Browsing daily archive

Yanvar 9, 2026

Audiovizual Şura xəbərdarlıq etdi – qanun pozuntusuna yol verən kanallar cəzalandırılır

Audiovizual Şura 14 yanvar 2026-cı il tarixində bir sıra televiziya və radio kanallarının yayımını qısa müddətə dayandırmaq qərarı verib. Qərar bu kanalların reklam və yayımlanan proqramlarda qanun pozuntularına yol verməsi ilə bağlıdır. Məlumata görə, “Space TV” 14 yanvar saat 12:00-dan 15:00-dək yayımını dayandıracaq. Kanalın ötən il yayımlanan proqramında aparıcının ayrı-seçkilik təbliğinə yol verməsi nəzərə alınıb. […]

Azərbaycan Ermənistana 7 600 ton neft məhsulu göndərdi – qiymətlərdə azalma gözlənilir

Azərbaycandan Ermənistana yeni neft məhsulları göndərilib. Daşınan 7 600 ton yükün içərisində 6 100 ton benzin və 1 500 ton dizel yanacağı yer alır. Bu addımın nəticəsində Ermənistan bazarında benzin və dizel qiymətlərinin 1 litr üçün təxminən 80 dram azalacağı gözlənilir. Ötən il Azərbaycan vasitəsilə Ermənistana həmçinin 6 580 ton taxıl göndərilmişdi – 1 000 […]

Tramp Nobel Sülh Mükafatını ala bilər

Venesuela müxalifətinin lideri Maria Korina Maçado ötən il qazandığı Nobel Sülh Mükafatını ABŞ prezidenti Donald Trampa həsr etmək niyyətindədir. Teleaparıcı Şon Hannitinin Trampla müsahibəsi zamanı bildirilib ki, Maçado mükafatı şəxsən təqdim etməyi planlaşdırır. Tramp isə bunu böyük şərəf kimi qiymətləndirərək qəbul etməyə hazır olduğunu söyləyib və əlavə edib ki, öz fəaliyyəti zamanı səkkiz müharibənin qarşısını […]

Təcrübəli sürücülər də qəzalardan yayına bilmir

2025-ci ildə 10 ildən artıq təcrübəsi olan sürücülərin yol-nəqliyyat hadisələrində payı açıqlanıb Baş Dövlət Yol Polisi İdarəsindən verilən məlumata görə, ötən il bu kateqoriyaya aid sürücülər 488 yol-nəqliyyat hadisəsi törədiblər ki, bu da ölkədə qeydə alınmış bütün qəzaların 39 faizini təşkil edir. Məlumatda vurğulanıb ki, uzun illər təcrübəsi olan sürücülərin bəzən həddindən artıq özünə güvənməsi […]

İşğaldan azad olunmuş ərazilərdə strateji yol layihələri sürətlə davam edir

Böyük Qayıdışa dair I Dövlət Proqramı çərçivəsində artıq 312 km uzunluğa malik 7 layihənin tikintisi başa çatdırılıb. Bunlara Zəfər yolu, Laçına alternativ avtomobil yolu, Tərtər-Çaylı-Suqovuşan-Talış, Talış-Tapqaraqoyunlu-Qaşaltı, Füzuli-Hadrut, Bərdə-Ağdam və Əhmədbəyli-Füzuli-Şuşa yolları daxildir. Tədbirlər Planına uyğun olaraq, ümumi uzunluğu 1885 km olan 14 layihənin 2026-cı ilədək başa çatdırılması nəzərdə tutulub. Bu layihələr arasında Ağdam-Füzuli, Qubadlı-Mahmudlu-Yazdüzü-Ermənistan sərhədi, […]

Pensiya ödənişlərində dəyişiklik

Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunda yanvar ayı üzrə pensiyaların ödənilməsi 13 yanvar tarixinə təyin olunub. Daha sonra qrafikə uyğun olaraq ölkənin digər bölgələrində də pensiyalar, eləcə də güzəştli şərtlərlə hüquqa malik şəxslərin aylıqları ödəniləcək. Qeyd edək ki, 2025-ci ildə bu bölgələrdə pensiyalar adətən ayın 9–10-u verilirdi. 2026-cı ilin yanvar ayından etibarən 1,1 milyon nəfəri […]

Pezeşkian təhlükəsizlik qüvvələrinə mesaj verdi

İran Prezidenti Məsud Pezeşkian ölkədə davam edən etiraz aksiyaları fonunda təhlükəsizlik strukturlarına çağırış edib. Bu barədə İranın vitse-prezidenti Məhəmməd Cəfər Qaimpənah məlumat verib. Onun sözlərinə görə, dövlət başçısı artıq 12 gündən çoxdur davam edən etirazlar zamanı milli təhlükəsizliyə birbaşa təhdid olmadığı halda, hüquq-mühafizə orqanlarının maksimum təmkin nümayiş etdirməsinin vacibliyini vurğulayıb. Qaimpənah bildirib ki, Prezident Pezeşkian […]

Azərbaycanda ad seçimi ilə bağlı maraqlı statistika

Yeni ilin ilk 9 günündə Azərbaycanda 431 körpənin doğumu qeydə alınıb. Onlardan 225-i oğlan, 206-sı isə qız uşaqlarıdır. Ədliyyə Nazirliyinin məlumatına görə, bu müddətdə oğlan uşaqları üçün ən çox seçilən ad Uğur olub. Cari ilin əvvəlindən bu ad 44 körpəyə verilib. Siyahıda Raul (34), Yusif (24), Hüseyn (23) və Əli (21) adları da üstünlük təşkil […]

İranda informasiya blokadası

İranda internetə çıxış kəskin şəkildə məhdudlaşıb. Beynəlxalq internet monitorinqi xidməti olan “NetBlocks”in yaydığı məlumata görə, ölkə üzrə istifadəçilərin onlayn fəallığı son 12 saat ərzində rekord dərəcədə aşağı səviyyədə qalır. Məlumata əsasən, internetə qoşulma göstəriciləri normal səviyyənin cəmi təxminən 1 faizini təşkil edir. Qeyd olunur ki, İranın rəsmi qurumları internet bağlantısında yaranmış bu vəziyyət və mümkün […]

Azərbaycanda uzunömürlülük statistikası

Azərbaycanda yaşı 100 və daha yuxarı olan pensiyaçıların sayı məlum olub. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən “Report”a verilən məlumata görə, hazırda ölkə üzrə bu yaş kateqoriyasına aid 304 nəfər pensiyaçı var. Onlardan 261-i qadın, 43-ü isə kişidir. Statistik göstəricilər uzunömürlülükdə qadınların üstünlük təşkil etdiyini bir daha təsdiqləyir.