamnaməsində qeyd olunan 1 milyard dollarlıq məbləğ könüllü ianə kimi nəzərdə tutulub […]

Sosial təminatda rəqəmsal yanaşma genişlənir

2025-ci il ərzində ölkə üzrə pensiya, müavinət və təqaüdlərin təyinatı yeni qaydada aparılıb. Yanvar–dekabr ayları boyunca ümumilikdə 258 157 sosial ödəniş elektron infrastruktur üzərindən proaktiv mexanizm vasitəsilə təyin olunub. Bu barədə Dövlət Sosial Müdafiə Fondu məlumat yayıb. Bildirilib ki, təyinatların 39 208-i pensiya, 218 949-u isə müavinət və təqaüd təşkil edib. Müavinətlərin bir hissəsi Məcburi […]