Qış havası ölkə boyu təsirini artırır
Yanvarın 18-i saat 17:00-a olan məlumata görə, ölkə ərazisində yağıntılı hava şəraiti davam edir. Ayrı-ayrı bölgələrdə sulu qar və qar yağır. Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, Bakı və Abşeron yarımadasında, həmçinin Bərdə, Tərtər, Göyçay, Mingəçevir, Yevlax, Zərdab, İmişli, Kürdəmir, Sabirabad, Neftçala, Biləsuvar, Beyləqan, Hacıqabul, Yardımlı, Lənkəran və Ağdamda yağış qeydə alınıb. […]