2026-cı ilin büdcə proqnozu açıqlandı
Gələn il dövlət gəlirlərinin əsas hissəsi qeyri-neft sektorundan formalaşacaq
2026-cı ildə Azərbaycanın dövlət büdcəsində neft gəlirlərinin azalacağı, qeyri-neft sektorundan daxilolmaların isə əhəmiyyətli dərəcədə artacağı proqnozlaşdırılır.
“Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsinə əsasən, gələn il büdcə gəlirlərinin 42,6 faizi və ya 16 milyard 435 milyon manatı neft-qaz sektorunun, 57,4 faizi və ya 22 milyard 174 milyon manatı isə qeyri-neft sektorunun payına düşəcək.
2025-ci ilin proqnoz göstəriciləri ilə müqayisədə neft-qaz sektorunun gəlirləri (o cümlədən Dövlət Neft Fondundan transfert) 1 milyard 876 milyon manat və ya 10,2 faiz azalacaq. Əvəzində qeyri-neft sektorundan gəlirlər 2 milyard 129 milyon manat və ya 10,6 faiz artacaq.
2024-cü ilin faktiki icrası ilə müqayisədə isə neft gəlirləri 1 milyard 126,6 milyon manat və ya 6,4 faiz az, qeyri-neft gəlirləri isə 2 milyard 573,8 milyon manat və ya 13,1 faiz çox proqnozlaşdırılır.
Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.