Browsing daily archive

Yanvar 13, 2026

QHT-lərin illik maliyyə hesabatlarını təqdim etmə müddəti açıqlanıb

Azərbaycandakı qeyri-hökumət təşkilatları (QHT-lər) illik maliyyə hesabatlarını 1 apreldə qədər Maliyyə Nazirliyinə təqdim etməlidir. Nazirliyin QHT-lərə ünvanladığı müraciətdə bildirilib ki, hesabatların forması və təqdim qaydası Nazirlər Kabinetinin 25 dekabr 2009-cu il tarixli 201 nömrəli Qərarı ilə təsdiq olunub və nazirliyin rəsmi internet səhifəsində yerləşdirilib. Hesabatlar “Qeyri-hökumət təşkilatlarının elektron hesabatlılıq Proqramı” vasitəsilə təqdim edilməlidir. QHT-lər www.qht-hesabat.maliyye.gov.az […]

Tərtər elektromexanika zavodu yenidənqurmadan sonra istifadəyə verildi

Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 13-də Tərtər elektromexanika zavodunun yenidənqurmadan sonra açılışında iştirak edib. Dövlət başçısı əvvəlcə zavodun həyətində ucaldılmış Ulu Öndər Heydər Əliyevin büstü önünə gül dəstəsi qoyub. Müdafiə sənayesi naziri Vüqar Mustafayev Prezidentə müəssisədə yaradılmış şərait barədə məlumat verib. Zavod 1976-cı ildə Lionozovo elektromexanika zavodunun Tərtər filialı kimi yaradılıb və 1977-ci ilin aprelində […]

“Azercell” xidmət haqlarında artım edib

“Azercell” ötən il qəbul etdiyi qərara əsasən, kredit xidmətlərinin qiymətini artırıb. Qərar 13 yanvar 2026-cı ildən etibarən qüvvəyə minib. Yeni tariflərə görə: 1 manatlıq simkredit üçün xidmət haqqı 0,30 manat (əvvəl 0,20 manat), 2 manatlıq simkredit və simtaksit üçün 0,60 manat (əvvəl 0,40 manat), 3 manatlıq simkredit üçün isə 0,90 manat (əvvəl 0,60 manat) olacaq. […]

Çin ABŞ-ın yeni rüsum siyasətinə sərt reaksiya göstərdi

Çin ABŞ-ın İranla əməkdaşlıq edən ölkələrə 25% gömrük rüsumu qoymasını sərt şəkildə pisləyib. Bu barədə Çin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mao Nin bildirib ki, Pekin bu məsələdə “aydın və dəyişməz mövqe” tutur və ölkə öz qanuni hüquq və maraqlarını qətiyyətlə qoruyacaq. Mao Nin vurğulayıb ki, gömrük müharibəsində qalib yoxdur və belə addımlar beynəlxalq ticarət […]

Yanvar ayının pensiyaları bölgələr üzrə ödənilir

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu yanvar ayı üzrə pensiyaları Bakı, Sumqayıt və Abşeron rayonunda əhaliyə çatdırıb. Eyni zamanda, Naxçıvan Muxtar Respublikasında muxtar respublika üzrə bu ayın pensiya ödənişi həyata keçirilib. Ölkənin digər bölgələrində yaşayan və güzəştli şərtlərlə pensiya hüququ olan şəxslərin yanvar ayı üzrə ödənişləri isə qrafikə uyğun olaraq […]

Kosmik missiyalar üçün yenilik: Ay vaxtını ölçən proqram

Çinli tədqiqatçılar Ayda dəqiq vaxtı müəyyən etmək üçün LTE440 adlı proqram təminatı hazırlayıblar. Bu ad “Lunar Time Ephemeris” (“Ay vaxtı efemeridləri”) ifadəsinin qısaldılmış formasıdır. “Interesting Engineering” məlumat verir ki, LTE440 dünyada Ay vaxtının ölçülməsi üçün istifadəyə hazır ilk proqramdır. Proqram gələcək kosmik missiyalarda Yer və Ay arasındakı vaxt fərqini hesablamağa imkan verəcək. Alimlər bildirirlər ki, […]

Azərbaycanda dini nəşrlərə ciddi yoxlama – 49 ədəbiyyat qadağan edildi

Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi ölkədə istehsal olunan və xaricdən gətirilən dini ədəbiyyat, eləcə də audio-video materiallar, elektron və kağız daşıyıcılar üzərində dinşünaslıq ekspertizasını həyata keçirir. Aparılan ekspertizalar nəticəsində 3549 adda dini ədəbiyyatın idxalı və nəşri məqsədəuyğun hesab olunub, 49 adda isə qadağan edilib. Trend-ə verilən məlumata görə, Komitə həmçinin dini təyinatlı […]

Mingəçevir Bələdiyyəsinin 2025-ci il ərzindəki fəaliyyəti barədə HESABATI

“Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikasının Qanununun tələbinə uyğun olaraq, Mingəçevir Bələdiyyəsi 2025-ci ildə fəaliyyəti barədə hesabatı ictimaiyyətə təqdim edir. 2025-ci ildə bələdiyyə 32 iclas keçirib. Daimi komissiyaların arayış və təklifləri ilə iclasların gündəliyinə 208 məsələ salınıb, məsələlərlə bağlı müvafiq qərarlar verilib. İclaslarda müzakirə olunmuş məsələlərdən 99-u icarəyə və mülkiyyətə torpaq sahələri ayrılması ilə, 3-ü şəhərdə […]

Qarlı və küləkli hava yaxınlaşır

Fövqəladə Hallar Nazirliyi ölkə ərazisində gözlənilən hava şəraiti ilə əlaqədar vətəndaşlara müraciət edib. Nazirlikdən verilən məlumata əsasən, Milli Hidrometeorologiya Xidmətinin proqnozlarına görə yaxın günlərdə Azərbaycanda qeyri-sabit və yağıntılı hava müşahidə olunacaq. Xüsusilə dağlıq və dağətəyi ərazilərdə qar yağacağı, bəzi bölgələrdə yağıntıların intensiv xarakter alacağı gözlənilir. Havanın temperaturunun əhəmiyyətli dərəcədə enəcəyi, ayrı-ayrı yerlərdə isə güclü küləyin […]

Dövlət qulluğuna qəbul imtahanlarının tarixi və detalları açıqlandı

Dövlət İmtahan Mərkəzi 15 yanvar 2026-cı il tarixində dövlət qulluğu vəzifələri üzrə test imtahanları keçirəcək. İmtahanlar dövlət qulluğu vəzifələrinin A növü (inzibati rəhbər vəzifələr) üzrə AB və AC altqruplarını, həmçinin B növü (inzibati icraçı vəzifələr) üzrə BA və BB altqruplarını əhatə edəcək. Bu barədə DİM məlumat yayıb. Bildirilib ki, imtahanlar gün ərzində iki növbədə — […]