Browsing daily archive

Yanvar 15, 2026

Paşinyan: Gömrük və sərhəd sahələrində qərar yalnız dövlət orqanlarının əlində olacaq

Ermənistan Baş naziri Nikol Paşinyan bildirib ki, TRIPP (“Tramp Marşrutu”) layihəsi çərçivəsində gömrük və sərhəd sahələrində Ermənistanın suveren funksiyaları müzakirəyə açıq deyil. O vurğulayıb ki, bu sahələrdə nəzarət tamamilə Ermənistan dövlət orqanlarının əlində qalacaq və qərarları qəbul edəcək qurum “front-ofis” yox, “back-ofis” olacaq. Paşinyan əlavə edib ki, bu çərçivədə əvvəllər sahib olmadıqları texnologiyalara çıxış əldə […]

“Qərb Sənaye Parkı” yaradılacaq

Prezident İlham Əliyev “Qərb Sənaye Parkının yaradılması haqqında” fərman imzalayıb. Fərmana əsasən, Gəncə şəhəri və Şəmkir rayonunun ərazisində yeni sənaye parkı fəaliyyət göstərəcək. Qərb Sənaye Parkı sahibkarlara müasir texnologiyalarla rəqabətqabiliyyətli məhsul istehsalı və xidmətlər göstərmək üçün zəruri infrastruktur və idarəetmə imkanları təqdim edəcək. Parkın idarə olunması və inkişafı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin tabeliyindəki İqtisadi Zonaların […]

ABŞ 75 ölkənin miqrant vizalarını dayandırır

ABŞ Dövlət Departamenti 75 ölkənin vətəndaşları üçün miqrant viza müraciətlərinin müvəqqəti dayandırılacağını açıqlayıb. Qərar 21 yanvar tarixindən qüvvəyə minəcək, dayandırmanın müddəti isə hələ açıqlanmayıb. Siyahıya Azərbaycan, Rusiya, İran, Braziliya və Somali kimi ölkələr daxildir. Milli Məclisin ABŞ-Azərbaycan Parlamentlərarası İşçi Qrupunun sədri Səməd Seyidov bildirib ki, qərar işçi, tələbə, turist və diplomatik vizalara şamil edilmir. Dayandırılan […]

Vətəndaşlar iki mənbədən pensiya ala biləcək

Azərbaycanda özəl pensiya fondlarının yaradılması gözlənilir. Bununla bağlı qanun layihələrinin hazırlanması prosesində 20-dən çox normativ hüquqi akt hazırlanır. Milli Məclisin üzvü Vüqar Bayramov bildirib ki, özəl pensiya fondları vətəndaşlara paralel seçim imkanı yaradacaq: “Vətəndaş aylıq ödənişlər etməklə özəl fondda kapital toplaya və təqaüd dövründə iki mənbədən pensiya ala bilər. Məsələn, dövlət pensiyasından 600 manat alacaq […]

QHT-lərə çağırış: Dövlət dəstəyi Konsepsiyasını birlikdə yeniləyək!

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Konsepsiyası (2007-ci il, link) müasir çağırışlara və tələblərə uyğunlaşdırılmaq məqsədilə təkmilləşdirilir və yenilənir. Bu prosesdə QHT-lərin fəal iştirakı çox önəmlidir. QHT Agentliyi təkliflərin hazırlanması üçün bütün QHT-ləri dəvət edir. Təkliflər 2026-cı il 15 fevral tarixinə qədər yazılı şəkildə office@ngoagency.gov.az elektron ünvanına göndərilə bilər. Daha sonra təqdim olunan təkliflər sistemləşdiriləcək, […]

ABŞ-dan İranla bağlı önəmli açıqlama

ABŞ Prezidenti bildirib ki, İranda ölkə üzrə etirazların yatırılması zamanı baş verən qətllər azalır və hazırda genişmiqyaslı edamlar nəzərdə tutulmur. Bu barədə o, Ağ Evdə sənədlərin imzalanma mərasimində açıqlama verib. “Bizə məlumat verilib ki, İranda qətllər dayandırılır,” – deyə Tramp əlavə edib. O qeyd edib ki, bu məlumat qarşı tərəfdəki çox mühüm mənbələrdən əldə olunub, […]

Təbii immunitet gücləndiricilər

Soğan və sarımsaq əsrlərdir xalq təbabətində “təbii qoruyucu” kimi tanınır və bu təsadüfi deyil. Müasir elm də göstərir ki, bu məhsulların tərkibindəki bioloji aktiv maddələr orqanizmin müdafiə sistemini gücləndirir. Sarımsağın tərkibində olan allisin antibakterial və antivirus xüsusiyyətlərinə malikdir. Bu maddə bakteriya və virusların çoxalmasını zəiflədərək, immun sisteminin infeksiyalara daha tez cavab verməsinə yardım edir. Soğanda […]

Kipr məsələsində qırmızı xətt: Ankara və Şimali Kipr kənarda qalmayacaq

Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti Tufan Ərhürman bildirib ki, əgər Cənubi Kipr, İsrail və Yunanıstan dənizin altından çəkiləcək elektrik xətti ilə bir-birinə bağlanmağa çalışsa və Şimali Kipr ilə Türkiyəni bu prosesdən kənarda saxlamaq istəsə, Ankara müxtəlif imkanlarından istifadə edərək buna imkan verməyəcək. Prezident əlavə edib ki, bu prinsip hidrokarbon məsələlərinə də aiddir: Türkiyə və kiprli […]

Pakistanda ilk “ASAN xidmət” mərkəzi açıldı

Yanvarın 14-də Pakistanın İslamabad şəhərində ölkədə ilk “ASAN xidmət” mərkəzi fəaliyyətə başlayıb. Açılış mərasimində Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif, hökumət üzvləri və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev rəhbərliyində nümayəndə heyəti iştirak edib. Prezident İlham Əliyevin tapşırığına əsasən, mərkəzin qurulması istiqamətində Pakistan tərəfinə zəruri dəstək […]

Əsl İran sülhsevər və inkişaf etmiş ölkəyə çevriləcək

İran şahının ABŞ-da yaşayan oğlu Rza Pəhləvi dünən Prezident Trampa yaxın senatorlardan biri, Lindsi Qremlə görüşüb. Bu gün isə o, sosial şəbəkələr üzərindən dünya ictimaiyyətinə müxtəlif vədlərini açıqlayıb. Rza Pəhləvi bildirib ki, İslam Respublikası altında olan İran əksər hallarda terrorizm, ekstremizm və yoxsulluqla eyniləşdirilir, amma əsl İran fərqlidir: gözəl, sülhsevər və çiçəklənən bir ölkədir. O, […]