Browsing daily archive

Yanvar 22, 2026

TƏBİB xəbərdarlıq edir: qrip virusu ölkədə geniş yayılıb

Azərbaycanda qrip virusunun yayılması sürətlənib. Bu barədə TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov Yeni Klinikada robotik cərrahi əməliyyat brifinqində jurnalistlərə açıqlama verib. O bildirib ki, qrip virusu daim dəyişən ştammlardan biridir: “Qripdən ən yaxşı müdafiə vaksinasiyadır. Hazırda təcili yardıma qriplə bağlı müraciətlər çoxalıb. Çox ağırlaşan xəstələrimiz yoxdur. Əsasən uşaqları stasionar müalicəyə cəlb edirik. Ağırlaşma və ölüm […]

Deputat təklif edir: kəndlərdə kommunal ödənişlər daha aşağı olmalıdır

Azərbaycanda kənd və şəhər əhalisinin kommunal xidmətlər üçün ödədiyi məbləğlər fərqləndirilməlidir. Bu təklif Milli Məclisin Aqrar siyasət komitəsinin iclasında deputat Eldar İbrahimov tərəfindən səsləndirilib. Deputat bildirib ki, “Camaat kənddən şəhərə niyə gəlir? Çünki kənddə yaşayan adamla şəhər sakininin işıq, qaz və suya görə ödədiyi məbləğ eynidir. Halbuki kənddə yaşayanların kommunal xərcləri daha aşağı olmalıdır, çünki […]

Azərbaycanda tibbdə yeni texnologiya

Azərbaycanda böyrək transplantasiyası əməliyyatlarının robotik üsulla həyata keçirilməsi planlaşdırılır. Bu barədə TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov Yeni Klinikada ilk dəfə icra olunan robotik cərrahi əməliyyata həsr edilmiş brifinqdə jurnalistlərə açıqlamasında bildirib. Onun sözlərinə görə, xüsusilə artıq çəkisi olan pasiyentlərdə ənənəvi cərrahi üsullar əlavə risklər yarada bilər. Müasir texnologiyaların tətbiqi isə robotik cərrahiyyə vasitəsilə bu cür […]

Nazirlər Kabinetindən normativ sənədlərlə bağlı yeni qərarlar

Nazirlər Kabineti bir sıra normativ sənədlərə düzəlişlər edib. Bu barədə Baş nazir Əli Əsədovun imzaladığı qərarda bildirilib. Qərara əsasən, ədliyyə orqanları əməkdaşlarının attestasiyası, tibbi-iqtisadi ekspertizanın aparılması, tibbi xidmətin keyfiyyətinə nəzarət mexanizmləri ilə bağlı qaydalara dəyişikliklər edilib. Eyni zamanda “Tibb Müəssisələrinin Akkreditasiyası və Keyfiyyətə Nəzarət Mərkəzi” publik hüquqi şəxsin nizamnaməsi yenilənib, aviasiya personalının ilkin və dövri […]

İranda etirzaçılara atəş açmayan əsgərə sərt cəza

İranda etiraz aksiyaları zamanı mülki şəxslərə atəş açmaqdan imtina edən gənc hərbçi ölüm cəzasına məhkum edilib. Söhbət Cavid Xalis adlı iranlı əsgərdən gedir. Bu barədə məlumat ABŞ Dövlət Departamentinin rəsmi X hesabında paylaşılıb. Bildirilib ki, Cavid Xalis dinc etirazçılara qarşı silah işlətmək əmrinə tabe olmayıb və məhz bu mövqeyinə görə edam hökmü alıb. Açıqlamada vurğulanır […]

Davosda Azərbaycan–ABŞ yüksək səviyyəli görüşü

Yanvarın 22-də Davos İqtisadi Forumu çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyev ilə ABŞ Prezidenti Donald Tramp arasında görüş keçirilib. Görüş zamanı Donald Trampın yenidən ABŞ prezidentliyi vəzifəsinə qayıdışından sonra Azərbaycan–ABŞ münasibətlərinin müxtəlif sahələr üzrə inkişafından məmnunluq ifadə olunub. Tərəflər ikitərəfli əməkdaşlığın müsbət dinamikasını qeyd ediblər. Söhbət zamanı 2024-cü il avqustun 8-də Vaşinqtonda Azərbaycan və Ermənistan arasında […]

İsveçrədən idxal edilmiş uşaq qidasında təhlükəli çirkləndirici aşkarlandı

İsveçrədən idxal edilmiş uşaq qidasında təhlükəli çirkləndirici müəyyən edilib. Qida Təhlükəsizliyi Agentliyinin məlumatına görə, “Hochdorf Swiss Nutrition Ltd” şirkətinin istehsalı olan və “Swissneo 1” adı ilə tanınan uşaq qidasının (09.10.2025 – 09.10.2027 istehsal və son istifadə tarixli) partiyasında “Sereulid” maddəsi aşkarlanıb. Avropa İttifaqının “Qida və Yem Məhsullarına dair Çevik Xəbərdarlıq Sistemi” (RASFF) vasitəsilə məlumat agentliyə […]

Müasir texnologiya təhsildə: Dərsliklər elektron formata keçəcək

Milli Məclisin Elm və Təhsil komitəsinin iclasında deputat Ceyhun Məmmədov dərsliklərin rəqəmsal formata keçirilməsinin zəruriliyini vurğulayıb. O bildirib ki, dərsliklər üzərində işləmək və mövcud səhvləri düzəltmək elektron qaydada daha rahatdır:“Dərsliklərin rəqəmsallaşdırılması üzərində işləməliyik. Bu yolla səhvləri asanlıqla düzəltmək mümkündür və şagirdlərə dərs materialını sürətlə təqdim etmək imkanı yaranır” – deyə deputat əlavə edib. Məmmədov qeyd […]

Yanvar ayı üzrə pensiya ödənişləri ölkə üzrə tamamlandı

Respublika üzrə yanvar ayı pensiya ödənişləri yekunlaşıb. Dövlət Sosial Müdafiə Fondunun məlumatına görə, yanvarın 13-də Bakı və Sumqayıt şəhərləri, Abşeron rayonu və Naxçıvan Muxtar Respublikasında, bu gün isə ölkənin digər bölgələrində yaşayan pensiyaçılara yanvar ayı üzrə pensiyalar və güzəştli şərtlərlə təyin edilmiş pensiyalar ödənilib. Vətəndaşlar pensiyalarını bank kartları vasitəsilə müvafiq bankların bankomatlarından əldə edə bilərlər.

Hərbi xidmətə çağırılan işçilərin hüquqları və maliyyə təminatı

Həqiqi hərbi xidmətə çağırılan işçilərin işəgötürən tərəfindən təminat hüquqları müəyyən edilib. İşçi hərbi xidmətə çağırıldıqda, Əmək Məcəlləsinin 74-cü maddəsinin “a” bəndinə əsasən əmək müqaviləsi xitamlandırılır. Belə hallarda işəgötürən, Əmək Məcəlləsinin 77-ci maddəsinə uyğun olaraq, işçiyə orta aylıq əməkhaqqının ən azı üç misli miqdarında müavinət ödəməlidir. Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəisi Vəli Quliyev bunu “Dövlət Əmək […]