Browsing monthly archive

Dekabr 2025

Mingəçevirdə Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş silsilə anım tədbirləri keçirilib

Mingəçevir şəhərində Ümummilli Lider Heydər Əliyevin Anım Günü ilə əlaqədar bir sıra tədbirlər təşkil olunub. Şəhər İcra Hakimiyyəti, hüquq-mühafizə orqanları, Yeni Azərbaycan Partiyasının yerli təşkilatı, Ağsaqqallar Şurası, ictimai qrumların təmsilçiləri və şəhər ictimaiyyəti dahi şəxsiyyətin xatirəsinə dərin ehtiramlarını ifadə ediblər. Abidə ziyarəti və ümumi anım mərasimi Silsilə tədbirlər Ulu Öndərin abidəsinin ziyarəti ilə başlayıb. Şəhər […]

Bakı və İrəvan arasında enerji əməkdaşlığı

Ermənistan Baş naziri Nikol Paşinyanın müavini Mqer Qriqoryan təsdiqləyib ki, Azərbaycanla neft və neft məhsullarının idxalı məsələsi Qəbələdə azərbaycanlı həmkarı Şahin Mustafayevlə müzakirə olunub. “Bəli, müzakirələr aparılıb, əməkdaşlıq üçün imkanlar var”, – Qriqoryan bildirib. O əlavə edib ki, yanacaq idxalı ilə bağlı gələcək əməkdaşlıq özəl ixracatçılar və idxalçılar arasında bazar prinsiplərinə uyğun həyata keçiriləcək. Ermənistan […]

Cənubi Qafqazda sülh perspektivi

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinin tezliklə imzalanacağına ümidini ifadə edib. Dövlət başçısı bu barədə Aşqabadda keçirilən Beynəlxalq Sülh və Etimad İl Forumunda danışıb. Tokayev bildirib ki, sülh sazişinin imzalanması Cənubi Qafqazda dayanıqlı sabitliyin təmin edilməsinə böyük töhfə verəcək. “Azərbaycan və Ermənistan tərəfindən birgə sülh bəyannaməsinin imzalanması həm region, həm də […]

Laçın Hava Limanı və Xankəndidə sərhəd təhlükəsizliyi artırılır

Laçın Hava Limanı və Xankəndidə sərhəd nəzarətini gücləndirmək məqsədilə “Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sistemi quraşdırılacaq. Bu sistem sərhəd keçidində sənəd fərdiləşdirmə və nəzarət funksiyalarını əhatə edəcək. Daxili İşlər Nazirliyinin Baş İnformasiya Kommunikasiya İdarəsi tərəfindən elan olunmuş tenderə əsasən, qalib şirkətə avadanlıq, proqram-texniki təminat və lisenziyaların alınması üçün 2 milyon 453 min 347,60 manat […]

Ukrayna dron hücumu ilə Rusiyanın enerji infrastrukturuna zərbə endirdi

Dekabrın 12-nə keçən gecə Ukrayna qüvvələri Rusiyanın Yaroslavl şəhərində yerləşən Slavneft-YANOS neft emalı zavoduna hücum edib. Hücum nəticəsində zavodda yanğın baş verib. Rusiya sosial media qrupları yerli sakinlərə istinadla şəhərdə güclü partlayışların qeydə alındığını bildiriblər. Şahidlərin sözlərinə görə, gecə ərzində ən azı yeddi partlayış baş verib. Hücumdan əvvəl yerli qubernator Mixail Evrayev bölgədə dron həyəcanı […]

Dünyada “K” ŞTAMMI TƏHLÜKƏSİ – H3N2-NİN YENİ VERSİYASI SÜRƏTLƏ YAYILIR

Dünyanın onlarla ölkəsi qış mövsümündə yeni və daha təhlükəli hesab edilən qrip dalğası ilə üz-üzə qalıb. Yoluxmaların çoxuna səbəb olan virus H3N2-nin “K” adlı yeni ştammıdır. Yeni variant əvvəlcə Avstraliya və Yeni Zelandiyada aşkar olunub, daha sonra Yaponiya və Böyük Britaniyada sürətli yayılma qeydə alınıb. Hazırda bu ştamm 30-dan çox ölkədə təsdiqlənib. Mütəxəssislər bildirirlər ki, […]

Zod sərhədində mühüm proses: Birgə araşdırma mərhələsi başladı

Zod qızıl mədəninin sərhəd hissəsində Azərbaycan və Ermənistan nümayəndələri tərəfindən delimitasiya və demarkasiya ilə bağlı birgə sahə tədqiqatları həyata keçirilib. Bu barədə Ermənistan baş nazirinin müavini Mqer Qriqoryanın ofisi yerli KİV-ə məlumat verib. Bildirilir ki, sərhədlərin müəyyənləşdirilməsi prosesi iki ölkənin sərhəd komissiyaları arasında razılaşdırılmış əsasnaməyə uyğun şəkildə aparılır. Qeyd edək ki, Mqer Qriqoryan daha əvvəl […]

İsrail müdafiə sənayesində yeni mərhələ açdı

İsrail 2024-cü ildə rekord nəticə göstərərək 15 milyard dollarlıq silah ixracı ilə dünyanın səkkizinci ən böyük silah satıcısı olub. Bu barədə “Fox News” məlumat verib. Məlumata görə, ən böyük tələbat “Iron Dome” sisteminin raketlərinədir. Bu raketlər xüsusilə Almaniya və Finlandiya tərəfindən alınır. Bununla yanaşı, Hindistan, Tayland, Yunanıstan, həmçinin Mərakeş, BƏƏ və Bəhreyn kimi müsəlman ölkələri […]

Mingəçevir Dövlət Universitetində Heydər Əliyevin xatirəsinə həsr olunmuş konfrans keçirildi

2025-ci il dekabrın 11-də Mingəçevir Dövlət Universitetində Ümummilli Lider Heydər Əliyevin Anım Gününə həsr olunan “Heydər Əliyev irsinin strateji önəmi və davamlı inkişafın gələcək istiqamətləri” mövzusunda elmi-praktik konfrans təşkil edilib. Tədbir Mingəçevir Şəhər İcra Hakimiyyəti, Mingəçevir Dövlət Universiteti və Yeni Azərbaycan Partiyasının Mingəçevir şəhər təşkilatının birgə təşəbbüsü ilə gerçəkləşib. Tədbirdən əvvəl iştirakçılar universitet ərazisində yerləşən […]

Azərbaycanda pərakəndə ticarət statistikası

Bu ilin yanvar-noyabr aylarında ölkədə pərakəndə ticarət şəbəkəsində hər bir vətəndaş orta hesabla ayda 519,9 manatlıq mal alıb. Onlardan 283,5 manatlıq hissəsi ərzaq məhsulları, içkilər və tütün məmulatlarına, 236,4 manatlıq hissəsi isə qeyri-ərzaq məhsullarına sərf olunub. Dövlət Statistika Komitəsinin məlumatına görə, vətəndaşların xərclərinin pay bölgüsü belə olub: 50,4% ərzaq məhsulları, 4,1% içki və tütün məmulatları, […]